![]() |
|














“Millilərin oyununa görə fasilə futbola böyük zərbədir“ - Qurban Qurbanov
Tarix 12.11.23, 23:41 |
|

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər. Şahin Diniyevə də uğurlar arzulayıram".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunun "Səbail"lə (3:1) görüşündən sonra mətbuat konfransında deyib.
"Qarabağ" həmişə avrokubok matçlarından sonra daxili oyunlarda rotasiyalar etsə də, bugünkü matçda bu olmadı. Baş məşqçi bunun səbəbini açıqlayıb: "Futbolçuların durumunu hər məşqdən sonra yoxlayırıq. İki oyun ardıcıl olanda oynamaq olur, üçüncü matç gəldikdə çətinlik yaranır. Futbolçularla da ayrılıqda söhbət etdik, hamısı oynamaq istəyirdi. Bu çox vacibdir. Yorğun olsalar da, dedilər ki, nə qədər lazımdırsa, meydanda ola bilərik. Hazırlıqlarına inanaraq, güvənərək, rotasiyaya çox da ehtiyac duymadım".
Q.Qurbanov komandasının künc zərbələrindən yararlana bilməməsi haqda isə deyib: "Desəm ki, buna çox hazırlaşırıq, yalan olar. Bizim bir neçə tələb etdiyimiz küncdən zərbə var və çalışırıq ki, onu yerinə yetirək. Avrokuboklarda, daxili çempionatda qollarımız da olub. Sırf künc zərbələrinin üzərində çalışan komandalar var. Amma biz daha çox başqa, bizə lazım olan detallar üzərində çalışırıq, işləyirik. Lakin bu o demək deyil ki, biz künc zərbəsi zamanı düşünülməyən ötürmələr veririk. Rəqibi də nəzərə almaq lazımdır. Deməzdim ki, biz nəticəmizi sırf bunun üzərində qurmaq istəyirik. Başqa elementlərə vaxt ayırdığımız kimi, bunun da üzərində işləyirik. Ola bilər ki, standart vəziyyətlərdən tam istifadə etməyi bacaran futbolçularım da azdır. Bunun üçün görürsən xüsuso oyunçular olur ki, ondan istifadə edib, vacib qollar vururlar. Standart vəziyyətlərdən, künc zərbələrindən də qol vuraraq qalib gəldiyimiz oyunlar da olub".
Q.Qurbanov ölkə xaricində çıxış edən azərbaycanlı futbolçular komandalarının liderinə çevrilə bilməməsi ilə bağlı sualı da cavablandırıb: "Biz hələ o bazara düşməmişik. Bu, məlum məsələdir. Digər ölkələr sırf bunun üçün çalışırlar, işləyirlər. Bizim futbola Avropadan maraq bir o qədər yoxdur. Bu ayrı sahədir, menecmentlik işi aktivləşməlidir. Federasiya, klub səviyyəsində. Bəlkə bizim kimi klublara sərf etməz ki, oyunçularımız gedib oynasınlar. Çünki limit varsa, əlimizdə yaxşı oyunçular olmalıdır. Yaxşı klublar olsa, buna yox demərik. Buna ayrıca vaxt ayırmaq, daha çox reklam etmək lazımdır. Daha çox görüşlər keçirilməlidir ki, oyunçularımız Avropaya getsinlər. Mentalitet də Avropada oynamaq üçün yetərli olmalıdır. Elə ölkələr var ki, futbolu sırf onun üzərində qurur ki, oyunçuları daha çox legioner həyatı yaşasınlar. Böyük ehtimalla bizdə belə iş qurulmayıb. Buna da illər lazımdır. Gərək Avropa arenasında futbolumuz stabil, üzdə olsun ki, maraq daha çox artsın. Allah qoysa, o da olar. Ümid edək ki, olsun, liderlərimiz olsun".
Q.Qurbanov milli komandaların oyununa görə yaranan fasilənin komandasına böyük ziyan vurduğunu bildirib: "Məncə, bu haqda düşünməyək. Bu haqda o qədər düşünmüşəm ki, başımıza çox iş gəlib. Milli fasilə futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum belə, gedib zədəli qayıdıb. Məncə, bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bu fasilə baxımlı futbola böyük zərbə vurur. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da, bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidir. Gələcəkdə hansısa dəyişiklik olacaq ya, yox bilmirəm. Milli fasilə bizim üçün böyük zərbədir. Oturub gözləmirik ki, oyunçumuz yorğun gələcək, hətta gözləyirik ki, zədəsiz gəlsin. Bəzən milli komandada oynayan futbolçularımızı meydana buraxmıram, onları qoruyuram ki, gedəcəklər millidə iki oyun oynayıb, yorğun olacaqlar. Bundan narahat oluram. Milli komandada bunu düşünmürlər. Bəli, milli vacibdir. Marko Veşoviçlə Marko Yankoviç hər dəfə gedəndə, nəsə bir şeylə qayıdırlar. Məşqlər gedir. Məşqlərə baxıram, futbolçunu anlamırlar. Fikirləşirlər ki, klubdan hazır gəlmir. Bütün milli komandalarda belə ideya yaranıb. Amma fikirləşmirlər ki, bunlar ilboyu oynayırlar, əksinə həmin oyunçuya istirahət lazımdır. Elə olur ki, yorğun-yorğun meydana buraxırlar, həm formasından uzaqlaşır, həm zədəyə daha meyilli olur. Mən çalışıram ki, klubda rotasiya edim. İlboyu 45-50 oyun oynayan futbolçu var ki, onlara istirahət verilməlidir, insandırlar, robot deyillər. Özlərinə gəlməlidirlər. Elvin Cəfərquliyevi bu gün dəyişdim. Sprint olan oyunçuları daha çox qorumalıyıq. Bəhlul Mustafazadəni dəyişmədim. Bir aydan çox oynamadı, bu gün əksinə ona daha çox oynamaq lazımdır. Ehtiyatlanmadım. Ancaq Elvin Cəfərquliyevi oynatmaqdan ehtiyatlanırdım. Daim sürətdə olan oyunçudur. Millidə üç günə iki oyun oynayacaqlar. Zərbə klublara dəyir. Bir oyun uduza bilərik, amma oyunçunun zədələnməsi, sonradan özünü bərpa etməsi problemdir. Bütün dünya klubları üçün problem yaranır. Məncə, dünya futbolunda daha nizamlı şəkildə proqram qurulsa, daha faydalı olar. Çünki azarkeş dinamik futbola baxmaq istəyir. Futbolçu yorğun oldusa, nə tələb edəcəksən ondan? Bu gün mən ehtiyatlanırdım. Kənardan baxırdım ki, birdən hansısa futbolçum zədələnər. Hamı yorğundur, nəticə də lazımdır, azarkeş də görmək istəyir oyunçuları. Bizim kimi futbol ölkələrində bərpa o səviyyədə deyil. Avropa ilə müqayisədə fərqlidir. Avropada çox şey var ki, bərpa daha tez olsun, amma bizdə belə şeylər yoxdur. Ona görə də, bizim üçün böyük problemdir. Eybi yox, heç nə olmaz, biz qarşıdakı hansısa oyunu itirək, amma oyunçunu il boyu əlimizdə saxlaya bilək. Bu, geniş mövzudur, daha çox danışmaq olar. Bu futbolçuların istirahətə vaxtı olmur. Futbolçuya istirahət verirəm, gedirlər milliyə. Psixoloji yorğunluqları, fiziki yorğunluqdan daha çoxdur. Millidən bir həftə sonra tur başlasa, daha yaxşı olardı, istirahət edərdilər. Amma yox, gələn kimi üç gündən sonra yenə çempionat oyunu olmalıdır. Nəysə, bu qədər. Yoxsa, sonra birdən məni cərimələyərlər(gülür).
Xəbərin oxunma sayı : 1492
İdman
Xəbərlər
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - ABŞ Prezidenti
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Nəfəsə yolda hücum çəkdilər: qadını çətinliklə uzaqlaşdırdılar - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezidentdən mesaj
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
-
Azərbaycanda məşhur tikinti şirkəti bağlanır, əməkdaşları işdən çıxarılır
TOP 10
ARXİV