Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazirdən ödəmələrin gecikdirilməsi ilə bağlı narazılıqlara münasibət:“Biz hər bir sənədə bir-bir baxırdıq“

Tarix 19.02.19, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsinin gecikdirilməsi ilə bağlı səsləndirilən narazılıqlara münasibət bildirib.

Nazir Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşündə gecikmənin şəhidlərə bağlı sənədlərin toplanması ilə bağlı olduğunu deyib.

Nazir bildirib ki, məsələ ilə əlaqədar ötən ilin oktyabr ayının sonunda ilkin məlumat toplandı və işlərə start verildi: “Müraciətlər toplanandan sonra noyabrdan etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Sığorta şirkəti ilə iş aparıldı. Ümumi siyahının təsdiq olunması üçün məlumatlar bir aya toplanıldı. Yekun qərarda 2700-dən artıq insanın sənədləri bir araya gətirildi”.

Proqramın hazırlanması üçün prosesin 3 ay çəkdiyini xatırladan S.Babayev qeyd edib ki, 3000-ə yaxın insanın sənədlərin toplanması asan məsələ deyil: “Biz hər bir sənədə bir-bir baxırdıq. Daxili İşlər Nazirliyi arxivlərindən 461 polis şəhidinin məlumatlarını bizə təqdim etdi. Bunu ona görə açıqlayıram ki, adətən pərdə arxasında olan iş tam olaraq məlum olmur. Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvar ayında keçirilən iclasında çıxışı zamanı sənədlərin toplanıldığını və işlər yekunlaşdıqdan sonra qərar veriləcəyini bəyan etmişdi”. (Report)



Xəbərin oxunma sayı : 334




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap