“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

MİQ imtahanından narazılıqlar artır - VİDEO

Tarix 19.07.25, 23:19

Font ölçüsü : - / +
bitmap-img6


Müəllimlərin işə qəbulu zamanı təqdim edilən imtahan suallarının sonradan paylaşılmaması imtahanda iştirak edən şəxslər arasında narazılıq doğurur.

İmtahanda iştirak edən şəxslərdən biri "Xəzər Xəbər"ə bununla bağlı açıqlama verib.

Xezerxeber.az-ın məlumatına görə, o bildirib ki, imtahan zamanı təqdim edilən sualların həcmi kifayət qədər çox olduğundan imtahandan sonra onları yadda saxlamaq mümkün olmur. Eyni zamanda apellyasiya şikayətlərinə də sualların yadda qalmaması səbəbindən müraciət etmək çox çətin olur və ya ümumiyyətlə olmur.

Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirir ki, müəllimlərin işə qəbulu zamanı təqdim edilən suallar imtahanı təşkil edən aidiyyəti qurum tərəfindən yayımlanmalıdır.

Ekspert bildirib ki, sualların təqdim edilməməsi imtahandan sonra texniki problem yaranan sualların müzakirəsində çətinlik yaradır. O, MİQ üzrə müsibəqənin Elm və Təhsil Nazirliyi deyil, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsini təklif edib. 

Bəs MİQ, sertifikasiya və digər imtahanlarda sualların iştirakçılara təqdim olunmamasına səbəb nədir?

Məsələ ilə bağlı Təhsil İnstitutundan sualımıza geniş şərh verilmədi. Sadəcə olaraq bildirildi ki, imtahan sonunda hər bir imtahan iştirakçısının sualların cavabına baxmaq üçün müəyyən qədər zamanı olur. Lakin ekspertlər İnstitutun bu açıqlamasını məqbul hesab etmir, imtahan iştirakçılarını narazı salan bu problemin tezliklə həllinin vacibliyini bildirirlər.




Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap