Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Moskva və Riyad neft hasilatında artıma razılaşdı –Vəliəhd Putinə nə vəd verib? - TƏHLİL

Tarix 18.06.18, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Nikolay Kojanov

“Əl-Monitor”


İyunun 14-də Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman və Rusiya prezidenti Vladimir Putin, habelə enerji nazirləri Xalid əl-Falih və Aleksandr Novak arasında mühüm danışıqlar keçirilib. Bir tərəfdən, Moskva və Riyad OPEK ölkələrinin neft istehsalını azaltmasına dair Vyananın razılaşmasının gələcəyi barədə birgə mövqeyi yekunlaşdırıb. Digər tərəfdən, Rusiya və Səudiyyə Ərəbistanı qlobal neft-qaz bazarının gələcəyini müəyyənləşdirəcək koalisiya yaratmağa hazır olduqlarını bəyan edib.

Bu, ciddi bəyanatlardır, çünki iki ölkə hələ də aradan qaldırılmalı fərqli mövqelərə sahibdir.

Son Rusiya-Səudiyyə danışıqları OPEK-in neft hasilatında mütləq artım olacağına heç bir şübhə qoymayıb (OPEK və qeyri-OPEK ölkələri – OPEC-plyus 2016-cı ildə dünya neft bazarını sabitləşdirmək üçün neft istehsalını məhdudlaşdırmaq barədə razılaşıb). Moskva və Riyad bu məsələdə razılığa gəlib və neft istehsalının kvotalarının yenidən nəzərdən keçirilməsinin qaçılmaz olduğunu görürlər.

Bununla yanaşı, Novak və Falih istehsal artımının həcminə dair razılığa gəldiklərini OPEC-in digər üzvləri ilə iyun ayının sonunda keçiriləcək iclasda təklif edib-etməyəcəkləri hələ aydın deyil. Ancaq göründüyü kimi, səudilər əvvəlcə gözləniləndən daha yüksək artım həcmini təklif etmək üçün Moskvaya yaşıl işıq yandırıblar.

Falih ilə məsləhətləşmələrindən sonra Novak Rusiyanın başlanğıcda təklif olunan 1 milyon barelin əvəzinə gündəlik 1,5 milyon barel (bpd) artım olacağını söyləyib. Bu, Rusiya maraqlarına tam uyğun gəlir.

Əslində, Venesuela və İranda neft hasilatının azalması, Liviyada, Nigeriyada və İraqda neft hasilatının dəyişkənliyini kompensasiya etmək üçün 1,5 milyon bpd artımı kifayətdir. Rusiya və Səudiyyə Ərəbistanı bu ölkələrdə neft hasilatının düşməsinin və dünyanın digər bölgələrində gözlənilməz neft istehsalı pozulmasının qiymətlərin artmasından və bazarın qeyri-sabitləşməsinə səbəb ola biləcəyindən narahatdır.

İyun ayında “Rosneft” enerji şirkətinin rəhbəri İqor Seçin ABŞ-ın İrana qarşı sanksiyaları ucbatından neft qiymətlərinin artacağını proqnozlaşdırıb. 2000-ci illərin ortalarından fərqli olaraq, Rusiyanın energetika şirkətləri indi kifayət qədər yüksək neft qiymətlərinin sabitliyindən, habelə alternativ enerji resurslarının inkişafı, nəticədə tələbatın azalmasından narahatdır.

Digər tərəfdən, Rusiyanın OPEK-plus qrupunun neft istehsalını 1,5 milyon barelə artırma niyyətini “Əl-Monitor”a müsahibə verən bəzi rus bazar analitiklərinin şərhləri də təsdiqləyir. Onlar bildiriblər ki, qiyməti bir barel üçün 65-75 dollar səviyyəsində saxlamaq üçün (Rusiyadan ən çox istədiyi də budur) hasilatın 1 milyon barel artması kifayət edə bilməz.

Ən böyük sual budur: qiymətlərin azaltmasını istəmədikləri halda, səidilər niyə Moskvaya yaşıl işıq yandırıb?

Güman edilir ki, Səudiyyə Ərəbistanı OPEK-də artımın qiymətlərdə əhəmiyyətli endirim yaradacağını gözləmir. Səudiyyə qərarına təsir göstərə biləcək digər amil Birləşmiş Ştatlarda şist neft istehsalının artması ilə əlaqədar narahatlıqdır. Ən azı, OPEK-plyus istehsalının tədricən artması və neft qiymətlərinin aşağı düşməsi ilə tələbatı artıracaq.

Nəticədə, ABŞ-da şist neft istehsalının artması neft bazarının OPEC-plyus payının əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarmayacaq.

Novak və Falih də qlobal neft bazarının və sənaye sahəsinin davamlı inkişafını təmin etmək üçün gələcək əməkdaşlığın inkişaf etdirilməsi zərurəti barədə razılığa gəliblər. Bunun bir neçə yolla əldə edilməsi gözlənilir. Birincisi, hər iki tərəf 2018-ci ildən bəri neft bazarını tənzimləmək üçün OPEC-plyusu müzakirə zəminini olaraq saxlamağa çalışacaq. Başqa sözlə, Rusiya və Səudiyyə Ərəbistanı 2018-ci ilin sonuna qədər yeni istehsal kvotaları ilə Vyana müqaviləsini qoruyacaq.

Bu quruluşun formatı fərqli olsa da, iştirakçıları bu tarixə qədər OPEK-plyus üzvləri olaraq qalmasına razı salacaqlar. Gələcək görüşdə isə OPEK-in üzvləri neft bazarının problemlərinə dərhal təpki verəcək mexanizmləri müzakirə edəcək və zərurət yarandığı təqdirdə, ona müdaxilə edə biləcəklər.

Beləliklə, OPEC-plyus davamlı fəaliyyət göstərəcək və neft bazarının tənzimlənməsi üçün praktiki mexanizmlərə malik olan foruma bənzər bir struktur ola bilər.

Novak və Falih bir əhəmiyyətli təşəbbüsünü də dilə gətirib: OPEK-dən olmayan üzvləri neft bazarının idarə edilməsi məsələsində müzakirə masasına gətirmək. Rusiya və Səudiyyə Ərəbistanı bunda maraqlıdır. Əvvəllər buna dair şayiə vardı, amma indi o təsdiqlənib.

Sual: iki tərəf “miks” yaratmaq fikrindədir? Bu, ABŞ şist neft istehsalçıları ola bilərmi?

Onların niyyətləri və istehsal potensialı Moskva və ya Riyad üçün aydın deyil. ABŞ sənayesi çox çevikdir və müxtəlif bazar şərtlərinə uyğunlaşa bilər. Nəticədə, Moskva, OPEK-plyus amerikalılar arasında dialoq qurmaq məqsədəuyğun olardı.

Nəhayət, Rusiya və Səudiyyə Ərəbistanı hazırda qlobal karbohidrogen bazarının sabitliyini təmin etmək və neft-qaz sənayesinin inkişafında kifayət qədər investisiyaların təmin edilməsi üçün əməkdaşlığa vadar edəcək ikitərəfli saziş üzərində işləyirlər.

Maraqlıdır ki, Moskva və Riyad diqqətini yalnız neftə yönəldir. Onlar, həmçinin qaz sahəsində əməkdaşlığa böyük diqqət yetirəcəklər.

Ümumiyyətlə, Putinin Məhəmməd bin Salmanla görüşündə Moskva və Riyadın birlikdə işləmək niyyətində olduğunu və əlaqələrdə yaranan söz-söhbətlərin şayiə olduğunu göstərib. Hər iki siyasətçi danışıqların nəticələrindən razı qalıb. Putinlə görüşündə vəliəhd hətta Putinin şərəfinə  Riyadda OPEK-plyus liderlərinin ilk zirvə toplantısını təşkil etməyi vəd edib.

Eyni zamanda, Novak və Falihin görüşü Rusiya-Səudiyyə münasibətlərinin enerji sahəsində inkişafına zəmin yaradıb. İki nazirin neft-qaz sektoruna investisiyaların dəstək verdiyi qeyri-müəyyən bir formulla, Rusiya-Səudiyyə əlaqələrində növbəti addım Rusiyada və ya krallıqda birgə qaz layihələrində əməkdaşlıq ola bilər.


Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 220




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap