![]() |
|














Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir: SƏBƏBLƏR
Tarix 27.05.23, 20:36 |
|

Bakıda son illərdə kirayə mənzil bazarında tək qalan insanların normal qiymətə ev tapması çətinləşib. Ev sahiblərinin yalnız ailə və ya tələbə qızlar tələbi bu kateqoriya insanları daha bahalı evlərə üz tutmağa məcbur edir. Ekspertlər mövcud vəziyyəti bir sıra səbəblərlə əlaqələndirirlər.
Kirayə mənzil elanlarına baxdıqda görürük ki, ev sahiblərinin tələblərindən birincisi ailədir. Subay insanlar, boşanan xanımlar, tələbə oğlanların kirayə ev tapması müşkülə çevrilir. Əgər mənzillər yalnız ailəli insanlara verilirsə, subay şəxslər harada qalmalıdır? Problemin həlli yolu varmı?
“Kaspi” qəzeti bugünkü məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.
Subaylıq məsuliyyətdən kənar həyat tərzi hesab olunur
Sosioloq Sahib Altay dedi ki, əksər hallarda ev sahibləri subay adamlara ev vermək istəmir, daha çox ailəvi qalacaq kirayəçi axtarışında olurlar. Bu məsələdə əsas 3 səbəbi diqqət mərkəzində saxlamalıyıq: “Birinci səbəb evin səliqəsidir. Ev sahibləri subay adamların evi səliqəsiz saxlayacağı düşüncəsindədir. Bu, daha çox kişilərə aiddir. Bizim toplumsal düşüncəmizdə subaylıq evliliklə müqayisədə məsuliyyətdən kənar həyat tərzi hesab olunur. Amma unutmaq olmaz ki, insandan-insana xarakter fərqi var”.
Polis ev sahibini məsul şəxs hesab edir
S.Altay bildirdi ki, ikinci səbəb ictimai asayişdir: “Subay insanın evi kirayə götürməsi, şəhərdə yaşayan dost-tanışını evə yığıb, səs-küy salacağı düşüncəsini formalaşdırır. Bir çox hallarda bu, baş verir. İctimai sakitliyin pozulmasından narahat olan qonşular ya birbaşa ev sahibinə, ya da polisə şikayətlənir. Polis də ev sahibini bu məsələdə məsul şəxs hesab edir”.
Ailənin cəmiyyətdə mənəvi, rəsmi statusu var
Sosioloqun sözlərinə görə, əsas səbəblərdən biri də cəmiyyətin fikirləridir: “Ev sahibləri qarşı tərəfdən ona görə evlilik tələb edir ki, ailənin yaşadığı evə ailə fərdlərindən kənar adam gəlmir. Gəlsə də, ailənin qonağı qismində olur. Bir evdən hər gün eyni ailənin üzvlərinin çıxması ətrafda narahatlıq yaratmır. Çünki ailənin cəmiyyətdə həm mənəvi, həm də hüquqi-rəsmi statusu var. Ancaq bir evdə subay adamın yaşaması, o evə yad adamların gələcəyi düşüncəsini doğurur. İnsanların kütləvi, kompakt yaşadığı ərazilərdə kütlə düşüncəsi təzyiq yaradır. Ev sahibi də kütlənin bir üzvü olduğu üçün həm özünün, həm də ətrafın mental təfəkküründən dolayı buna razı olmur. Bu məsələdə əsas rol oynayan təsir gücü mentalitetdir. Bizim kimi ölkələrdə mentalitet hüququ üstələyir. Mövcud hala qarşı hüquqi öhdəlik formalaşdırmaq çətindir”.
Toplumun təfəkkürünü dəyişmək lazımdır
S.Altay qeyd etdi ki, problemin həlli üçün insanların düşüncələri dəyişdirilməlidir: “Ev kirayə götürülürsə, ictimai asayişi pozmamaq və evin təhvil verildiyi kimi qorunmaq öhdəliyindən başqa, kirayəçi o evdə tək də yaşaya bilər, rəsmi nikahda olduğu və ya olmadığı şəxslə birlikdə də. Hər bir halda ev, sahibinin şəxsi mülküdür. O, evini istədiyi şəxsə kirayə verməkdə sərbəstdir”.
“Xanımlarla bağlı çox az hallarda problem olur”
Əmlakçı Mülkədar Rüstəmovun fikrincə, ev sahibləri fikirlərində haqlıdırlar: “Şərt qoyur ki, ancaq ailəyə və tələbə xanımlara üstünlük verilir. Tələbə oğlanlar və tək insanlara ev vermirik. Xüsusən də kişilərə ev vermirlər. Müşahidə edirik ki, xanımlar evi təmiz saxlayır, problemlər az olur, necə təhvil alırlarsa, elə də geri verirlər. Məsələnin 70 faizində ev sahiblərinin iradları həqiqətən haqlıdır. Tək insanlara, yaxud tələbə oğlanlara ev verirlər və problemlər yaranır. Tez-tez yerlərini dəyişən insanlar var ki, 3 ay bir yerdə, 5 ay başqa yerdə qalır”. M.Rüstəmov bildirdi ki, bu məsələdə ən çox əziyyət çəkən tələbələrdir: “Tələbələr müraciət edəndə onlara fərdi evlər yox, bir həyətdə 5-6 ədəd olan evləri məsləhət görürük”.
Əmlakçının sözlərinə görə, xanımlarla bağlı çox az hallarda problem olur: “Ayrılmış insanlar var ki, övladı ilə qalır və yaxud işgüzar xanımdır. Belə məsələlər olur. Amma o qədər də qabarıq deyil. O insanlara da mənzil tapıb yerləşdiririk. Bakının hansısa ərazisində belə problemlər olsa da, kütləvi deyil”.
Qanun kirayə verənlərin yanındadır
Hüquqşünas Turan Abdullazadə dedi ki, mülkiyyət hüququna görə şəxs ona mənsub əmlaka (əşyaya) istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqa sahibdir: “Yəni, kirayə müqaviləsi digər mülki müqavilələr kimi tərəflərin iradə sərbəstliyinə əsaslandığından kirayə verənin qarşısına hər hansı şərt qoyula bilməz ki, mənzilini evli və ya subay şəxslərə versin. Kirayəyə verən əmlak üzərində mülkiyyət hüququna sahibdirsə, həmin əmlak üzərində sərbəst sərəncam vermək hüququna da malikdir. Bu baxımdan, qanunvericiliyin müddəaları mənzilini, evini kirayəyə verənlərin yanındadır”.
Boşanmış qadınlar və ya subay kişilər...
T.Abdullazadə qeyd etdi ki, bu məsələnin həlli üçün maarifləndirmə işləri aparılmalıdır: “Təəssüf ki, bu qəbildən olan vətəndaşlarımızın kirayə mənzil tapmaqda çətinlik çəkməsi günümüzün reallığıdır. Məsələnin həlli üçün insanların baxış bucağı dəyişilməli, boşanmış qadınlar və ya subay kişilər barəsində ictimai qınaq olmamalıdır. Bunun üçün isə daimi maarifləndirmə işləri aparılmalıdır”.
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
TOP 10
ARXİV