Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Oqtay Əsədov:“Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir“

Tarix 18.01.18, 1:17

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, spiker qonaqları səmimi salamlayaraq bildirib ki, ölkə rəsmiləri arasındakı görüşlər, regional məsələlərə dair müzakirələr artıq müntəzəm xarakter alıb.

O.Əsədov bildirib ki, dövlət başçılarının səyləri nəticəsində əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı parlamentlər səviyyəsində də müvəffəqiyyətlə davam etməkdədir.

Sədr vurğulayıb ki, ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri digər dövlətlər üçün nümunədir.

Sədr Milli Məclislə TBMM arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, parlamentdə Türkiyə ilə dostluq qrupunun ən böyük qrup olduğunu söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasının rəhbəri Volkan Bozkır ölkəmizə səfərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. Qeyd edilbi ki, TBMM-nin Xarici işlər komissiyası üzvlərinin cari ildə ilk səfəri məhz Azərbaycana olub. V.Bozkır bildirib ki, bu səfərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının işğaldan azad olunmasının bir əsrlik yubileyi ərəfəsində baş tutması özü bir rəmzi məna daşıyır.

Qəbulda digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Səhiyyə komitəsinin sədri və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak edirdilər.



Xəbərin oxunma sayı : 148




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap