Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” - Qurban Qurbanov

Tarix 23.05.22, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


“Bugünkü reallıqda Azərbaycan futbolunu, futbolçularını yaxşı heç nə gözləmir”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis çatışmazlıqların və problemlərin çox olduğunu söyləyib: “Komanda olaraq “Qarabağ” hansısa uğura imza atıb. Amma hamı şikayət edir ki, azərbaycanlı futbolçu yoxdur. İldən-ilə geriyə gedirik. Mən bunu hiss edirəm. Hamımız akademiyaların və aşağı yaş qruplarının düzgün idarə olunmadığını dildə deyirik. Elə “Qarabağ” klubunda da aşağı yaş qrupları süni ot örtüyündə məşq edirlər. Bunları düzəltməsək, bizi heç də yaxşı şeylər gözləmir.

Bəzi məsələləri qaydasına salmalıyıq. Çox geridə qalmışıq. Avropa beş addım irəliləyirsə, biz bir addım geri düşürük. Futbolumuzun inkişafı üçün böyük addımlar atmalıyıq və iş prinsipini dəyişməliyik. Bu, bütün klublara və milli assosiasiyaya aiddir”.



Xəbərin oxunma sayı : 1342




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap