“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Krıma görə sanksiyaların müddəti uzadıldı - Aİ Şurası yeni qərar verdi

Tarix 17.06.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaq (Aİ) Şurası Krımın ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.

Məhdudiyyətlər 2014-cü ilin iyununda tətbiq edilib və ilhaq edilmiş Krımda istehsal olunan məhsulların Aİ-yə idxalına qadağa da bura daxildir. Həmçinin Krımda infrastruktur və ya maliyyə investisiyalarına və turizm xidmətlərinin göstərilməsinə qadağa qoyulub.

Bundan əlavə, müəyyən mal və texnologiyaların Krım şirkətlərinə ixracına və ya Krımda istifadəyə, xüsusən də nəqliyyat və enerji sektorlarında, həmçinin neft, qaz və faydalı qazıntıların kəşfiyyatı və çıxarılmasına məhdudiyyətlər qoyulub.

“Aİ Rusiya Federasiyası tərəfindən Krımın və Sevastopolun qanunsuz ilhaqını beynəlxalq hüququn pozulması kimi tanıyır və pisləməkdə davam edir”, - press-relizdə deyilir.

Rusiya Krımı 2014-cü ildə Ukrayna qanunlarına zidd olaraq keçirilən referendumdan və Rusiya ordusunun yarımadaya nəzarəti ələ keçirməsindən sonra ilhaq edib. Qərb ölkələri bunu beynəlxalq hüququn pozulması hesab edir. Moskva yarımadanın ilhaqını “tarixi ədalətin bərpası” adlandırır.



Xəbərin oxunma sayı : 277




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap