Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmar Məmmədyarov niyə hesabat vermir?

Tarix 19.01.18, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Deputat: “Ən azıdan Qarabağ  məsələsi  ilə bağlı hesabat çox vacibdir”

Torpağının 20 faizi işğal altında olan Azərbaycanın maraqlarını məharətlə müdafiə etmək, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və digər ölkələrlə əlaqələri qurmaq üçün xarici siyasətin qarşısında önəmli vəzifələr dayanır.

Əksər ekspertlərin fikrincə,  bu gün Azərbaycanın xarici siyasəti olduqca uğurludur. Bunu digər ölkələrlə münasibətlərimiz, daxildə yaşanan sabitlik fonunda da görmək mümkündür. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilib və bu gün də torpaqlarımız işğaldan azad olunmayıb. Elə xarici siyasətimizin əsas qayəsini də məhz itirilmiş torpaqlarımızla bağlı atılan addımlar təşkil edir. Hər il bu istiqamətdə xeyli işlər görülür, görüşlər keçirilir.

İlin yekunlarında adətən Xarici İşlər Nazirliyinin mətbuat xidməti mətbuat  konfransı keçirərək son bir ilin ümumi hesabatını verir. Lakin konkret olaraq xarici işlər naziri Elmar Məmmədyarovun ötən illər ərzində  hesabatına, bu istiqamət üzrə keçirdiyi mətbuat konfransına rast gəlinmir.

Onu da qeyd edək ki, xarici işlər nazirlərinin böyük mətbuat konfransı keçirərək, illik hesabat vermələri ilə bağlı bir çox ölkələrdə təcrübələr var. Elə Rusiyanın özündə hər il xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı keçirib, ilin yekunlarına dair hesabat verdikdən sonra jurnalistlərin də suallarını cavablandırır.

Azərbaycanda isə bəzi nazirlər Milli Məclisdə çıxış edərək, ilin yekunlarına dair fəaliyyətləri barədə hesabat verirlər.  Elə baş nazir Artur Rasi-zadə də  hər il Milli Məclisdə hökumətin illik fəaliyyəti barədə hesabat verir, daha sonra isə  hesabat deputatlar tərəfindən müzakirə olunur.

Bəs xarici işlər naziri Elmar Məmmədyarov nə üçün hesabat vermir?

“Yeni Müsavat”a danışan deputat Fərəc Quliyev bildirib ki, dəfələrlə parlamentdə məsələ qaldırıb ki, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı komissiya yaradılsın:

Fərəc Quliyev ile ilgili görsel sonucu

“Həm də heç olmasa, gündəliyə Dağlıq Qarabağ məsələsi salınsın və dinləmə olsun. Bu dinləmədə isə xarici işlər nazirinin iştirakını vacib saymışam. O mənada hesab edirəm ki, ən azından bu məsələ ilə bağlı hesabat çox vacibdir. Azərbaycan normal şəkildə xarici siyasət yürüdür. Bəzilərinin, xüsusən də hakimiyyətdəki məmurların Avropa İttifaqına, Qərbə inteqrasiyaya çox fərqli, neqativ baxışları olmasına baxmayaraq, ölkə rəhbərliyi sübut etdi ki, biz Qərblə inteqrasiyada maraqlıyıq. Prezident son açıqlamasında bildirdi ki, Avropa İttifaqı ilə saziş layihəsi hazırlanır və inteqrasiya xətti yürüdülür. Bundan əvvəl isə NATO ilə bağlı strateji əməkdaşlıq haqqında fikirlər bildirmişdi. Yaxud da Azərbaycan milli təhlükəsizlik konsepsiyasının Hərbi doktrinada NATO ilə inteqrasiyada xüsusi bir müddəaların olması göstərir ki, seçimimizi etmişik.  Ancaq təbii ki, hesab edirəm istər xarici işlər naziri, istərsə də digərləri xalqa, ictimaiyyətə açıq olmalı, müəyyən məsələlərlə bağlı aydınlıq gətirməlidir. Bunu hətta ayda bir dəfə televiziyalarda etməsi də mümkündür. Parlamentdə də xüsusi hallarla bağlı olaraq məlumatın, hesabatın verilməsi yaxşı olar”.

Politoloq Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, iri dövlətlər bu kimi mətbuat konfranslarından fərqli məqsədlər üçün istifadə edirlər: “Hər dövlət siyasətini təbliğ etməklə bağlı müxtəlif variantlardan istifadə edir. Parametrinə, geosiyasi çəkisinə görə Azərbaycan və Rusiya çox fərqlidir. Əslində Lavrov illik mətbuat konfransı keçirməklə həm də beynəlxalq ictimaiyyətə bir təzyiq göstərib, özlərinin ambisiyalarını ortaya qoyur.  Bizim kimi dövlətlərdə isə tez-tez hakimiyyətin gördüyü işlərin təqdimetmə tədbiri keçirilir. Hər rübdə Azərbaycanda ölkə prezidenti yekun iclaslar keçirir. Son rübdə isə ilin yekunlarına dair hesabat verilir. Bu forma orijinaldır. MDB məkanında belə bir varianta rast gəlməmişəm. Əslində bu iclasların adının fərqli olmasından asılı olmayaraq, ölkə prezidenti belə tədbirdə Dağlıq Qarabağla bağlı nə baş veribsə, onlardan da danışır, ölkə ictimaiyyətini məlumatlandırır. Vaxtilə Azərbaycanda hərbi quruculuq Dağlıq Qarabağla yanaşı gedirdi. İndi isə ölkə prezidenti hərbi quruculuğa daha xüsusi diqqət verir.  Bu iclaslarda digər xarici siyasətlərlə bağlı məsələlərə münasibət bildirilir. Hamı bilir ki, 2018-ci il Cümhuriyyət ili olacaq. Yaxud da hər kəsə məlumdur ki, 2018-ci ildə Azərbaycan xaric borcu olmayan dövlətə çevrilməlidir. Göründüyü kimi, bizim formatımız digərlərindən fərqlidir. Ölkə əhalisi hakimiyyətin gördüyü siyasətdən məlumatsız deyil. Prezidentin çıxışını oxumaqla xarici siyasətlə bağlı hər şeyi öyrənmək olar. Hansı sahədə qüsur varsa, ölkə başçısının çıxışında onlara da toxunulur. 2017-ci ildə bağlanan iş yerlərindən belə prezident danışır. Ona görə də ölkə və Azərbaycan barəsində məlumat almaq istəyən insanlar informasiya aclığında qala bilməzlər. Sadəcə olaraq, informasiyanı ictimaiyyətə təqdim etmək üçün bizim hökumət hansısa mətbuat konfransını, illik yekunlara dair fərqli formanı deyil, bu cür variantı seçib”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin də mövqeyini almağa cəhd etsək də, buna nail ola bilmədik.



Xəbərin oxunma sayı : 304




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap