Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda tanınmış professorun evinə basqın edən şəxs ifadə verdi:“Dedi ki, bu saatın qiyməti 50 min avrodur...“

Tarix 17.04.18, 1:50

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəmə iclası davam etdirilib.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E.Musayev ifadə verib.

O söyləyib ki, hadisədən öncə quldurluq niyyətindən xəbəri olmayıb, telefonları isə özündə saxlamayıb: “Sadəcə, avtovağzalda bunlar telefonlarını dükana verəndə orda olmuşam. Sonra da çıxıb öz işimin dalınca getdim. Onların quldurluğa getdiyindən xəbərsizəm. Rayonda olanda polis məni bölməyə çağırdı, orda cinayət olduğunu dedilər. Bir neçə gün əvvəl də əmimoğlu Natiq mənə saat hədiyyə etmişdi. Müstəntiq həmin saatı mənə göstərib “bunun qiyməti 50 min avrodur, buna görə adamın əlini kəsərlər” söylədi. Mən orada saatın oğurluq olduğunu bildim. Natiq bu hadisədən əvvəl də mənə alışqan hədiyyə etmişdi”.

Daha sonra məhkəmədə zərərçəkmiş İlhamə Yusifovanın iclasda iştirak etmədiyi elan edilib.

Onun vəkili bildirib ki, müvəkkilinin səhhətində problem var və müalicə üçün Moskvaya gedib.

Hakim qeyd edib ki, İ.Yusifovanın ölkədən çıxıb-çıxmamasına dair Dövlət Sərhəd Xidmətinə sorğu göndəriləcək.

Məhkəmə prosesə gəlməyən digər şahidlər barəsində isə məcburi gətirilmə barədə qərar çıxarıb.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.

İttiham aktına əsasən, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. O, 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər.

Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

A.Əmirov hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar. Həmin şəxslər maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açaraq içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar, ümumilikdə, evdən 35 min manatlıq əmlak aparıblar.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsində baş verib/Report.



Xəbərin oxunma sayı : 697




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap