Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Saxta çaylar bazarı bürüyüb - Əsl çayı necə ayırd edək?

Tarix 14.11.25, 10:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda çay həm gündəlik istehlak vasitəsi, həm də mədəniyyətin bir parçasıdır. Son illərdə bazarda çay məhsullarının qiyməti və mənşəyi ilə bağlı yayılan suallar isə istehlakçılar arasında haqlı narahatlıqlar doğurur. Satışda olan çayların üzərində “yerli istehsal” etiketi olsa da, statistik göstəricilər və real istehsal həcmləri bu iddiaları tam şəkildə təsdiqləmir. Eyni zamanda keyfiyyətli çayın qiymətinin 20-30 manat civarında olması da fərqli fikirlərə yol açır. Görəsən, bu qiymət real dəyərə əsaslanır, yoxsa süni şəkildə formalaşdırılmış bazar siyasətinin nəticəsidir?

Hər gün içdiyimiz çayı səhv dəmləyirmişik - Çoxu bunu bilmir Pravda.az

Pravda.az bu dəfəki araşdırmasında Azərbaycanda çay istehsalı sahəsində mövcud problemlərə, bazarda təqdim olunan çayların mənşəyi və keyfiyyətinə, eləcə də bu sahədə nəzarət mexanizmlərinə diqqət çəkib.

Statistika nə deyir?

Masallıda ən yeni texnologiyaya əsaslanan çay plantasiyası ...

Masallıda ən yeni texnologiyaya əsaslanan çay plantasiyası ...

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 1540,6 ton çay istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, çay istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7% azaldığı deyilirdi. Hesabat dövründə ölkəyə 18 milyon 610 min ABŞ dolları dəyərində 3047 ton çay idxal edilmişdi. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,1 dəfə, həcm ifadəsində isə 73% artım deməkdir. İxrac rəqəmlərinə nəzər saldıqda isə görürük ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycandan 1 milyon 105.9 min ABŞ dolları dəyərində 122,9 ton çay ixrac edilib. Çay ixracı 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə dəyər ifadəsində 20,8%, həcm ifadəsində isə ifadəsində 24,5% artıb. Statistika bunu da deyir ki, çayın 1 kiloqramının orta ixrac qiyməti qiyməti 15,3 manat, orta idxal qiyməti isə 10,4 manat təşkil edib. Bu ilin yanvar-iyun aylarında isə Azərbaycanda ümumi 5 min 668 ton çay istehsal edilib. Yenə də Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 3,7 % azdır. İyulun 1-də ölkədə 78,1 ton hazır məhsul ehtiyatı olub. Bu da 1 il əvvələ nisbətən 18,5 % azdır. Rəqəmlər də deməyə əsas verir ki, ölkədə çay istehsalı 4%-ə qədər azalıb, idxal isə artıb.

Bunun səbəblərini isə mütəxəssislərlə müzakirə etdik.

1990-ci illərdə Lənkəran 3 saylı çay fabrikinin direktoru vəzifsində çalışmış Milli Məclisin deputatı Cavanşir Paşazadə bazarda əsl Lənkəran çayının saxta çaylarla əvəz edilməsi, baha qiymətə satılması məsələsinə belə aydınlıq gətirib:

Cavanşir Paşazadə oğlunun biznesindən danışdı: “Tutaq ki, milyardı var,  kimə nə dəxli?!” - VİDEO Pravda.az

“Çayın qiyməti satıcıdan asılıdır. Bunun izahatını vermək qeyri-mümkündür. Cənub bölgəsi çayçılıqla bağlı yüz illərdir, ixtisaslaşmış bölgədir. Ötən dönəmlərdə Lənkəran, təxminən, 28-30 min ton ildə çay məhsulu verirdi. Hər 4 kiloqramdan 1 kiloqram hazır məhsul istəhsal olunur. Orta hesabla, aprel-may aylarında təxminən, 3 kilo 800 qramdan, sonrakı dönəmdə, yəni quruyandan sonra 4 kilo 200 qramdan 1 kilo çay məhsulu əldə etmək olurdu. Yəni əvvəlki dönəmlər çay sahəsində vəziyyət belə idi. 30 min tonun dörddə biri “n” qədər çay edirdi. Hazırda isə bu çaylar, təbii ki, yoxdur. Lənkəranda fermerlər tərəfindən, təxminən, 200-400 hektar torpaq çayçılıq üçün əkilib. Bunun içində körpə çay da var. Ümumiyyətlə, çay 7-8, hətta 10 il sonra məhsul verir. Çox səmərəli, amma çətin bitkidir. Yetişdirəndə çətinlikləri böyükdür. Buna görə də bölgələrimizdə "Lənkəran çayı" adı altında satılan çaylar çoxdur. Lakin iqtisadi statistikaya baxsaq, görərik ki, məsələn, istehsalımız il ərzində 400 ton yaşıl çay yarpağıdırsa, deməli, 100 ton quru çayımız var. Bu, 110-120 ton ola bilməz. 100 ton çay bazarda il boyu satılır. Respublikadan kənara da məhsul gedir. Həqiqi Lənkəran çayı bəllidir. Başqa ölkələrdən gətirilən çayları təmiz çaya qarışdırırlar. Mən uzun müddət çay fabrikinin direktoru işləmişəm. Çayın keyfiyyəti onun rəngi ilə ölçülmür. Çayın keyfiyyəti şəffaflığındadır. Dünyada tünd rəngli çayı sevənlər ən çox ərəb ölkələri, bir də bizim regiondur. Çayın öz dəmləmə üsulları var. Qayda-qanunla çay 13-16 dəqiqə dəmlənməlidir. Bunu gözləməyənlər deyirlər ki, çay dəm almır, keyfiyyətsizdir. Çayın dəm dövrü var. Əsl Lənkəran çayı gec dəmlənəcək, keyfiyyəti olacaq. Rəngi də şəffaf olmalıdır. Bu gün bazarda gördüyümüz çayların bir hissəsi qonşu ölkələrdən gətirilir. Əsasən, İranın Lahıcan ərazisində talış bölgələri var. Dənizkənarı bölgələrdir. Çayı ən çox oradan gətirirlər. Hindistandan və digər ölkələrdən aşağı növ, tam hazırlanmamış çayları gətirib, bizim tam hazır olmayan "yarım fabrikat" çaylara qarışdırırlar, ad qoyurlar. "Yarım fabrikat" çayı içmək olar, buna "setkadan çıxmayan" deyirlər. Bir sözlə, statistada açıqlanan rəqəmlər bazardakı rəqəmlərlə üst-üstə düşmür. Qiymətlər isə çayların növünə görə müəyyən edilir. 50-100 manata da çay növü var. Xaricdə 3-5 min dollara da çay satırlar. Məsələn, Lerik tərəf, Astarının yuxarı hissələri, Lənkəranın Gəgiran, Diryan kəndlərində yağışdan, dumandan, nəmlikdən qidalanan çaylar suvarma suyu ilə yetişən çaydan dadına görə fərqlənir. Çayın hansı ayda yığılması da önəmlidir. İsti aylarda quru şəkildə yığılan çayla may ayında yığılan nəm çayın keyfiyyəti fərqlidir. Bölgələrimizdə istehsal olunan çayların hamısına aşağı keyfiyyətli demək insafsızlıq olar. Bazardır, bazarda qiymət belə olacaq. Səriştəsiz rəhbərlərin dövlətimizi idarə etdikləri dönəmlərdə böyük səhv bu oldu ki, çay plantasiyaları dağıdıldı, məhv edildi, ortadan götürüldü. Əvəzində soğan-kartof əkildi. İqtisadiyyata ziyan vurmaq, təsərrüfatı məhv etmək üçün çayı belə məhsullarla əvəz etdilər. Halbuki o dönəmdə böyük zəhmət verilmişdi. Gələcəkdə çay sahəsini nə qədər inkişaf etdirsək, o qədər yaxşı olar”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə deyib ki, Azərbaycan il ərzində 800-900 ton yaşıl çay, yəni çay yarpağı istehsal edir:

Tanınmış ekspert istefa verdi Pravda.az

“Quruduqdan sonra bu rəqəm, təxminən, 250 ton civarında olur. Ölkə il ərzində 10-11 min ton çay istehlak edir. Təsəvvür edirsiniz? Daxili istehsal istehlakçımızın tələbatını heç 2,5% ödəmir. Belə olan halda, əlbəttə, Azərbaycan bazarına çıxarılan çayın yerli məhsul olduğunu demək çox çətindir. Dostum Moskvadan gələndə çayın kilosunu 100-150 dollara alardı. Bir tərəfi lənkəranlı idi, çaydan başı çıxırdı. Ola bilər, Azərbaycanda da kimsə keyfiyyətli çay istehsal edir, amma inanmıram ki, o keyfiyyətli çay bizim bazara çıxsın. Çünki onun xüsusi alıcısı olur. İmkanlı, yüksək vəzifəli, asan yolla pul əldə etmiş adamlar... İndi bazarda çayın qiyməti çox yüksəkdir. Bir kilosu 250 dollara satılan çay da var və çox az həcmdədir. Belə bazarda o çayı satmazlar. Bu gün satışda olan - bazara çıxarılan çayın keyfiyyəti ilə bağlı ciddi şikayətlər var. Mən də hərdən çay almağa məcburam. Hiss edirəm, keyfiyyəti aşağıdır. Buna görə də daha çox kofeyə üstünlük verirəm. Azərbaycan vaxtilə 35-40 min ton çay istehsal edirdi. Hökumət 7-8 il bundan əvvəl dövlət proqramı qəbul etdi və 2027-ci ilə qədər Azərbaycanda çay istehsalını 8 min tona çatdırmağı qarşıya məqsəd qoydu. Üstündən 8 ildən çox müddət keçib, hələ də çay istehsalını dövlət proqramı qəbul etdiyimiz ildən də əvvəlki rəqəmə çatdıra bilməmişik. Həmin vaxt istehsal həcmi 1000 tondan çox idi. Bu il isə 850 tondur. Bu da o deməkdir ki, Azərbaycan idxaldan asılıdır. İdxal etdiyimiz ölkələrdən çayı çox ucuz almağa çalışırıq ki, daxili bazarda baha qiymətə sataq. Çünki burada monopoliya var. Harda keyfiyyətsiz çay var, onu axtarırlar, ucuz qiymətə alıb, Azərbaycan bazarında satışını həyata keçirirlər. Bir sözlə, hazırda istehlakçılara təklif olunan çayın qiyməti yüksək, keyfiyyəti isə aşağıdır. Ola bilər, az həcmdə yaxşı çay da gətirirlər. Marketlərdə axtarıram, görmürəm. Avropa, xüsusən, Böyük Britaniya istehsalı olan çay axtardım, tapa bilmədim. Rusiyanın qablaşdırmaları, o cümlədən bizim qablaşdırmalarımız var, amma dediyim kimi, keyfiyyəti qane etmir. Vaxtilə "Seylon" çayı gətirilirdi. O çayın rənginə baxanda, ətrini hiss edəndə bilirdin ki, əsl çaydır. Hətta Gürcüstan bu gün çox keyfiyyətli çay istehsal edir. Bir müddət əvvəl Brüsseldə olanda Türkiyənin istehsal etdiyi çaydan iki kiloqram aldım, keyfiyyəti yaxşı idi. Tamamilə başqa çay... Özü də çox ucuz. Bir kilosunu iki avroya almışdım. İndi Türkiyənin özündə də keyfiyyətli çay tapmaq çox çətindir. Beləliklə, Azərbaycan xaricdən çay idxal edir, qablaşdırır və bunu daxili istehsal kimi göstərir. Buna görə statistikada xaricdən gətirilən xammalı da daxili istehsal kimi göstərirlər. Hətta heyvanlar gətirilir, kəsirlər, daxili istehsal kimi göstərilir. Bu da ümumi daxili məhsulda artımı göstərmək məqsədi daşıyır. Reallıqda isə vəziyyət belə deyil”.

Qida mühəndisi, nutrisioloq Fərid Səfərov isə çayın faydalı və ziyanlı tərəflərindən danışıb:

Kərə yağı alarkən nələrə diqqət yetirilməlidir? - EKSPERT | sfera.az

“Çay bizim gündəlik həyatımızda ən çox istifadə edilən içkilərdəndir, amma keyfiyyəti və tərkibi çox fərqli ola bilər. Əsl təbii çayı necə ayırd etmək olar? Əsl çay çay bitkisinin yarpaqlarından hazırlanır. Ən çox qara, yaşıl, ağ çaylar bu bitkidən gəlir. Saxta və ya keyfiyyətsiz çay isə adətən boya və ətirləndirici maddələrlə rəngləndirilir, quru otlar, yaxud ucuz yarpaq hissəcikləri ilə qarışdırılıb, qoxusu və dadı həddindən artıq “parfümlü” olur. Dəmləndikdə təbii çay tünd, lakin şəffaf rəng verir. Saxta çayda isə rəng bulanıq və ya çox parlaq qırmızı-qaradır. Əsl çayın ətri yumşaq, təbii bitki kimi olur. Ətirli çaylar isə çox kəskin və kimyəvi qoxulu olur. Təbii çay acılıq və yüngül büzüşmə hissi yaradırsa, saxta çay ya çox şirin, ya da “boş” dad verir. Quru çayın az miqdarını isti suda saxlayın. Rəng dərhal dəyişirsə, çox güman, boyalıdır. Təbii çayda isə rəng yavaş-yavaş açılır”.


F.Səfərov bildirib ki, qara çay əslində sağlamlığa ziyan deyil: “Əksinə, ölçülü şəkildə içildikdə faydalıdır. Qara çay antioksidantlarla zəngindir, ürək-damar sisteminə və beyin fəaliyyətinə müsbət təsir göstərir. Təbii ki, ziyanlı ola bilər, həddindən artıq içilirsə. Məsələn, gündə 5-6 stəkandan çox, yaxud acqarına içilirsə mədə turşuluğunu artırır. Çay çox tünd dəmlənibsə, kofein yüklənməsi, yuxusuzluq və təzyiq artımı yarada bilər. Meyvəli, rəngli və aromalı çayların çoxu əsl çay deyil, sadəcə, quru meyvə, ətir və boya qarışığıdır. Bir çox “rəngli” və ya “parfümlü” çaylar özündə kimyəvi ətirlər və rəngləndiricilər daşıyır. Bu isə uzunmüddətli istifadədə qaraciyər və mədə-bağırsaq sisteminə mənfi təsir göstərə bilər. Sağlamlıq baxımından yaşıl çay güclü antioksidantdır, maddələr mübadiləsini artırır, ürək üçün faydalıdır. Qara çay, yəni təbii çay düzgün miqdarda içildikdə enerjini artırır. Bitki çayları, məsələn, çobanyastığı, nanə, zəncəfil faydalıdır, lakin yalnız təbii quru bitkidən hazırlanmış variantlarına üstünlük verilməlidir. Dəmləmə üçün quru yarpaq çay alın, toz və ya instant çaylardan uzaq durun. Mənşəyini bildiyiniz, güvəndiyiniz markaları alın. Çox tünd, qaynamış, köhnə çayı içməyin. Ən əsası da gün ərzində həddindən artıq çay içməyin. Sağlam qidalanaraq sağlam yaşayın!”



Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap