Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tütün sahələrində məhsuldarlıq aşağı düşüb - VİDEO

Tarix 30.09.22, 22:08

Font ölçüsü : - / +
bitmap-img6


Şəkinin Babaratma kəndindən olan fermerlər bu il tütün sahələrində məhsuldarlığın aşağı düşdüyünü bildirirlər. Bunun səbəbini isə builki toxum növü ilə əlaqələndirirlər. 

Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il tütün sahələrinin böyük hissəsində Virciniya tipli amerikan sortları, qalan hissəsində isə yerli sortlar əkilib. 

“Dünya bazarında keyfiyyətli tütün məhsuluna olan tələbatı nəzərə alaraq son illərdə Virciniya tipli tütün sortlarının əkilməsinə maraq çoxalıb. Bu sortlarda isə məhsuldarlıq yerli sortlara nisbətən xeyli aşağı dərəcədədir”, - deyə məlumatda qeyd edilib.

Fermerlər onu da bildiriblər ki, ötən il Virciniya növ tütünün məhsuldar sortunu əldə etsələr də, bu il həmin sortun xaricdən Azərbaycana gəlməməsi səbəbindən bu hal yaşanıb.

Qeyd edək ki, təsərrüfatçılar hər ilin əvvəlində Tütün Qəbulu və İstehsalı Məntəqəsi ilə müqavilə bağlayaraq toxum əldə edirlər. Məhsul yığımı zamanı isə yaş tütünü təhvil verirlər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:







Xəbərin oxunma sayı : 595




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap