Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Ordusu İrəvan-Laçın yolunu nəzarətə götürdü - FOTOLAR

Tarix 29.05.18, 6:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub. Azərbaycan Ordusu Naxçıvanda iki postu ermənilərdən alıb.

AzFakt.com-un virtualaz.org-a istinadla verdiyi məlumata görə, “Vkontakte” sosial şəbəkəsindəki “Hərbi Xəbərlər” qrupunda yayılan məlumata əsasən düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub.

Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.



Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.


Картинки по запросу Azərbaycan ordusu döyüş

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh 
Ermənistanda isə hərbi reportyor, “Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək “böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılır, Ermənistan Müdafiə Nazirliyi isə şərh vermir.




Xəbərin oxunma sayı : 8068




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap