Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq - Hesablama Palatası

Tarix 14.11.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi zərfinə verdiyi rəydə kənd təsərrüfatı sektoruna aid bir sıra ciddi problemlər və gecikmələr diqqət çəkir.

Sənədin təhlili göstərir ki, 2022–2026-cı illər üçün müəyyən edilən inkişaf hədəfləri kənd təsərrüfatında tam icra olunmur, sektor üzrə real göstəricilər gözləntilərin xeyli gerisində qalır.

Modern.az-ın məlumatına görə, Hesablama Palatasının rəyində bildirilib ki, kənd təsərrüfatı üzrə orta illik artım proqnozları Strategiyanın hədəflərinə uyğun gəlmir.

"Digər sahələrin gözlənilən və proqnoz göstəriciləri kənd təsərrüfatı və qeyri neft-qaz sənayesində orta illik artım, turizm üzrə isə 5 illik artım hədəfinə tam nail olunmayacağını deməyə əsas verir”, - rəydə qeyd edilib.

Palatanın qənaətinə görə, kənd təsərrüfatı və qeyri-neft sənayesinin zəif artımı qeyri-neft ixracı üzrə hədəflərin də icrasını çətinləşdirir.

Sektorla bağlı diqqətçəkən digər məqam isə büdcədənkənar vəsaitlərin bölgüsüdür. Hesablama Palatasının rəyində bildirilib ki, gələn il büdcədənkənar xərclər bütün funksional sahələr üzrə artımla nəzərdə tutulsa da, kənd təsərrüfatı bu siyahıya daxil deyil. Yəni digər sektorlar əlavə resurs alır, kənd təsərrüfatının isə büdcədənkənar maliyyələşməsi artmır.

Hesabata görə, kənd təsərrüfatı ilə bağlı ən kəskin məqam isə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətdir. Palatanın təqdim etdiyi cədvələ əsasən, 2025-ci ilin ilk 8 ayında Qarabağ regionunda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilməli olan layihələrin heç biri icra olunmayıb. Rəsmi rəqəmlərə görə, Nazirliyə bu məqsədlə ayrılmış 850 min manat vəsaitdən 0 manat xərclənib.



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap