Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Sarkisyanın açıqlaması ölünün dəfn edilməsinə bənzəyir”

Tarix 03.03.18, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Xarici İşlər Nazirliyi  icra aparatının keçmiş rəhbəri, Cümhuriyyət Xalq Partiyasının keçmiş millət vəkili, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis Onur Öymənin APA-ya müsahibəsini təqdim edirik:

- Bir neçə gün qabaq Ermənistan prezidenti 2009-ci ilin avqustun 31-də Türkiyə hökuməti ilə İsveçrədə imzalanan protokolların tamamilə ləğv edildiyini açıqladı. 2009-cu ilin oktyabrın 9-da  Sürix protokollarının imzalanmasına qarşı çıxmış və imzalanmadan sonra da bu mübarizənizi davam etdirmişdiniz. 9 ildən sonra  bu barədə nə demək istərdiniz?

-  Ermənistanın Türkiyəyə qarşı bu qədər əsassız iddiası olduğu, qardaş Azərbaycanın torpaqlarını uzun müddətdən bəri işğal altında saxlayıb Xocalı soyqırımını törətdiyi halda, o ölkə ilə münasibətləri "normallaşdırmağın" absurd olduğunu o vaxt da dəfələrlə demişdik. "Sürix protokolları" işin əvvəlindən ölü doğulan uşaq idi. İmza mərasimindən bir neçə ay sonra Ermənistan Konstitusiya məhkəməsi protokolların Ermənistanın müstəqillik  bəyannaməsinin ruhuna zidd olduğunu səbəb göstərərək icra edilə bilməyəcəyinə dair qərar qəbul etmiş, onları  rəsmən zibilliyə atmışdı. O vaxt dəfələrlə Sürix protokollarını Türkiyə Böyük Millət Məclisinin də gündəliyindən  çıxarılmasını təklif etmişdim. Millətin qəbul etmədiyi bir məsələnin Məclis gündəmində qalmasının mənası yox idi. Ermənistan dövlət başçısının açıqlaması ölünün dəfn edilməsinə bənzəyir. Türk diplomatlarını qətlə yetirmiş ASALA terror təşkilatının üzvlərinə abidə qoyan bir ölkə ilə hansısa protokol imzalayaraq münasibətləri "normallaşdırmağa" çalışmağın heç bir mənası yoxdur, ola da bilməz. Ermənistan dövlət başçısı 9 il əvvəl bizim təxmin etdiyimiz qərarı açıqladı.

- Yəni, bundan sonra Türkiyə ilə Ermənistan arasındakı münasibətləri "normallaşdırmaq" istəyənlər Sürix protokollarının aqibətini unutmamalıdırlar, eləmi?

-  Əlbəttə. Türkiyənin ərazi bütövlüyünü tanımayaraq, bizdən torpaq  istəyən, qondarma "soyqırım" iddiaları ilə bizə böhtan atan, qardaş Azərbaycanın torpaqlarını işğal altında saxlayıb orada türklərə qarşı soyqırım törədən bir ölkə ilə hansı münasibətlərin normallaşmasından söhbət gedə bilər? Diplomatlarımızı şəhid etmiş  terrorçulara abidə qoyan bir ölkə ilə münasibətləri necə "normallaşdıra" bilərik?

- Sürix protokollarının tamamilə  ləğv edilməsi ilə bağlı Ermənistanın qəbul etdiyi qərar bundan sonrakı mərhələdə Türkiyə ilə Azərbaycanın öz qüvvələrini inteqrasiya etməsinə necə təsir göstərəcək?

- Qüvvələrimizi bütün sahələrdə birləşdirməliyik. Türkiyə beynəlxalq arenada hər gün yorulmadan Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məsələni və ermənilərin törətdikləri Xocalı soyqırımını gündəmə gətirməlidir. Bəs, qardaş qardaşı necə müdafiə etməlidir, onun haqlarını necə qorumalıdır? Türkiyə bu məsələlərin bir an belə dünyanın gündəmindən çıxmasına icazə verməməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün Türkiyə əlindən gələn hər şeyi etməlidir. İşğal altındakı 7 rayonun taleyi daim dünyanın gündəmində olmalıdır.

- Son günlər  Hollandiya parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına dair qərarını və İsveçdəki yerli məhkəmənin "erməni soyqırımı" abidəsi qoyulması üçün bələdiyyənin tələbini rədd etməsini necə şərh edərdiniz?

- Hollandiyadan əvvəl-  2016-cı il iyunun əvvəlində Almaniya Bundestaqı da  qondarma "erməni soyqırımı"nı tanıyan qərar qəbul etmişdi. Bu qərarların hamısı qanunlara və beynəlxalq hüquqa ziddir. Hollandiya özünü beynəlxalq cəza hüququnun mərkəzi saysa da parlamentin bununla bağlı qəbul etdiyi qərarının təməli yoxdur. Çünki, bir hadisənin soyqırım kimi tanına bilməsi üçün onunla bağlı ya bir yerli məhkəmə, ya da BMT-nin müəyyənləşdirdiyi müstəqil beynəlxalq məhkəmə hökm verməlidir. 1915-ci il hadisələri ilə bağlı  belə qərar olmadığı kimi, Perinçək-İsveçrə çəkişməsində də Avropa İnsan Haqları Məhkəməsi 1915-ci il hadisələrinin "soyqırım" kimi xarakterizə edilə bilməyəcəyinə işarə etmişdi. Ona görə parlamentlərin o qərarlarının heç bir mənası yoxdur. İsveç məhkəməsi isə düzgün qərar qəbul edib. Bələdiyyələr "soyqırım"a dair qərar qəbul edə bilməz, öz ərazilərində "soyqırım" abidəsi  ucaltmağa da bələdiyyələrin səlahiyyəti yoxdur. Avropa da, dünya da bunu getdikcə daha yaxşı başa düşəcək.



Xəbərin oxunma sayı : 406




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap