Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Leyla Şıxlinskaya:“Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”

Tarix 20.01.18, 3:34

Font ölçüsü : - / +
bitmap-img6


“Leyla Şıxlinskaya” klinikasının sahibi Leyla Şıxlinskaya barəsində külli miqdarda vergidən yayınmağa görə cinayət işinin başlanması xəbərinə münasibət bildirib.

Lent.az-a açıqlama verən L.Şıxlinskaya bildirib ki, cinayət işi ona yox, klinikada baş vermiş mənimsəmə və külli miqdarda vergidən yayınma faktlarına görə başlanılıb: “Hələlik araşdırmalar aparılır. Baxaq görək nəticəsi nə olur, kim təqsirli olacaq?! Ondan sonra konkret söz demək olar. Klinikada mühasibatlıq çox özbaşınalıqlar edib. Mən də bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mənim klinikanın idarə edilməsində, sənədlərə qol çəkilməsində heç bir səlahiyyətim olmayıb. Yalnız adım klinikanın adında qeyd edilib, vəssalam. Mənim barəmdə cinayət işinin açılması söhbəti yalandır”.

Qeyd edək ki, bir müddət əvvəl “Leyla Şıxlinskaya” klinikasında aparılan yoxlamalar zamanı müəssisənin 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Faktla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi ilə iş başlanılıb.

Xatırladaq ki, həmin klinika ilə bağlı daha bir mənimsəmə işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Belə ki, “Leyla Şıxlinskaya” klinikasının mənimsəmədə təqsirləndirilən keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevanın işi ayrıca icraatda aparılır. Təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.



Xəbərin oxunma sayı : 136




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap