Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısının qardaşı “Azərsu”da imperiya qurub: İmran Abbasova dur deyən tapılacaqmı?

Tarix 07.02.23, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizlənmə işləri aparıldı. Hətta Q. Hüseynovun ən yaxın kadrlardan biri-Elman Məmmədov və onun cinayət ortağı-qurumun kommersiya departamentinin rəisi Xanvər Abbasov həbs edildi. Elman Məmmədov ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında və mənimsənilməsində əsas fiqurlardan biri olub. “Azərsu”nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var… “Azərsu”da həbslərin start götürməsi gözlənilən idi. İllərdir ki, ölkə mediası bu qurumda korrupsiya faktlarını, qanunazidd əməlləri və müxtəlif özbaşınalıq faktlarını ictimailəşdirirdi.

Təəssüf ki Qorxmaz Hüseynovdan sonra da köhnə qaydalarla işləməkdə davam edən kadrlar mövcuddur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, belə şəxslərdən biri “Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. Məlumat üçün bildirək ki, İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğmaca qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra bu vəzifəyə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına qədər pay var. Ancaq yazımızın mövzusu bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır.

Məlumat üçün bildirək ki, “Azərsu” ASC–nin regionlarında yerləşən su anbarları mütəmadi olaraq xlor və digər kimyəvi maddələrlə ( reagent), təchiz olunur. İmran Abbasov regionlara ezamiyyətə gedən mühəndislərə həmin regionlardakı boş xlor və reagent qablarını gətirməyi tapşırır. Qurumu həmin kimyəvi maddələrlə təchiz edən “Fuad kimya” şirkətinin rəhbərliyi ilə İmran Abbasov arasında narazılıq yaranıb. Şirkət qablarını tələb edir, İmran Abbasov isə qabların itdiyini bildirir. Əslində vəziyyət necədir? Cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, həmin qabları İmran müəllim Xırdalanda yerləşən həyət evinə yığaraq özünün əlaltıları vasitəsilə 70-80 manata satdırır. Bu qabların ən çox alıcıları Keşlə bazarında olan balıq satatanlardır. Məlumatlarda o da qeyd olunur ki, İ, Abbasov idarəsində çalışan fəhlələri aparıb öz bağ evində yer qazdırır, tikintidə işlədir, ağac budatdırır. Anbara mallar taxta paletlərdə daxil olur. Həmin bu paletləri İmran Abbasov sökdürüb anbara yığdırır.  Sonra isə evinə apartdırır.  Fəhlələr narazılıq edəndə cavab olaraq onlara deyir ki, sizin üçün nə fərqi var ya mənim idarəmdə işlədiniz yada ki, bağ evimdə. Narazı olan fəhlələrə həd-qorxu gəlir ki, sizi işdən çıxardacam. Narazı olan 2-3 fəhlə ərizələrini yazıb işdən çıxıb. İdarəyə yeni qəbul olan işçilərə işə qəbul ərizəsi yazdıranda məcburi şəkildə tarixsiz imzalı işdən çıxma ərizəsidə yazdırır. Bu şəxs tək idarə işçiləri arasında deyil, hətta sürücülər arasında da ayrıseçkilik yaradır. Mal daşımaq üçün gələn maşınları öz şəxsi məqsədləri üçün işlədir. Başa düşmək olmur İmran Abbasovun işlədiyi dövlət müəssisəsidir ya İmran MMC.
Bir sıra şirkətlər , “Hidsab”, “ Araz motors”, “Şurataz”, “ Universal”,” Polimart”, “Fuad Kimya və digər şirkətlərin nümayəndələri hər ayın sonuna yaxın idarəyə gələrək ona xüsusi konvert verirlər. Bu konvertlər ona təqdim olunmamış o şirkətlərin gətirdikləri malların hərəsi bir bəhanə ilə anbara qəbul olunmur, müxtəlif bəhanələr gətirilir.  



Bu barədə cumhuriyyet.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, konvertin alınma qaydasıda çox maraqlıdır: Azərsuda mühüm vəzifələrdə çalışan bir neçə nəfər idarəyə mal gəldiyi zaman gedib malın keyfiyyətinə qərar verir ki, təyinata uyğun gəlmir , min bir bəhanələr gətirirlər. Mal gətirən müəssisələr də bunların oyunundan bezərək onların dediyini qəbul edib konvertlərini hər ay verirlər. Bu yaxınlarda “Kaskad” şirkətinin gətirdiyi nasoslardan bir neçəsinin köhnə olduğu, üzünün rəngləndiyi aşkar olunmuşdu. O şirkətin nümayəndəsi anbara gəlib gedəndən sonra nasoslar anbara qəbul olundu və köhnə avadanlıq təzə adı ilə regionlara göndərildi. Başqa bir misal: “ Araz motors” şirkəti malları bazardan alıb verir. Adınıda qoyur ki, xaricdən mal alır. Bizdə olan məlumata görə , “Araz motors” Anbar Təsərrüfatı İdarəsinə heç bir maşın ehtiyyat hissələri vermir yalnız sənədlərini verir. ”Hidsab” şirkətinin ”Azərsu” ilə bağladığı müqaviləyə əsasən, bu şirkətYaponiya istehsalı olan diyircəkli yastıq vədigər ehtiyat hissələrinin yerinə Çin istehsalı olan mallar gətirir. Mallar yararsız olsada İmranAbbasov onları anbaraqəbul edir. Bu insanın “fəaliyyəti” nəticəsində “Azərsu”nun anbarı keyfiyətsiz mallarla dolub. “Azərsu”nun nizamnaməsinə görə, mallar regionlara mühəndislərin iştirakı ilə göndərilməlidir.Ölkə üzrə malların daşınmasını Anbar İdarəsi vasitəsilə həyata keçirilir.Lakin ən birinci Şirvan Sukanal İdarəsinin malları yola salınır.Səbəb isə qardaşının orada icara başçısı olmasıdır. Bəs digər regionların rəislərinin qardaşı icra başçısı deyilsə onların malları gecmi getməlidir? Malları daşımaq mühəndislərin birbaşa vəzifə borcudur. Ancaq İmran Abbasov çox vaxt malları mühəndis olmadan, sürücü ilə göndərir.Səbəb olaraq idarənin xərcinin çox olduğunu göstərir.Əgər idarənin xərci belə çoxdursa,onda özünün hər ay aldığı filan qədər “peşəkarlıq” pulunu şirkətə bağışlasın.Bu insan hansı sahədə peşəkardır ki, maaşından əlavə bu qədər pul alır?  Onsuz da o bütün günü kabinetindən bayıra çıxmır.

Sonda onuda qeyd edək ki, idarəsinə gələn malların çoxusunu öz şəxsi evlərinin işləri üçün sərf edir.Yəqinki, onun idarəsində heç vaxtı yoxlama getmir.”Azərsu”yun rəhbərliyinin görəsən bundan xəbəri var ya yox?



Xəbərin oxunma sayı : 448




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap