Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ-la Pakistan arasında gərginlik Çini hərəkətə gətirdi - Pekin xaricdəki hərbi bazalarının sayını niyə artırır? - TƏHLİL

Tarix 09.01.18, 5:57

Font ölçüsü : - / +
bitmap-img6


Çin xaricdə hərbi iştirakını genişləndirməyi, həmçinin Pakistanda hərbi-dəniz bazası qurmağı planlaşdırır. Bu barədə məlumatı "South China Morning Post" qəzeti Çin Xalq Azadlıq Ordusundakı mənbələrə istinadən yayıb. Diqqətçəkən məqam odur ki, Pekinin planları haqda informasiya Vaşinqtonla İslamabad arasında yaranmış son gərginlik fonunda üzə çıxıb.

Belə ki, ABŞ prezidenti Donald Tramp Pakistanı növbəti dəfə terrorizmi dəstəkləməkdə ittiham edib. Dövlət Deparlamenti isə bu ölkənin təhlükəsizlik sahəsinə yardımı müvəqqəti dondurduğunu elan edib.

"South China Morning Post" yazır ki, 2016-cı ildə Cibutidə xaricdəki ilk hərbi-dəniz bazasını inşa etməyə (ABŞ və digər ölkələrin analoji bazalarının yanında) başlayan Çin bu dəfə bazanı liman şəhəri olan Qvadarda qurmaq istəyir. Qvadar həm də, strateji əhəmiyyəti olan şəhərdir.  

Çin analitikləri deyir ki, Pakistan limanına daxil olan Çinin ticarət gəmiləri güc dəstəyinə ehtiyac duyur. Lakin mövcud mülki infrastruktur hərbi gəmilərin tələbatını ödəyə bilmir. 

2017-ci ilin iyununda Pentaqon özünün illik hesabatında Çinin hərbi hazırlığına toxunarkən qeyd etmişdi ki, Pekin Pakistanda hərbi bazanın inşasına başlaya bilər. Sonradan rəsmi Pekin hesabatı tənqid etmiş, ölkənin Xarici İşlər Nazirliyi isə onu spekulyasiya adlandıraraq Vaşinqtonu faktları görməzdən gəlməkdə ittiham etmişdi.


Alternativ yol



Qavdar limanı Pakistan-İran sərhədinin 50 kilometrliyində yerləşir. Pakistanın yeganə dərin dəniz limanı olan Qavdar neft ticarətində strateji cəhətdən vacib "qapı" rolunu (Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazında) oynayır.   

Qvadar 2017-ci ilin noyabrında 43 illiyinə Chinese Overseas Port Holdings dövlət şirkətinin nəzarətinə verilib. Ticari yüklərin daşındığı liman Çin-Pakistan iqtisadi dəhlizi layihəsində (China-Pakistan Economic Corridor -CPEC) "açar bənd" sayılır. Geniş avtomobil və dəmir yolları şəbəkəsi limanı Çinin Sintszyan-Uyğur rayonu ilə birləşdirməlidir. 

Başqa sözlə, CPEC "Bir kəmər, bir yol" layihəsinə daxildir və Çinin logistika infrastrukturunu Avropaya, Yaxın Şərqə və Afrikaya birləşməsini nəzərdə tutur.

Çində gizlətmirlər ki, Cənubi-Çin dənizində vəziyyət gərginləşəcəyi təqdirdə, dənizə çıxışı olan bu dəhliz Malakka boğazına (hazırda Çindən idxal olunan neftin 80 faizindən çoxu bu boğazdan keçir) alternativ kimi baxılacaq. 

Dəhliz tək siyasi yox, həm də iqtisadi baxımdan sərfəlidir. Çünki yüklərin quru nəqliyyatı ilə Hind okeanı sahilindəki limana çatdırılmasını təmin edir. Buradan da gəmilər Yaxın Şərqə üz tutur.

Belə görünür ki, Qərbi Çindən yük göndərənlər üçün yükləri Qvadara aparmaq daha sərfəlidir, nəinki Çinin başqa limanlarına. 2016-cıilin martında əfqan KİV-ləri yazırdı ki, Çin-Pakistan iqtisadi dəhlizinin mühafizəsi üçün Pakistana hərbi kontingent yerləşdiriləcək. Həmin vaxt bu xəbər təsdiqini tapmamışdı.

Lakin Çin ekspertləri çinli hərbi müşavirlərin və xüsusi xidmət orqanlarının bu rayonda işləyəcəyni istisna etməmişdilər. Ora mühafizənin və özəl hərbi şirkətlərin yerləşdiriləcəyini də proqnozlaşdırmışdılar.

ABŞ-ın konsaltinq agentliyi Booz Allen Hamilton bildirir ki, Çinin "İnci iplik" strategiyası Yaxın Şərqdən Cənubi Çinə qədər bazaların qurulmasını nəzərdə tutur. Ona görə də perspektivdə Qvadarla yanaşı Banqladeşdə və Şri-Lankada da bazaların yaradılması gözlənilir. Pekin inkar etsə də, Hindistanda hesab edirlər ki, Qvadarın nəzarətə götürülməsi Çinin Hindistanı (bu ölkənin köhnə düşməni Pakistanın köməyi ilə) mühasirədə saxlamaq kimi, aqressiv siyasətinin tərkib hissəsidir. 

 
Balans siyasəti 

 

Belucistan Sintszyan kimi, öz problemləri və daxili separatizmi ilə tanınır. Bura Əfqanıstan tərəfdən də təhlükə var. Lakin Çinin CPEC-ə milyardlarla dollar yatırdığını (təkcə Qvadar limanının inkişafına 622, Qvadar beynəlxalq hava limanına isə 250 milyon dollar nəzərdə tutulub) nəzərə alsaq, bu problemlərin həllini tapacağını demək olar. 

Əvvəla Pakistan özü iqtisadi dəhlizin mühafizəsinə kifayət qədər ciddi qüvvələr, hətta artilleriya cəlb edir. İkincisi, narazı qruplarla danışıqlara getmək mümkündür. Sintszyana gəlincə, rayonda təbii ki, narahatlıq var və orada tez-tez teraktlar, partlayış, zorakılıq baş verir. Bununla belə, daşınan yüklərə sistemli hücum təhdidi yoxdur. 

Ekspertlər şübhə etmirlər ki, Çin-Pakistan iqtisadi dəhlizi İpək yolunun iqtisadi kəməri ilə 21-əsrin dəniz İpək yolunu birləşdirməklə yanaşı, yaxın gələcəkdə Çinin hərbi-siyasi iştirakının əhəmiyyətli nöqtəsinə çevriləcək. 

Orada aparılan böyük işlər təkcə iqtisadi məqsəd daşıya bilməz.  Çox güman ki, Pekin Qvadarı tamamən Hərbi Dəniz Qüvvələrinin bazasına çevirməyəcək. Və Pakistanla Hindistan arasında hər hansı qarşıdurma baş verəcəyi təqdirdə Çin vəziyyətin girovu olmaq istəməyəcək. 

Tərcümə Strateq.az






Xəbərin oxunma sayı : 415




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap