Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Gürcüstanda xüsusi əməliyyat keçirilib –3 “kriminal avtoritet“ saxlanılıb

Tarix 20.04.18, 1:52

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində “kriminal aləm”in üç üzvü həbs olunub.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Departamentinin Mərkəzi Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, saxlanılan şəxslərin Avropadakı “qanuni oğrular”la sıx əlaqələri olub və onlardan “kriminal aləm”də qəbul olunmuş qaydalar əsasında tapşırıqlar alıb, yeni cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Onlar Avropadakı “qanuni oğrular” – Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə əlaqədə olublar.



Xəbərin oxunma sayı : 376




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap