Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Yay tətili: iki fərqli taksist və poliqlot Zülfüqar

Tarix 17.06.18, 21:50

Font ölçüsü : - / +
bitmap-img6


Təcrübə göstərir ki, yay istirahətini ya yay girməmiş, ilin bu vədələrində edəndə yaxşı olur, ya da sentyabrda, yayın qurtaran vaxtlarında. Praktikadan keçirilib, yüzdəyüz belədir. Hərçənd klassik yay aylarında, iyul və avqustda, türkün sözü, tətil yapmaq lap əladır, amma bu, həm bahalıdır, həm də rus demişkən, sezonun razqar vaxtıdır


Dedik, bu il tez gedək, tez gələk, yay tətilini səmərəli keçirmək, yorğunluğunu çıxarmaq, bir qədər  enerji depolamaq istəyən dostlara da vaxt qalsın. İş elə gətirdi ki, sayğın dostlar sayəsində hər şey rəvan başa gəldi və vardıq, getdik dincəlməyə.

Düzdür, bəzi vətənpərvərlər bizi qınadı ki, nədən öz ölkəmizin dilbər guşələrini qoyub, xaricə gedirsiniz. Amma birincisi, getdiyimiz yer çox da xaric deyildi, qardaş Türkiyəydi, ikincisi, həmin vaxt burda yağış, külək vardı, havanın hərarəti də aşağıydı, üçüncüsü və ən əsası, öz ölkəmizdə ürəyin istəyən kimi yay tətili keçirmək üçün, açığı, adam xeyli varlı olmalıdır. Buradakı otellərə yaxın düşmək mümkün deyil.

Xüləs, əl çantalarımızı qablaşdırdıq, getdik. Çox şey-şüy götürmək imkanı yox idi. Birincisi, yay tətilidir, palto-plaş, gödəkçə, kostyum götürməyə ehtiyac yoxdur, iki-üç tişört, bir-iki şortik bəs edir, ikincisi, aviaşirkətin tələbi beləydi ki, özünüzlə çox yük götürə bilməzsiniz.

Əslində aviaşirkət haqlıdır. Çünki sən turistsənsə, gəzməyə, dincəlməyə gedirsənsə və təyyarə ilə səyahətin ucuz başa gəlməsini istəyirsənsə, balaca çantayla getməyə qane olmalısan. Yox, sən turistlər üçün nəzərdə tutulan təyyarə reysində yeddi dənə 20 kiloluq çamadanı doldurub yük aparmaq istəyirsənsə, zəhmət çək, pul-parasını ödə.

Soydaşlarımızın adətidir, hava limanlarında adamın əlində yükü az görən kimi yaxınlaşırlar ki, qardaş, bir (ya da iki) çamadan var, onu da keçir. Bunu edən yalnız bizim camaatdır, bir də iki-üç il qabaq İstanbuldan Düşənbəyə uçan taciklərdə belə şey görmüşəm. Hətta yük dolu çamadanlarını bir-bir, iki-bir Bakıya gələn sərnişinlərin arasında paylayanlar yardımdan imtina edənlərin dalınca “bizim millət belədir də, dar ayaqda adama kömək eləmirlər” deyə gileylənənlər də olur. Adama əvvəldə “qardaş” deyirlər, işləri alınmayanda dodaqaltı “oğraş” deyə-deyə uzaqlaşırlar.

Elə oldu ki, kurort şəhərinə uçan ucuz təyyarəi reysinin o başına bilet tapılmadı. Bu da ona görə ki, həmin şəhərin aeroportuna uçan ucuz reysə o şəhərlə qonşu olan şəhərlərin Bakıda olan sakinləri biletlərin hamısını almışdılar. Düzdür, onlar da tətilə gedirdilər, ancaq bu tezlikdə qayıtmayacaqdılar, azı 3 ay ana vətənlərinin dilbər guşələrində dincələndən sonra gələcəklər.

O üzdən biz avtobusla getdik. Macəralı oldu. Yevlaxdan minən iki xala, bir balanın sayəsində unudulmaz anlar yaşadıq. 1,5 yaşlı oğlan uşağı yol boyunca ya ağlayırdı, ya da bərkdən-bərkdən gülürdü. Civə kimi uşaq idi. Qonşu oturacaqlarda oturan sərnişinlərə dinclik vermirdi. Axırda onu neytrallaşdırmağın yolunu tapdım, anasından alıb özüm saxladım, başını qatıb yatırtdım, hamı rahatlaşdı.

Getdiyimiz şəhərin vağzalında ölkəmiz üçün xarakterik olmayan bir durumla üzləşdik. Taksi sürücüsünə yaxınlaşdıq ki, bizi filan otelə apar. Sürücü dedi, abi, beş addım yoldur, yürüyərək (yəni yeriyərək) gedə bilərsiniz. Bir xeyli yürüdük (istiydi, yüyürmək imkanı yox idi), gördük, beş addım deyilmiş, çata bilmirik, təzədən taksiyə mindik. Bu dəfə əsl bizim taksiçilər kimi olanın birinə ürcah olduq, 50 qəpiklik yola 12 lirə istədi, verdik. Çatandan sonra düşünürəm ki, görəsən, birinci taksiçi niyə bizi mənzil başına çatdırıb 15 lirəmizi almadı. Ona görə ki, o, vicdanlı adam idi, qısa yolu uzun dolanıb çox pul almaq istəyənlərdən deyildi. Amma ikinci taksiçi kəmfürsət adam idi, gördü ki, nabələdik və yorulmuşuq, 700-800 metrlik yol sürdü, 12 lirə qabağa düşdü.

Demək ki, dünyanın bütün şəhərlərində hər tipdən adam var - istər taksiçi olsun, istərsə də müştərilərlə işləyən başqa peşə yiyələri. Məsələ odur ki, gərək hamı kəmfürsət olmasın. Əgər qarşımıza ard-arda kəmfürsət adamlar çıxsaydı, mən o şəhərin sakinləri haqda pis fikrə düşərdim və bir daha nə ora getməz, nə də başqalarına tövsiyə etməzdim. Milli turizmin inkişafını istəyiriksə, gərək ellikcə kəmfürsət olmayaq.

Görünür, elə düşdüyümüz otelin sahibləri də kəmfürsət adamlar deyildilər deyə, rəqiblərinə nisbətən qonaqlarına daha ucuz qiymətlər təklif edirdilər. Bu üzdən düz sentyabra qədər oteldəki bütün yerlər bron olunmuşdu. Hətta barmen Azərbaycandan olduğumu biləndə dedi ki, sizdən qabaq burda bir azərbaycanlı xanım dincəlirdi, otel necə xoşuna gəldisə, sentyabrda bir də gələcək.

Otelin xidməti personalı hamıya qarşı mehriban, gülərüz idi. Əvvəldən axıra qədər bizə “qardaş” dedilər. Baş qarson Zülfüqar bizi hər görəndə Ərzurum ləhcəsi “xoş gəlmisəən” deyirdi. Deyəsən, o poliqlot idi, hamıyla onların öz dilində danışırdı. Bir dəfə mənə dedi ki, abi, almancam var, ruscam var, fransızcam var, ingiliscəm var, ta nə olsun. Ciddi-ciddi soruşdum ki, Zülfüqar, bu dillərin hamısını sərbəst bilirsənmi. Zülfüqar qəfildən səmimiləşdi, dedi, yok, abi, hərəsindən iki kəlimə.

Amma Zülfüqar hamını necə lazımdır, yola verirdi – gülə-gülə, hər qonağın dilində nəsə xoş bir söz deyə-deyə. Elə turizmin əsas prinsipi də budur: hamıyla dil tapmağı bacarmalısan.(musavat.com)



Xəbərin oxunma sayı : 388




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap