Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyənin 10 vilayətində fövqəladə vəziyyət rejimi elan olunub - Ərdoğan açıqladı + VİDEO

Tarix 07.02.23, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin zəlzələ baş vermiş 10 vilayətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi zəlzələ bölgəsini əhatə edən 10 əyalətdə tətbiq ediləcək və 3 ay davam edəcək.

“Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq” - deyə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədəkarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.

Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, zəlzələ bölgəsinə yardımların çatdırılmasında çətinliklər yaşanır.

O bildirib ki, məcbur qalmadıqca, heç kim zəlzələ bölgəsinə gedən yollardan istifadə etməsin.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 432 nəfər insan həlak olub, 21 103 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.






Xəbərin oxunma sayı : 790




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap