Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kim cəld tərpənsə, sosial evi o alacaq –260 mənzil mayın 7-də satışa çıxarılır

Tarix 21.04.18, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda mayın 7-dən satışa çıxarılacaq sosial mənzilləri almaq üçün sistemdə qeydiyyatdan keçməklə yanaşı, cəldlik də tələb olunacaq. Fins.az xəbər verir ki, sosial mənzillərin satışı ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Qaydaya uyğun aparılacaq. Həmin qaydalara uyğun olaraq, mənzillərin güzəştli şərtlərlə satışı elan dərc edildikdən bir ay sonra “Güzəştli mənzil” elektron sistemi vasitəsilə başlanacaq.

Maraqlı məqam ondadır ki, sosial evlərin satışı, dünya praktikasında geniş tətbiq olunan “erkən müraciət edənə, erkən xidmət” prinsipi əsasında həyata keçiriləcək. Belə ki, verilmiş elana əsasən, 07.05.2018-ci il tarxində satış başladığı anda sistemə daxil olaraq mənzilləri ilk seçən şəxslər onları almaq imkanı əldə edəcək

Xatırladaq ki, sosial evlərin 260 mənzildən ibarət olan ilk partiyası mayın 7-də satışa çıxarılır. Amma bu evləri almaq üçün müraciət edənlərin sayı 8200 nəfərdən artıqdır. Bu şəxslərin hamısı üçün fərdi elektron kabinetlər yaradılıb və onlar mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Başqa sözlə, mayın 7-də satışa çıxarılan hər mənzilə 31 potensial alıcı düşür.

Belə böyük rəqabət şəraitində sosial evləri almaq istəyən şəxslər mayın 7-də saat 10-dan etibarən nəinki kompüterin qarşısında olmalı, həm də satışlar başlanan kimi, cəld tərpənərək sifarişi tez verməyə cəhd etməlidirlər. İlk sifariş verən istifadəçilər sosial evləri ala biləcəklər.

Ümumilikdə isə yaxın vaxtlarda Bakıda 5 minə yaxın sosial mənzil tikiləcək. Hazırda sosial mənzillər paytaxtın iki ərazisində tikilir.  1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksində tikinti işləri sürətlə davam etdirilir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillərin vətəndaşlara təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik ümumtəhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir. Yasamal Yaşayış Kompleksində bütün işlərin yekunlaşması 2019-cu ilə planlaşdırılır.

Agentliyin ikinci layihəsi – Hövsan Yaşayış Kompleksi 3000 minə yaxın ailəni mənzil ilə təmin edəcək, ərazisində 1920 şagird yerlik orta məktəb, hər biri 260 yerlik olmaqla iki uşaq bağçası, xəstəxana və digər sosial-ictimai obyektlər tikilərək istifadəyə veriləcək. Hazırda Hövsan Yaşayış Kompleksində ilk 7 mərtəbəli yaşayış binasının tikintisi aparılır.

Bütün mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir. Mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış mənzillərə sahib olduğu andan sakinlərə təqdim ediləcəkdir. (Fed.az)



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap