Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Daxildə müxalifət var…” – Ramiz Mehdiyev

Tarix 11.04.18, 23:52

Font ölçüsü : - / +
bitmap-img6


“Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: “Belə halları çox pis qiymətləndirirəm”.

R. Mehdiyev deyib ki, normal adam bu yola düşməməlidir: “Daxildə müxalifət var. Bir də var ki, gedib xaricdə Azərbaycana qara yaxır, hörmətdən salmağa çalışır. Heç bir millətin nümayəndələri bu yola düşməməlidir. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problem həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir”.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bəzən insanlar Azərbaycanda böyük cinayətlər törədib, xaricə qaçırlar: “Xaricdə də belələri Azərbaycanı pisləməyə başlayırlar. Əlbəttə, bu, yaxşı hal deyil. Bu, Azərbaycan xalqına xas keyfiyyət deyil. Bu insanlar mədəniyyəti, tərbiyəsi olmadığına görə belə yola əl atırlar”.



Xəbərin oxunma sayı : 3445




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap