Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Növbəti 7 il – Prezident İlham Əliyevdən nə gözləyirlər?

Tarix 19.04.18, 22:10

Font ölçüsü : - / +
bitmap-img6


İlham Əliyev dünən prezident kimi and içərək 7 illik fəaliyyətinə başlayıb. O, qarşıda 7 illik fəaliyyəti zamanı ciddi islahatlar vəd edib.

Milli Məclisdə andiçmə mərasimində İlham Əliyev növbəti illərdə də yoxsulluqla, işsizliklə, korrupsiya, rüşvətxorluqla mübarizə aparılacağını bəyan edib.

“Biznesə məmur müdaxiləsi aradan qaldırılsın”

İqtisadçı Azər Mehdiyev “BBC Azərbaycanca” ilə İlham Əliyevin 7 illik hakimiyyətindən gözləntisini bölüşüb. O, daha çox iqtisadiyyat və biznes mühitinin yaxşılaşdırılmasını gözləyir.

“İnstitusional islahatların aparılması, biznes mühitinin yaxşılaşdırılması xarici investorların ölkəyə cəlb edilməsi arzuolunandır“, -o deyib.

A.Mehdiyev hesab edir ki, ölkədə iqtisadi sferada olan inhisarçılıq aradan qaldırılarsa, xüsusilə məmur sahibkarlığının aradan qaldırılması istiqamətində real addımlar atılarsa, rəqabətli biznes üçün əlverişli şərait yaranar: “Biznesə məmur müdaxiləsi aradan qaldırılsın. Hətta yoxlamaların dayandırılması belə biznesə məmur müdaxiləsinin qarşısını ala bilmir”.

Onun sözlərinə görə, rayon icra hakimiyyəti başçıları öz ərazisində olan biznes strukturlarına istədiyi kimi müdaxilə edə bilir. İqtisadçı hesab edir ki, “iqtisadi və siyasi hakimiyyət ayrılmalı, biznes sahəsində mülkiyyət toxunulmazlığından tutmuş məhkəmələrin müstəqilliyinin təminatına qədər islahatlar aparılmalıdır”.

 “Məhkəmələrin müstəqilliyi, tərəfsizliyi təmin edilsin”

Hüquqşünas Fərhad Mehdiyev hər şeydən əvvəl o, icbari tibbi sığortanın ölkəboyu tətbiqini vacib sayır. O, xaricdə təhsil proqramının davamını zəruriliyini qeyd edir, bildirir ki, “məhkəmələrin müstəqilliyini, tərəfsizliyini və hüquqa uyğun işləmələrinin” təmin edilməsi üçün də ciddi addımlar atılmasını gözləyir.

 “Qaçqınlar torpaqlarına qayıtsınlar”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliyə doğru hər hansı fəaliyyət gözləmir, deyir ki, “lokal əməliyyatlar Azərbaycana itkilərdən başqa heç bir şey vermir”.

Keçmiş millət vəkili Sabir Rüstəmxanlı isə gözləyir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yönümündə ciddi addımlar atılsın, qaçqınlar torpaqlarına qayıtsın. S.Rüstəmxanlı deyir ki, Azərbaycanı “müasir müansibətlər sistemiylə idarə olunan bir dövlətə çevirmək” üçün İlham Əliyevdən yeni komanda gözləyir: “Köhnə sovet və komunist vərdişlərindən əl çəkməyən adamlar var, onlardan xilas olsun”.

Sabir Rüstəmxanlının prezidentdən insan haqlarının müdafiəsini və gənclərin işlə təminatını da gözləyir.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyir ki, “normal media mühiti yaradılmalıdır. O. azad sözə, jurnalistin həqiqəti söyləməyinə görə həbsə atılmamasını istəyir: “Elə bir şərait olsun ki, KİV-ləri dövlətin maliyyələşdirməsinə ehtiyac olmasın”. (BBC)



Xəbərin oxunma sayı : 763




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap