Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yunanıstan və Türkiyə müharibəyə doğru gedir –Hər iki ölkədə populistlər böhranı dərinləşdirir

Tarix 20.04.18, 0:41

Font ölçüsü : - / +
bitmap-img6


Yiannis Babulias

“Foreign Policy”

Yunanıstanla Türkiyə arasında əlaqələr heç vaxt hamar olmayıb. Qonşu ölkələr 20-ci əsrdə bir-birləri ilə bir neçə dəfə müharibə aparıb və Birləşmiş Ştatlar fəlakətin qarşısını almaq üçün vasitəçilik etməzdən əvvəl, 1996-cı ildə yunan İmiya adasına görə hərbi münaqişəyə yaxın idilər.

NATO müttəfiqləri hər iki tərəfin populistləri ucbatından (bu dəfə Vaşinqtonun müdaxiləsi olmadan) savaşa indi daha yaxındırlar.

Yunan-Türk qarşıdurması köhnə xatirələri yada salır.

Baş nazir Binəli Yıldırım Ankarada təşkil edilən bir tədbirdə bildirib ki, üç yunan Furnoi adasına yaxın bir qayalıqda yunan bayrağını qaldırıb və Türkiyənin sahil mühafizəsi bayrağı endirib. Yunanıstan ordusunun Baş Qərargahı isə son 48 saatda həmin ərazidə heç bir türk gəmisinin görünmədiyini bildirib. Furnoinin bələdiyyə başçısı da adacığa səfər edib və Yunanıstan bayrağının hələ də orada olduğunu bildirib.

Göründüyü kimi, rəsmi Afina Yıldırımın iddialarına son dərəcə ciddi şəkildə cavab vermək məcburiyyətində qalıb. Amma bu hadisəndən başqa, təyyarə qəzası da ehtirasları kükrədib.

Skiros adasının təxminən 10 mil şimalında türk təyyarəsini izləyən yunan təyyarəsi qəzaya uğrayıb və pilot ölüb.

Bu, son insident deyil: türk qırıcıları təkcə aprel ayında Yunanıstan hava sahəsini 30 dəfə pozub. Baş nazir Yıldırımın və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Yunanıstan baş naziri Aleksis Tsiprasa başsağlığı göndərməsinə baxmayaraq, Yunanıstan ictimaiyyəti 34 yaşlı pilotun ölümündə Türkiyəni günahlandırır.

Ötən ay iki yunan ordusu zabitinin həbs edilməsi və casusluq ittihamı ilə üzləşməsi xəbəri də yunanlar arasında qəzəb doğurub.

Egey dənizində Türkiyənin “boz bölgələr” adlandırdığı sahələr mübahisəli yurisdiksiyaya malikdir. Digər tərəfdən, Yunanıstan həmin “boz bölgələri” Lozann müqaviləsi və beynəlxalq hüquqa uyğun olaraq tanıyır.

Keçən il Afinaya səfər zamanı Ərdoğan Türkiyənin mövqeyini təkrarlayıb. Lozann müqaviləsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini iddia edərək, o, Yunanıstanın şimalındakı Trakiya bölgəsindəki türk azlığı dəlil gətirib.

Ərdoğanın niyyətlərini sanki vurğulayırmış kimi, türk döyüş gəmiləri yaxın vaxtlarda Kiprin yunan seqmentinə yollanan italyan araşdırma gəmisini dayandırıb.

Bu təhlükəli iqlimdə belə, hər iki tərəf ağılsız ritorika ilə məşğuldur.

Türkiyədə Ərdoğan və partiyası Yunanıstana qarşı daha təcavüzkar sözlər səsləndirir, ana müxalifət partiyasının rəhbəri Kamal Kılıçdaroğlu da hazırda “Yunanıstanın işğalı altında olan 18 türk adası”nın geri qaytarılmasının vacibliyini qabardır.

Türkiyənin davranışı Yunanıstan hökuməti ilə müxalifət arasındakı uzlaşmanın yeganə təməlini təmin edib. Solçu “Siriza” partiyasından olan Tsipras Ərdoğanın “sultan” kimi davrandığını, sağ mərkəzçi “Yeni Demokratiya”nın rəhbəri Giorqos Kumutsakos isə Türkiyənin “bölgədə qeyri-sabitlik və gərginlik yaradan avtoritar hakimiyyət ölkəsi” olduğunu söyləyib.

Tsiprasın Türkiyə ilə, daha doğrusu, öz hökuməti ilə (xüsusilə “Müstəqil Yunanlar”dan olan kiçik koalisiya tərəfdaşı, müdafiə naziri Panos Kammenosla) problemi var.

“Siriza” ilə “Müstəqil Yunanlar” arasındakı tərəfdaşlıq həmişə qəribə olub, lakin indi xüsusilə kəskin relyefə çevrilir. İki partiyanın ortaqlığı – qənaətçi iqtisadiyyat əleyhdarlığıdır. “Siriza”dan olan baş nazir – radikal solçu, Kammenos isə, öz partiyasını qurmazdan əvvəl “Yeni Demokratiya”lı millətçidir.

Kammenosun ABŞ prezidentinin sabiq məsləhətçi Corc Papadopoulos və yunan-rus biznesmen və sabiq deputat İvan Savvidis vasitəsilə müvafiq olaraq Donald Tramp və Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı iddia olunur. O, Tsiprasa Yunanıstan dövləti üçün faydalı əlaqələr və biliklərlə kömək etsə də (naziri yunan “dərin dövlət”i adlandırırlar), xarici siyasətdə ardıcıl baş ağrısıdır. Kammenos və partiyası dəfələrlə Türkiyəyə qarşı hərbi və hətta təcavüzkar bəyanatlar verməklə və ya sadəcə hökuməti öz siyasəti ilə qarışdırmaqla, Tsiprası çətin mövqedə qoyub.

Müdafiə naziri olaraq Kammenos arada-bərədə Türkiyəyə qarşı “cəsarətləri varsa, gəlib alsınlar” bəyanatı verib. Müdafiə nazirinin partiyasından olan millət vəkili Fotis Kuvelis isə “Yunanıstanın Egey dənizdə elan olunmamış müharibə” apardığını deyib.

Yunanıstan parlamentinin sədr müavini, “Müstəqil Yunanlar”ın üzvü də 10 gün içində bir-birinə zidd bəyanatlar verib. Gah Yunanıstanın “Ərdoğana qarşı çox sərt” olduğunu, gah da “biz icazə verməyəcəyik” deyib.

Bu problemlər Türkiyə ilə məhdudlaşmır: Kammenos keçmiş Yuqoslaviya respublikası Makedoniya ilə bağlı da Tsipras üçün problem olub. Qonşu ölkənin adının dəyişdirilməsi tələbində Kammenos geri çəkilməyə məcbur edilib və o, Tsiprasla razılaşmağa razı olub.

Amma həddən artıq real problem Egey dənizidir. Türkiyənin təxribat strategiyası – Ərdoğandan əvvəlki strategiya – çox güman ki, o getdikdən sonra belə davam edəcək.

Ərdoğan Suriyadakı qaçqın böhranından qaynaqlanan məsuliyyəti öz üzərinə götürməyə razılaşdıqdan sonra Avropa İttifaqına təsir göstərir və son aylarda bu strategiyanı sadəcə gücləndirib.

Yunanıstan ictimaiyyətində ölkənin istənməyən qarşıdurmaya doğru gedişinə dair çox real bir qorxu var. Bu əhval-ruhiyyə gündəlik mətbuatın ön səhifələrində əks olunur və siyasi spektrin müzakirəsindədir.

NATO söz duelinə qatılmaq istəmir və NATO-nun baş katibi Yens Stoltenberq deyib: “Bu, NATO-ya aid məsələ deyil”. Lakin Türkiyənin Egeydəki davranışının dəyişəcəyini düşünmək yanlışdır.

Bu keçmişdən qalma mirasdır və əlbəttə, Ərdoğanın yeni Osmanlı xəyallarına tam uyğundur. Təcavüzün qarşısını almaq üçün bütün tərəflər vəziyyəti çox diqqətlə öyrənməlidir. Amma son nəticədə, qarşıdurmanın labüd ola biləcəyi ehtimalı ilə razılaşmalıyıq.


Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 1357




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap