Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kərəm Həsənov və Elmar Vəliyev Qara dəniz sahilində otel tikirlər - Gürcüstanda

Tarix 12.06.18, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Gürcüsatanda, Batumi yaxınlığında Qara dəniz sahilində beş ulduz otel tikirlər. Sözü gedən otelin gələn ildən başlayaraq turistləri qəbul edəcəkləri bildirilir. 

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Kərəm Həsənovla Elmar Vəliyev şərikli biznes sahələrini genişləndirirlər. Qeyd edək ki, Kərəm Həsənov və Elmar Vəliyev qudadırlar və Gürcüstanda inşa edilən otel onların ilk şərikli biznesi deyil . Təqribən bir ay əvvə pia.az saytı yazmışdı ki, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla qudası Gəncə şəhər icra başçısı Elmar Vəliyev Gəncədə hündür mərtəbəli binalar inşa edirlər. Hazırda həmin binalarda son tikinti işləri gedir. 

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Gəncədəki tikinti işlərini, həmçinin  Gürcüstandakı otel tikintisini Kərəm Həsənovun “Azinko” şirkəti həyata keçirir. Mənbə onu da bildirib ki, Gürcüstanda inşa edilən otelə bir neçə on milyon dollar vəsait sərf olunacaq.

Qeyd edək ki, ölkə prezidentinin xəbərdarlıqlarına baxmayaraq, artıq çoxdandır ki, Azərbaycan məmurları və iş adamları Azərbaycanda qazandıqları pulları Gürcüstana sərmayə qoyurlar. Azərbaycanda bir çox dövlət məmurunun Gürcüstanda otel və digər biznes sahələrinə sərmayə yatırmaları barədə qonşu ölkənin mətbuatında mütəmadi məlumatlar dərc edilir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Xəbərin oxunma sayı : 2503




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap