Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Anarı hələ də sevirəm” - Röya ağladı

Tarix 24.04.21, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


“Anarla bir-birimizi həqiqətən sevib evlənmişik. Bu evliliyə görə çox qurban vermişəm. Çünki biz evləndikdən sonra bir çox problemlər ortaya çıxdı. 6 ay sonra onun ailəsi məni qəbul etdi”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan məşhur stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. Sualları cavablandıran sənətçi, keçmiş həyat yoldaşı Anar Cəlilovdan problemlər səbəbindən ayrıldığını etiraf edib:

“Ayrılanda ən çox qorxduğum bir halı yaşadım. Mənim çoxlu faizlərim var idi. Təsəvvür edin, elə bil 500 min götürürsən və hər ay 50 min faiz ödəyirsən, borclar azalımır. Atamın evinə qədər satdım. 7 il əvvəl isə hər şeyə sıfırdan başladım. 2015-ci ildə də konsert verdim. O pula torpaq aldım. Hər şeyi övladım üçün edirəm.
Mən o qadınam ki, 15 ildə nə yığmışdımsa, hamsını bir gündə itirdim. Onları son 6-7 ildir yerinə qaytarıram. Anarın ilk evliliyindən oğlu var. Biz  tanış olanda artıq o, 9-11 ay əvvəl arvadından ayrılmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşğm. Bu əsla belə deyil. Anarla başqa şeyin üstündə ayrıldıq. Problemlərimiz həqiqətən çox oldu. Axırda dözə bilmədim. Ona xoşbəxtlik arzu edirəm. İnşalla bu qızla xoşbəxt olar”.

Röya qayınanası ilə Anarı ilk xanımından ayırmaq üçün müqavilə imzaladığı xəbərlərinə münasibət bildirib:

“Dünyanın ən gözəl qayınanası onun anası, Nazilə xanımdır. Ayrılanda utandım ki, nece deyim ona? Onların ailəsi çox sadədir. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm”.

Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da onu hələ də çox sevdiyini deyib:

“Anarı çox sevmişəm. Bəlkə bu gün də sevirəm. Bir müddət əvvəl oğlumla şəkil çəkdirmişdi. Gördüm onun saçları çox ağarıb. Nə qədər ağlamışam. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir.  Ayrılanda isə nifrət etmək lazım deyil”.




Xəbərin oxunma sayı : 886




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap