Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bakıda girov götürülən iş adamı: “Məni adyala büküb apardılar”

Tarix 22.04.22, 16:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda iş adamına hədə-qorxu gələrək girov götürən dəstə üzvlərinə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə 2020-ci ilin aprelində baş verib.

Belə ki, əvvəllər məhkum olunan Anar Ə. (soyad şərtidir) özgənin malını ələ keçirmək məqsədi ilə tanışları Yavər M. (soyad şərtidir) və Eşqin Ə. (soyad şərtidir) ilə əlbir olaraq iş adamı Zamin H.-yə (soyad şərtidir) qarşı zor tətbiq edib, hədə-qorxu gələrək girov götürüblər. Onu 1 500 manat verəcəyi təqdirdə buraxacaqlarını bildiriblər.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılıb və işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmədə ifadə verən Anar Ə. bildirib ki, Zaminin onun qohumuna borcu olub və o, borcu qaytarmayıb:

“Buna görə qohumlarımla aramda inciklik yaranmışdı. Çünki onları Zaminlə tanış edən mən olmuşdum. 1 500 manat borcu qaytarmaq üçün ona dəfələrlə zəng etsəm də, o, zənglərimə cavab vermirdi. Bundan sonra qərar verdim ki, onun evinə gedim. Dostlarım Eşqin və Yavər də mənimlə getdilər. Oraya çatanda Zamin mənə məhəl qoymadan maşınına minib getdi. Mən onu saxlamaq üçün maşının üstünə çıxdım. Cibimdən bıçaq çıxararaq hədələdim ki, maşını saxlasın. Lakin həmin vaxtı Zamin avtomobili sağa-sola oynadaraq qəfildən əyləci basdı və mən kapotun üzərindən yerə düşdüm. Zamin də oradan uzaqlaşdı. Bundan sonra biz yenidən onun evinin yaxınlığına getdik. Aramızda mübahisə düşdü və mən ona bir-iki yumruq vurdum. Danışmaq üçün elə özünün də razılığı ilə bizim evə getdik. Pulu da özü çıxarıb verdi”.

Hadisə zamanı zərərçəkmiş Zamin H. ifadəsində deyib ki, onu Anarın yaxınına borcu olduğu üçün girov götürməyiblər:

“Mənim parfümeriya mağazam var və bununla yanaşı, avtomobil alqı-satqısı ilə də məşğulam. Anarı da uzun illərdir tanıyıram. Bir dəfə mənim satılası maşınım var idi. Anar da təklif etdi ki, həmin maşını 1 500 manata onun dostuna satım. Mən də bildirdim ki, maşını o qiymətə sata bilmərəm. Bundan sonra o dedi ki, biz onun dostundan pulu alaq. Amma maşını verməyək. Bunu eşidəndə isə dedim ki, belə şeylərdən uzaq olsun. Kimisə aldada bilmərəm. Bundan sonra o mənə dəfələrlə zəng etdi. Telefonu açmadığıma görə evimin qabağına gələrək məni bıçaqla qorxutdu. Bundan sonra əl-qolumu skoçla bağlayıb, yumruqla zərbələr endirdilər, məni götürüb apardılar. Evə salanda isə adyala bükdülər. Saxlamağa yerləri olmadığı üçün buraxdılar və bunun əvəzində məndən 1 500 manat pul istədilər”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Əliyev 12 il, onunla birlikdə cinayəti törətməkdə təqsirli bilinən Yavər Məmmədov 9 il 9 ay, Eşqin Əhmədov isə 11 il müddətinə azadlıqdan məhrum olunublar.



Xəbərin oxunma sayı : 415




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap