Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nazir kadr dəyişikliyi etdi: partlayış baş verən zavodun baş direktoru “vuruldu“

Tarix 22.02.18, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.

AzFakt.com "AzeriDefence”ə istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub. Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.

Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi "Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki "Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə "Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.

MSN-dən "Azeri Defence”yə kadr dəyişikliyi xəbərini təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev "Üfiq” İstehsalat Birliyinə, "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə "Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.

Mia.az xəbər verir ki, "Üfiq” İstehsalat Birliyi "Optika-Mexanika” İstehsalat Birliyindən dəfələrlə kiçik müəssisədir. Yəni, Ramiz Məmmədovun ora təyinatı cəzalandırma kimi dəyərləndirilə bilər. Görünür, R.Məmmədov nəzarətində olan müəssisələrdə baş verən hadisələrə görə daha geniş səlahiyyətlərdən məhrum edilib.



Xəbərin oxunma sayı : 325




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap