“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? - VİDEO

Tarix 29.11.23, 21:34

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il 29 sentyabr tarixində gecə saatlarında Səbail rayonunda polisə tabe olmayaraq yük maşınını sərxoş vəziyyətdə idarə edən və yeddi avtomobili əzən şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 1983-cü il təvəllüdlü Yaşar Muradov Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) və 234.1 (Narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Y.Muradovu yol polisi əvvəlcə Salyan şossesində saxlayıb. Lakin orada mübahisə baş verdiyi üçün əraziyə Çevik Polis Alayının əməkdaşları çağırılıb. Bundan sonra Muradov idarə etdiyi “Mercedes Actros” markalı yük avtomobilinə əyləşərək oradan uzaqlaşıb. Polislər onu təqib edərkən Y.Muradov yük avtomobilini Bayıl qəsəbəsinin dar küçələrinə salıb. Nəticədə iriqabaritli yük avtomobili Litvin Babayev küçəsində yeddi avtomobili əzib.

Belə ki, vətəndaşlara məxsus “Hyundai Sonata”, “Changan CS 85”, “Hyundai Elantra”, “Mercedes-Benz”, “Mercedes-Benz E Klass”, “Nissan Micra” markalı, eləcə də Muradovun sürücü işlədiyi şirkətin yük maşınına xeyli ziyan dəyib.
Hadisə vaxtı polislər Y.Muradovu atəş açmaq hesabına saxlaya biliblər. Həmçinin Bayıl qəsəbə sakinləri maşınları əzən yük maşınının sürücüsünə hücum ediblər.

Səbail Rayon Məhkəməsi sürücüyə qarşı narkotik ittihamını qəbul etməyib və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə bəraət verilib.

Y.Muradova Məcəllənin 221.2.2-ci maddəsinə əsasən, 1 il 4 ay müddətinə həbs cəzası verilib.




Xəbərin oxunma sayı : 469




Hadisə

Xəbərlər

ARXİV
İyun, 2025
B.e
Ç.a
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap