Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazirlik pambıq tarlasında zəhərlənmə ilə bağlı iclas keçirdi - Tapşırıqlar verildi

Tarix 21.06.18, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.

Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: “Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər”.

Nazirlikdən bildiriblər ki, hazırda İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: “Hadisə ilə bağlı araşdırmalar aparılır, hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb”.

Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Nəticədə 141 nəfər xəstəxanaya müraciət edib. Hazırda 12 nəfərin müalicəsi davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Tərtər və Saatlı rayonlarında da anoloji hadisələr baş vermişdi.



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap