“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu sahədə işləyənlərin maaşı 2 dəfə azalıb - Minimum əməkhaqqından aşağı düşüb

Tarix 17.06.25, 11:08

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı minimum əmək haqqından aşağı olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin ilk rübündə kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı 378 manat 80 qəpik təşkil edib.
Qeyd edək ki, Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.

Onu da bildirək ki, dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalıb. Belə ki, ötən ilin ilk rübündə dövlət sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı 791 manat 30 qəpik olub.
Məlumat üçün qeyd edək ki, dövlət sektorundan fəqrli olaraq qeyri-dövlət (özəl) sektorunda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə özəl sektorda kompüter, elektron və optik məhsulların istehsalı sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı 39,4% artaraq 1 668 manat 90 qəpiyə yüksəlib.



Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap