Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kılıcdaroğlunun seçkiqabağı anti-Azərbaycan vədləri... - Onun “Yeni İpək Yolu” layihəsi nəyə xidmət edir?

Tarix 07.05.23, 18:30

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb.

"Report" xəbər verir ki, “böyük layihə” adı altında onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda hansı "məzhəbə qulluq edəcəyini" açıq şəkildə göstərir.

Qeyd edək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.Özünəməxsus, cəfəngiyyat dolu layihə Türk dünyasını İrandan və Çindən asılı edərək onun zəifləməsinə xidmət edir, eləcə də Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir.

Açıklama yok.

Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Orta Dəhlizin Avropa və Çin başda olmaqla Asiya ölkələri tərəfindən dəstəkləndiyi halda, CHP liderinin bu layihəsinin qeyri-ciddi olduğunu sübut edir. Çin yolların diversifikasiyasında da maraqlıdır. Belə ki, Zəngəzur dəhlizi Pekin üçün cəlbedici hesab olunur. Bu dəhliz Avropaya daha qısa yol təklif etdiyi üçün Çin üçün daha önəmlidir.Kılıcdaroğlunun “Yeni İpək Yolu” layihəsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub. İndiki Türkiyə hakimiyyətinin həm sevincli, həm də acı günlərdə daim Azərbaycanın yanında olmasını əks etdirən bəyanatları ilə müqayisədə CHP-nin ölkəmizə qarşı xoş olmayan münasibəti göz qabağındadır. CHP-nin qərəzli seçkiqabağı vədlərinə diqqətlə nəzər salsaq, görərik ki, bu, hər iki ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Ərdoğandan əvvəlki hökumətlərin dövründə mövcud olan soyuqluq qayıda, “bir millət - iki dövlət” strategiyasına xələl gətirilə bilər.Bununla yanaşı, çıxışları və bəyanatları ilə özünü şübhəli aparan Kamalın qalib gələcəyi təqdirdə Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalamasından asılı olmayaraq yaradacağı istilik də göz yandırır, könül bulandırır. Belə çıxır ki, "hörmətli" CHP başqanı Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq.
Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən xəbərsiz olduğunu bir daha sübut edən Kılıcdaroğlu kimin dəyirmanına su tökür? Hansı publikaya işləyir?

Kılıcdaroğlu hakimiyyətə gələrsə, Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki siyasi kursu da naməlum olacaq. Çox güman ki, CHP-nin qucağına qaçdığı Qərb dairələri türkdilli ölkələrin birliyi məsələsinin ləğvini istəyəcəklər. Bundan başqa, Türkiyədəki hakimiyyət dəyişikliyi Rusiya ilə münasibətlərə də mənfi təsirsiz ötüşməyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 gün qabaq dediyi kimi, "qırx axardan qırx vedrə su gətirməklə həqiqət günəşi palçıqla örtülməz. Mayın 14-də vətən, millət deyənlərin maskalarını açacağıq və birlikdə bu maskarada son qoyacağıq”.

Əminik ki, Türkiyə xalqı bir həftə sonra seçimi düzgün edəcək.



Xəbərin oxunma sayı : 796




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap