Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mətanət Əsədovanı qadın həmkarı zəhərləyibmiş - VİDEO

Tarix 26.05.23, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


“Dostla düşməni ayırd edə bilsəydim bu günə heç qalardım? Onu seçə bilmədim. Saf oldum, ürəyimin təmizliyindən, şıltaqlığımdan, çıxdım efirə nələrsə danışdım. Gözəl geyinirdim, bədən quruluşum gözəl idi. Amma o gözəl geyimdə başqaları kimi nələrsə edib, gəlib verilişlərdə sakit, başıaşağı, dinməz otursaydım, deyəcəkdilər ki, bundan var? Amma təmiz və saf oldum oturdum, onu başqa cür yozub, yazdılar. O biclikləri bilmədim. Necə varamsa, elə də oldum”.

Bizim.media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu verilişlərin birində deyib. 

Sənətçi bildirib ki, səbirsizliyindən dilə gətirdiyi fikirlər qalmaqala və söz-söhbətə səbəb olub:

“Səhnə mənim üçün inqilab oldu. Mərdi qova-qova namərd etdilər. Haqqımda: “Bu bilirsən nədir?”, - dedilər. Amma məni tanıyan insan - “Sən nə yazıq insansan?”, - söylədi. Səbirsiz olmuşam. Çoxbilmiş məni özü kimi bilib. Çoxbilmişə fikrimi çatdıra bilməmişəm ki, mən bunu demək istəmişəm, bura qədərəm. Sən məni başqa tərəflərə yozma”.

Əsədovanın sözlərinə görə, uzun illər əvvəl bayram verilişlərində iştirak etsə də, bir sıra Xalq artistlərinin göstərişi ilə çıxışlarını efirdən kəsiblər:

“O qədər olub ki, verilişlərdəki çıxışlarımı kəsib efirə verməyiblər. Mənim günüm bu olub. Səhnəyə yeni çıxdığım vaxtlarda cavan qız idim, hamıya demişəm ki, yığışın, indi məni efirdə göstərəcəklər. Hamı oxuyur, amma Mətanət yoxdur. Yeni il, Novruz şənliklərində Mətanət yoxdur. Çəkilişlərə gedib, mahnılarımı oxuyurdum, amma məni sonra efirdən çıxarırdılar.

Deyirdilər ki, burada işıq yandı. İşığın yanması elə məni gözləyirdi. Sifarişlə məni efirdən çıxarırdılar. Bunu isə səsi olmayan Xalq artistləri edirdilər. Elələri var ki, indi yoxdur, dünyalarını dəyişiblər. Kaş çoxdan yox olardılar. Amma elələri də var ki, hələ də yaşayır. Nə deyib yaşayırsa, yaşayır da. Bəzən olur ki, “can” deyib, üzümə baxırlar. Xasiyyətim elədir ki, yalandan gülüb, üzümü qırışdıra bilmirəm. Ona xoş olsun deyə niyə gülüb, özümə əzab verməliyəm ki?
Cismani cəza verirəm özümə. Gözəllik salonuna gedirdim. Orada da xaricdən gətirilən mallar gətirilib satılırdı. Bu həm geyim, həm də ərzaq malları idi. Həmin müğənnilərdən biri demişdi ki, bunun başını geyimlərlə qarışdırın, mahnı yazdırmasın, səhnəyə də çıxmaq yadından çıxsın”. 

Mətanət, həmçinin bildirib ki, qadın həmkarı onu zəhərlədiyinə görə, altı il səhnədən uzaqlaşıb:

“Altı il səhnəyə çıxmadım, mahnı oxumadım. Çünki məni zəhərlədilər. Səsim isə batdı. Məcburən məni bir evə qonaq çağırdılar. Getmirdim, amma məcbur elədilər ki, ora qonaq gedim. Getdim və başıma belə hadisə gəldi. Qələmlə yazırdım ki, məni başa düşsünlər. Səsim tamamilə yox idi.

Gecə və gündüz ağlayıb, Allaha yalvarırdım ki, nəyimi əlimdən alırsansa al, amma səsimi mənə qaytar. Mənim başqa yolum yoxdur. Əlimi açıb məcbur dilənəcəyəm. Ona görə istədim səsimin qayıtmağını. Sonradan səsim açıldı və getdim toylara.

Hər gecə səhərə kimi 10-15 geyim dəyişirdim, çünki çox tərləyirdim. Suyun içində olurdum. Sonra bu hal pis nəticə verdi. Həkimlər dedilər ki, oxumusan səsin batıb.

Sonradan bildim ki, məni zəhərləyiblər. Söhbət açıldı, həmin qadın müğənninin ağzından qaçdı. Ona dedim ki, Allah sənə lənət eləsin. Allah onu elə cəzalandırdı ki, hamı gördü. Mən onun adını çəkmərəm, demərəm.

Sosial şəbəkələrlə məni gözdən salmaq üçün haqqımda xoşagəlməz şərhlər yazdırırlar. Mənim heç kimlə işim yoxdur. Mətanət bir dənədir, nə istəyirsiniz məndən? Mətanət sizlə artıq yaşamır. Hər şey sizdə var. Məsələ də budur”. 






Xəbərin oxunma sayı : 793




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap