Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İlham Əliyev BMT tribunasından Sərkisyana “cinayətkar” dedi və Ermənistanı hədələdi: “Təcavüzkarı cəzalandıracağıq!”

Tarix 20.09.17, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


“Ermənistanın hərbi təxribatları davam eləsə biz, 2016-cı ilin aprelində olduğu kimi, təcavüzkarı cəzalandıracağıq".

AzFakt.com bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini və münaqişənin həlli ilə bağlı tutduğu mövqeni sərt tənqid edib: "Ermənistan 25 ildən çoxdur ki, Dağlıq Qarabağı və ona bitişik digər altı rayon da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Ermənistanın təcavüzü nəticəsində ölkənin beynəlxalq aləm tərəfindən tanınan, təxminən, 20 faiz ərazisi işğal altındadır. Nəticədə, 1 milyondan artıq adam didərgin düşüb. Ermənistan Dağlıq Qarabağda, Azərbaycanın digər rayonlarında və Ermənistanda Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparır. Xocalıda soyqırımı törədib, hansı ki, bu, 10-dan çox ölkə tərəfindən tanınıb.1992-ci il fevralın 26-da Xocalıda hərbi cinayət törədib, 630 dinc sakini qətlə yetirib. Onlardan 106-sı qadın, 63-ü isə uşaqlardır. İnsanlığa qarşı bu dəhşətli cinayəti törədən hərbi cinayətkarlardan biri indiki Ermənistan prezidentidir".

Azərbaycan prezidenti bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılması barədə qətnamə qəbul ediblər: "BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan ordusunun təcili və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etdən 4 qətnamə qəbul edib. Həmçinin ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və "İslam əməkdaşlıq təşkilatı" da daxil olmaqla digər beynəlxalq qurumlar da eyni qərar qəbul ediblər. Ancaq Ermənistan bunların heç birini yerinə yetirmir. Ermənistan 24 ildir ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamlərini yerinə yetirmir, amma təssüf ki, buna görə cəzalandırılmır. Ayrı-ayrı hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində yerinə yetirilir, amma bizimlə bağlı qətnamə 24 ildir yerinə yetirilmir. Bu, ikili standart yanaşmasıdır və bu yanaşma qəbuledilməzdir".

İlham Əliyev deyib ki, Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq edilməlidir və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini təmin edən mexanizmin yaradılması BMT-də ən vacib islahatlardan biri olmalıdır.

İlham Əliyev həmçini qeyd edib ki, Ermənistan status-kvonu saxlamaq üçün bütün vasitələrə əl atır, danışıqları əngəlləyir: "Halbuki münaqişənin həlliylə bağlı ATƏT-in Minsk qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya dəfələrlə deyiblər ki, bu qəbuledilməzdir".

İlham Əliyev çıxışında aprel döyüşlərindən də danışıb, bildirib ki, Ermənistan apreldə bir daha dinc Azərbaycan kəndinə hücum edib və nəticədə 1 uşaq da daxil olmaqla 6 mülki sakin həlak olub, 26 dinc sakin yaralanıb, yüzlərlə ev dağıdılıb: "Azərbaycan öz vətəndaşlarını qorumalıdır. Azərbaycan uğurllu əks-hücumu nəticəsində 3 işğal edilmiş 3 rayonda müəyyən əraziləri azad elədi. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır, əks halda, Ermənistanın növbəti təxribatı nəticəsində bu, daha ağrılı olacaq".

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışının sonunda bir daha deyib ki, ​Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır, amma eyni zamanda BMT-nin nizamnaməsinə uyğun olaraq, öz vətəndaşlarını müdafiə edəcək: "Əgər Ermənistanın hərbi təxribatları davam eləsə biz, 2016-cı ilin aprelində olduğu kimi, təcavüzkarı cəzalandıracağıq".

İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, BMT təhlükəsizlik şurasının qətnamələri əsasında həll olunmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Prezident həmçinin ölkədə demokratik azadlıqlardan da danışıb: "Azərbaycan demokratik ölkədir. Azərbaycanda bütün fundamental azadlıqlar, söz azadlığı, insan haqları, din azadlığı təmin edilib".

Daha sonra İlham Əliyev ölkənin nail olduğu iqtisadi uğurlardan, beynəlxalq enerji layihələrindən danışıb.



Xəbərin oxunma sayı : 997




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap