Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda avtomobili oğruları saxlanılıb

Tarix 20.01.18, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda avtomobil qaçıran şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumat isə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərinin qaçırılmaları müəyyənləşdirilib.

Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” qısa zamanda Naximov küçəsində tapılıb. Maşınları qaçırmaqda şübhəli bilinən şəxs də əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalardan sonra onun Bakı şəhər sakini Amin Ramazanov olduğu üzə çıxıb. Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.



Xəbərin oxunma sayı : 172




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap