Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Fürer demokratiyası” –Avtoritar Macarıstan Avropanın “qəbirqazanına” necə çevrilir? TƏHLİL

Tarix 11.04.18, 19:53

Font ölçüsü : - / +
bitmap-img6


 Silke Mülherr

“Die Welt” (Almaniya)

Viktor Orban Macarıstanın baş nazir postunda ona dördüncü səlahiyyət dövrünü bəxş edən həmin axşam sadəcə işıldayırdı. Orban uğuru sevir. Ancaq nəzərində özünü ondan daha güclü hesab edənlərlə mübarizədə onlara qalib gəlməyi daha çox sevir. Bu, müəyyən dərəcədə  natamamlıq kompleksi ilə əlaqəlidir. Və bu kompleksdən əziyyət çəkən təkcə ölkənin baş naziri deyil. Əslində Macarıstanın tarixi xaricdən idarə tarixidir. Macar xalqının yaşadığı ərazi yüz illər boyu Osmanlı imperiyası və Habsburqlar imperiyası arasında döyüş meydanı olub.

Tarixin dərininə getməsək, Üçüncü reyx dövründə Macarıstanı işğal edən və Xorti rejimini kollaborasionistinə çevirən almanları, həmçinin macar torpaqlarına kommunizmi gətirən SSRİ-ni qeyd etmək kifayətdir. Halbuki macarlar Sovet İttifaqına qarşı mətanətlə müqavimət göstəriblər. Məhz onlar 1989-cu il “dəmir pərdənin” düşməsinə səbəb olublar. Ona görə əzildiyini hiss etmək və bu təzyiqə müqavimət göstərməyə çalışmaq macarların milli psixologiyasının əsasını təşkil edir.

Və budur, günlərin bir günü Viktor Orban səhnə önünə çıxır. “Fides” partiyasının lideri Brüssel “işğalçılarının”, xristianlığı təhlükə altına qoyan ərəb miqrantlarının, guya sərhədləri açan və dünyanın yarısını Avropaya dəvət edən Almaniya kanslerinin fəaliyyətindən dolayı həmvətənləri arasında ustalıqla narazıçılıq doğura bilir! Bu zaman Orban unudur ki, ruslar həmişə macarlara yaxşı münasibət bəsləməyiblər. O, hər vasitə ilə Rusiya prezidenti Vladimir Putinlə dilxoşluq edir, yaranmış vəziyyətin onun rəsmi tərəfdaşları AB və NATO-nu hirsləndirəcəyindən zərrəcə ehtiyat etmir.

Orban şəxsi məqsədləri naminə ictimai fikri məharətlə manipulyasiya edə bilir. O, bu zaman aşkar faktları dilə gətirmir: AB-nin dəstəyi olmasa, Macarıstan tez bir zamanda iflas olardı, Macarıstanda müsəlman qaçqın yoxdur, ona görə ki, onlar bu ölkədə qalmaq istəmirlər, Angela Merkel Orbanı miqrantlardan xilas edib, onları Almaniyada sığınacaqla təmin edib.

Çoxdandır Macarıstanda əsl siyasi debatlara eyham belə yoxdur. Orban bütün ölkəni özünə tabe etdirib və onu “Fides” partiyasının 8 illik hakimiyyət dövrünə yekun vuran macar politoloq Andras Keresenin (András Körösényi) təbirincə desək, “fürer demokratiyasına” çevirib. Bu zaman bütün işi Orban özü görüb: o, əvvəlcə KİV-i hədələyib, sonra Konstitutsiya məhkəməsini saxtalaşdırıb, bütün siyasi qurumları ona tabe etdirən və bütün strateji mühüm postları əlaltılarına ötürən yüzlərlə müxtəlif qanunun qəbul edilməsinə müvəffəq olub.

Seçki kampaniyasında “döyülmüş” müxalifət Orban üçün adekvat rəqib olmadığını əyani surətdə nümayiş etdirib: müxalifətçilər öz aralarında dalaşmağa davam edib və seçicilər üçün bircə dənə də olsun cəlbedici ideya irəli sürməyib. “Fides”-dən sonra “Yobbik”-in ölkənin ən güclü ikinci partiyası olması macar dilemmasını ideal şəkildə vurğulayır. Sağçı radikalların gələcəkdə hakimiyyətdə sağçı populistləri əvəzləməyə yaxşı şansı var. Seçkilərdən sonra Macarıstan tamamilə siyasi komaya düşəcək, çünki onsuz da heç kim cürət edib Orbana qarşı çıxa bilmir. Bu vəziyyətdə ən kədərli məqam odur ki, gələcəkdə hakimiyyətin demokratik dəyişikliyi demək olar mümkün deyil.

Yeri gəlmişkən, bu cür problemlə yalnız Macarıstan üzləşməyib: “Orban modeli” Avropanın bütün ölkələri üçün səciyəvi haldır. Qələbə bu modeli bütün Avropaya ixrac etmək üçün ona daha çox güc verəcək. Orbanın artıq bir çox nümunəvi tələbəsi var. Onların arasında Polşa və Vışeqrad qrupunun digər ölkələri xüsusi fərqlənir. Əslində Varşava artıq “macar yolu” ilə irəliləyir: yerli sağçı-mühafizəkar hökumət artıq çoxdandır Avropa Komissiyası ilə dalaşıb.

Münaqişənin məğzi ondan ibarətdir ki, Yaroslav Kaçinski Polşanı öz təsəvvürünə uyğun düzəltməyə və ona lazımsız görünən demokratiya elementlərini ləğv etməyə çalışır. Brüsseldə sanki dejavyu yaşanır: axı düz bir il əvvəl Orban da özünü belə aparırdı, indi isə Polşa bunu bir qədər yöndəmsiz bir şəkildə etsə də, ondan nümunə götürür.

Şərqi Avropanın “orbanizasiyası” AB-yə təzyiqi daha da artıracaq. Nəzərə alsaq ki, ümumavropa qərar qəbulu üzrə səsvermə qaydalarının çox mürəkkəb olması səbəbi ilə AB fəaliyyət azadlığında kifayət qədər məhdudlaşıb.

Putin “iştahına məğlub olsa” və SSRİ-nin keçmiş respublikalarından birini “udmaq” qərarına gəlsə, avropalılar isə Moskvaya qarşı mümkün yeni sanksiyaları müzakirə etsə, gələcəkdə yekdil qərarlar necə qəbul ediləcək? Axı özündən razı Macarıstan, onunla birgə Polşa və AB-nin digər tənqidçiləri gələcəkdə, o cümlədən Şərqi Avropanın demokratiyanı pozan ölkələrindən biri “divara dirəndiyi” və ya AB ərazisində qaçqınların yeni uçot sistemi müzakirə edildiyi bir vaxtda veto hüququndan istifadə edə bilər.

Macarıstanda seçkilərə yekun vurulduqdan sonra AB çərçivəsində Şərq bloku güclənsə, onda onu BMT-nin aqibəti gözləyir. Müxtəlif dəyərlərə malik çox ölkə bir yerə toplaşanda, onların əməkdaşlığı faydasız müzakirə klubuna çevrilə bilər. Daha çoxunu demək olar: Viktor Orban “AB-nin qəbir qazanı” olmağa hazırlaşır. Yazıq Macarıstan, yazıq Avropa! Avropa qorxaqlığın basqısı altında dağıla bilər. 

Xpressa.net 



Xəbərin oxunma sayı : 349




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap