Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Fransa ABŞ-dan üz çevirir:Rusiya ilə birgə “Şərqə dönüş üçün” – Təhlil

Tarix 05.01.18, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


İvan Danilov

RİA Novosti, 04.01.2018


“Diplomatlar kralı” Taleyran: “Xəyanət etmək – vaxt məsələsidir. Vaxtında xəyanət – gələcəyi görmək deməkdir”

Fransa iqtisadiyyat naziri Bruno Le Mer qəflətən Amerika prezidentinin Yeni il bayramnı korlamaq qərarına gəlib və “The Wall Street Journal”-ə müsahibədə ABŞ-la münasibətlərin “yenidən tarazlaşdırıldığı”, “eksklüziv Transatlantik münasibətlərdən çəkilmə” və Parisin Fransa paytaxtı və Pekini Moskva üzərindən birləşdirəcək “əsas ticarət sistemi” təşkil etməkdə qəti istəyini bəyan edib. Le Merin bəyanatı geopolitikanın əsas prinsiplərindən birini yığcam şəkildə dürüstləşıdirmiş əfsanəvi fransız diplomatı və siyasətçisi Şarl Moris de Taleyranı yada salmağa məcbur edir: “Xəyanət etmək – vaxt məsələsidir. Vaxtında xəyanət – gələcəyi görmək deməkdir”.

Təəssürat yaranır ki, Fransa siyasəti strateji məsələlərin həllinə yanaşama planında müəyyən tarixi vərəsəliyi saxlayır.

Bruno Le Mer təkcə Makron hökumətinin əsas naziri deyil, həm də Avropa səviyyəli nüfuzlu siyasətçi, BVF direktorlasr şurasınn üzvü və Avropa analitiklərinin Avroqrupun – Avrozona ölkələrinin maliyyə nazirləri şurasının prezidenti postuna qabaqcadan xəbər verdikləri maliyyəçidir. Onun bəyanatını özfəaliyyət saymaq olmaz, xüsusən ona görə ki, Amerika jurnalistləri hətta Fransanın “Şərqə dönüş”ünün göstərildiyi konkret tarixi artıq eyniyyətləşdiriblər. “The Wall Street Journal”-in versiyasına əsasən, Fransa prezidenti Emmanuel Makron bu əməliyyatı yanvarda Çinə ilk səfəri, habelə mayda Peterburqda beynəlxalq iqtisadi forum zamanı buraxmağı planlaşdırır – bu forum İsveçrənin Davos Ümumdünya iqtisadi forumuna Rusiyanın cavabıdır. Tamamilə mümkündür ki, artıq aşkar olanı gizlətməyin mənası olmayan bu məlumatın qaynağı açıq antiamerika çıxışlarıyla tanınan Fransa maliyyə nazirinin özüdür.

Image result for makron merkel

Bruno Le Mer Fransa, Almaniya, İspaniya, İtaliya və Böyük Britaniya maliyyə nazirlərinin Trampın vergi islahatı deyilən addımından imtina tələbiylə ABŞ Xəzinədarlığı rəhbərliyinə müraciət edərək, əslində, vergi islahatı maskası altında ÜTT qaydalarının aşkar şəkildə pozulduğu və Avropa korporasiyaları ilə rəqabətdə Amerikanın beynəlxalq şirkətlərinə əyri üstünlüklər verməkdə ittiham etdikləri qalmaqallı, məşhur “dördlərin məktubu”nun müəllif və imzaçılarından biridir. Amerikanın cavabı təmkinli üslubda olub: “Sizin rəyiniz bizim üçün çox önəmlidir, amma biz gərək bildiklərimizin hamısını edəcəyik”.

Və indi Avropa siyasi və iqtisadi isteblişmentinin cavab gedişinin vaxtı yetişib. Avropa siyasətçilərinin mövqeyi Transatlantik həmrəyliyi haqda diplomatik ifadə və mülahizələrin basqınından arınsa, buna müncər olunur ki, ətrafdakıları ABŞ-la birlikdə qarət edərkən durumdan məmnun idilər, amma indi Amerikanın iqtisadi durumunun yaxşılaşması naminə Ağ Evin bu və ya digər formada qurban verməyə məcbur etmək cəhdlərinə qarşı radikal çıxışlar edirlər. Le Mer özünün epistolyar (məktub janrı-tərc.) demarşnı bu cür şərh edib: “Bu məktubun yazılması nəyləsə adi deyil. Bu onun əlamətidir ki, Avropa öz gücü haqda bəyan etməyin zəruriliyini dərk edir”.

Necə deyərlər, bir çiçəklə yaz olmaz, amma indiki halda söhbət hansısa əlahiddə hadisədən getmir. Amerika-Avropa münasibətlərinin özülündəki çatlar artıq bir neçə ildir gündən-günə böyüyür. ABŞ hələ Obama dönəmində Avropa Birliyini Avropanın məhkəmə və qanunvericilik hakimiyyətini Amerikanın korporativ məhkəmələrinə tabeliyini nəzərdə tutan Transatlantik ticarət-yatırım tərəfdaşlığı vasitəsilə vassal durumundan müstəmləkə halına keçirməyə cəhd edib, amma Amerika diplomatları və lobbiçilərinin nəhəng basqısına baxmayaraq, alman və fransız siyasətçiləri birgə səylərlə uyğun sazişlərin qəbulunun qabağını alıblar. Trampın Avropa Birliyini NATO-ya və Amerika HSK-ə xərclənməli olan 300 milyard avro həcmində “xərac” ödəməyə məcbur eləmək cəhdləri buna səbəb olub ki, Almaniya və Fransa Britaniya jurnalistlərinin artıq “NATO-ya alternativ” adlandırdıqları, ABŞ iştirakının nəzərdə tutulmadığı Avropa “müdafiə paktı” yaradıb. Almaniya qızılının ABŞ-dan ölkəyə sürətlə qaytarılması da Transatlantik münasibətlərinin soyuduğunun bir əlamətidir. “Qazprom”un avropalı tərəfdaşlarına qarşı sanksiyalar tətbiq etmək və Avropa bazarını bahalı Amerika STQ-ə (sıxılmış təbii qaz-tərc.) “oturtmaq” məqsədilə “Şimal axını-2”nin qarşısını almaq cəhdləri AB tərəfdən cavab sanksiyaları təhdidi doğurub. Fransa iqtisadiyyat naziri amerikalı həmkarlarına hətta xatırladıb ki, “ABŞ-ın eks-ərazi sanksiyaları”nı və ABŞ-ın “dünya ticarəti jandarmı” funksiyasını öz üzərinə götürməyini kəskin şəkildə pisləyir. Məntiqlidir ki, Çinin “Bir qurşaq – bir yol” layihəsinə inteqrasiyaya tuşlanma ilə ümumi Avrasiya tivcarət məkanı yaratmağa sifariş Avropa Birliyi ilə ABŞ arasında “boşanma prosesi”ndə növbəti addım olmalıydı. Angela Merkel aşkar daxili-siyasi səbəblər üzündən indi Avropanın “Şərqə dönüş”ünün əsas tərəfdarı rolunu üzərinə götürməyə hazır deyil, amma Emmanuel Makronun bu cür məhdudiyyəti yoxdur.



Bəlkə də, nazir Le Mer (həm də Makronun özü üçün) siyasi nüfuzdansalma üçün artıq münasib “ev qulluqçusu” və ya başqa variantlar arayırlar. Lakin hətta nüfuzdansalma üzrə əməliyyatın uğurla gerçəkləşdirilməsi halında da “qoca Avropa”nın geopolitik dönüşünün yönü çətin ki dəyişilsin. İndiki halda tarixdə konkret şəxslərin rolu cüzi əhəmiyyətə malikdir, çünki həm Makronun özü (Rotşildlər evinin keçmiş bankiri), həm də Le Mer (ailəsi Fransanın neft nəhəngi “Total”-a bağlı olan nəsilcə maliyyəçi), sadəcə, Avropa biznesi və köhnə siyasi elitalarının ancaq xərc və heç bir gəlir nəzərdə tutmayan Transatlantik həmrəyliyindənsə “Moskva üzərindən Parisdən Pekinə qədər ticarət dəhlizi” ideyası xeyli dərəcədə perspektivli göründüyü kollektiv maraqlarının ifadəçiləridir. Bu “dönüşdə” ideoloji komponent yoxdur, yalnız çılpaq və praqmatik iqtisadi hesablama var. Çətin ki, russevərlik şübhəsi doğuracaq Makron hökuməti artıq indi anlayır ki, bu planın gerçəkləşməsi üçün Rusiyanı öz tərəfinə çəkməli olacaq və Fransa rəsmiləri hətta bunu açıqca etiraf etməyə hazırdırlar. Bu bildirir ki, 2018-ci ilin əsas hadisələrindən biri mayda Sankt-Peterburqda baş verəcək. Emmanuel Makron və Vladimir Putin “Şərqə Avropa dönüşü” haqda razılığa gəlsələr, bu, ABŞ-ın artıq keçmiş hegemoniyanı saxlamağa sadəcə heç bir şansı olmayacaq çoxqütblü dünya qurmaq uğrunda mübarizədə qüvvələr nisbətini radikal şəkildə yaxşılaşdıracaq.

Tərcümə Strateq.az-ındır.




Xəbərin oxunma sayı : 157




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap