Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə abadlaşan bölgələrindən biridir

Tarix 17.05.21, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Ölkə Prezidenti  İlham Əliyevin may ayının 10-da Naxçıvan Muxtar Respublikasına baş tutmuş səfəri həm siyasi, həm də iqtisadi baxımdan böyük tarixi əhəmiyyət kəsb edir. Bu səfər  Ermənistanı çıxılmaz yola sala biləcək addımlar atmağa təhrik edən məlum dairələrə, eləcə də bu ölkənin daxilində xalqı revanşist əhval- ruhiyyəyə sürükləməyə çalışan qüvvələrə bir daha açıq-aydın xəbərdarlıq mesajlarının verilməsilə diqqəti cəlb etdi.

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və bu zəmində hərbi potensialının artması Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından da böyük önəm daşıyan amildir. Heç şübhəsiz,
Naxçıvan bu gün Azərbaycanın ən inkişaf etmiş və sürətlə abadlaşan bölgələrindən biridir. Bu inkişaf davamlı olaraq bütün sahələr üzrə müşahidə edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin Muxtar Respublikaya son səfəri zamanı bir neçə vacib infrastruktur layihəsinin açılışı baş tutub və dövlət başçımız həmin açılışlarda şəxsən iştirak
edib. O cümlədən, Ordubad şəhərində içməli su və kanalizasiya xətti istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıb. Naxçıvanda çox böyük enerji potensialı yaradılıb, elektrik enerjisi ilə təchizat 100 faizdir. Muxtar Respublikanın bütün şəhərləri artıq magistral yollarla bir-birinə bağlanıb. Həm də bu yollar çox keyfiyyətlə tikilir. Naxçıvanın sənaye potensialı da  sürətlə inkişaf edir.Təbii ki, iqtisadi inkişaf Muxtar Respublikanın hərbi potensialının gücləndirilməsinə səbəb olur. Mayın 10-da dövlətimizin başçısı Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışı mərasimlərində iştirak edib ki, bunun da  Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında böyük önəmi vardır. Son illər ərzində
Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və yeni hissələr yaradılıb. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Hospital Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayı sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi önəm daşıyır. 

Qeyd olunmalıdır ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə hər zaman böyük diqqət göstərilib. Cənab Prezidentin göstərişi ilə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordusu yaradılıb, bu ordu ən müasir
silah və texnika ilə təchiz edilib və yüksək döyüş qabiliyyətinə malikdir. Beləliklə, Naxçıvan Muxtar Respublikasının hərbi potensialının yüksəldilməsinin həm respublikanın hüdudlarının müdafiə edilməsi, həm də ölkənin ümumi ordu potensialının gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti vardır. Məhz buna görə də Naxçıvanın müdafiəsi və hərbi potensialının daha da gücləndirilməsi məsələsi daima ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində yer alır. Dövlət başçımızın Naxçıvana səfəri zamanı burada həyata keçirilən irimiqyaslı layihələrin icrası ilə yaxından tanış olması, həmçinin müxtəlif obyektlərin açılışında bilavasitə iştirakı möhtərəm Prezidentimizin Muxtar Respublikanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlamasından xəbər verir. O cümlədən, Prezideni İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub. Ölkə Prezidentinə bildirildiyi kimi, son illərdə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib. Naxçıvana səfəri çərçivəsində dövlət başçısı "Ordubad rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin açılışında iştirak edib. Bu layihənin icrası
nəticəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.Bu gün Naxçıvanda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri Muxtar Respublikanın dəmir yolu sistemini də əhatə edib. Sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, iş və xidmət üçün hərtərəfli şərait yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin
səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalartikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı son illər ərzində çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Əsrlərdən bəri Şərq aləminin elmi- mədəni mərkəzlərindən biri kimi şöhrət tapan bu diyar neçə-neçə görkəmli alim, sənətkar və tarixi şəxsiyyətləryetirmişdir. Müasir Müstəqil Azərbaycan kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da mövcudluğu və bugünkü inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə

Gülnar Hacıyeva



Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap