“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İsraildə yaşayan Çin vətəndaşlarına xəbərdarlıq - “Ölkəni tərk edin!“

Tarix 17.06.25, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


Çinin İsraildəki səfirliyi bölgədə artan gərginlik fonunda rəsmi bəyanat yayaraq, Çin vətəndaşlarını İsraili mümkün qədər tez bir zamanda, xüsusilə də qurudan İordaniyaya doğru tərk etməyə çağırıb.

AzFakt.com xəbər verir ki, səfirlik bəyanatında bildirib ki, İsraillə İran arasında hərbi toqquşmaların fonunda müxtəlif şəhərlərdə hava hücumları və raket zərbələri nəticəsində mülki infrastruktura ziyan dəyib. Bu isə əcnəbi vətəndaşlar üçün ciddi təhlükə yaradır.

Qeyd olunub ki, İsraildəki beynəlxalq hava limanlarında yüklənmə və uçuşların təxirə düşməsi səbəbilə alternativ yollar axtaran Çin vətəndaşları üçün ən təhlükəsiz marşrutlardan biri quru yolla İordaniyaya keçiddir.

Səfirlik vətəndaşlara şəxsi təhlükəsizliklərinə xüsusi diqqət yetirməyi, mümkün qədər ictimai yerlərdən uzaq durmağı və səfirliyin təlimatlarına ciddi şəkildə əməl etməyi tövsiyə edib.

Bəyanatın sonunda Çinin İsraildəki diplomatik nümayəndəliyi vətəndaşlara yardım üçün 24 saat fəaliyyət göstərən qaynar xəttin də yaradıldığını bildirib.



Xəbərin oxunma sayı : 307




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap