Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Leysan, külək, normadan artıq temperatur - FAKTİKİ HAVA

Tarix 27.05.23, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı: Şəki 53 (aylıq normanın 51 faizi), Qax 38, Gədəbəydə 32, Mingəçevirdə 30 (aylıq normanın 66 faizi), Sədərəkdə 17, Altıağacda 10, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7, Tovuzda 6, Oğuz, Daşkəsən, Şahbuzda 4, İsmayıllı, Qobustan, Gəncədə 3, Şabran, Balakəndə 2, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 millimetrədək olub.

Cənub-qərb küləyi əsib, arabir Daşkəsən, Göyçayda saniyədə 25, Mingəçevirdə 21, Gəncə, Tərtər, Naftalanda 20, Naxçıvanda 18, Cocuq Mərcanlı, Sədərəkdə 16, Şirvan, Yevlaxda 15 metrədək güclənib.
Mayın 26-da havanın temperaturu iqlim normasını 3,4 dərəcə ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29 dərəcə, Naxçıvanda 28 dərəcəyədək isti, dağlıq rayonlarda 20-25 dərəcə, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək isti, aran rayonlarında 34 dərəcəyədək isti olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.



Xəbərin oxunma sayı : 826




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap