Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Naxçıvan böyük turizm potensialına malikdir

Tarix 18.05.21, 9:53

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanda ən çox inkişaf edən sahələrdən biri də turizmdir. Respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə məşğulluğun artması, yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyətə malik olan turizm uzun illərdir ki, dövlət siyasətinin prioritet məsələlərindən birinə çevrilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi,
“Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. Naxçıvan Muxtar respublikasının nadir təbii, mədəni obyektlər kompleksinə malik olması bu
qədim diyarda turizmin inkişafı üçün yeni perspektivlər açır. Əlverişli iqlim şəraiti, flora və faunanın müxtəlifliyi, tarixi-mədəni irs, yüksək qonaqpərvərlik ənənələri Naxçıvanda zəngin turizm potensialının mövcudluğundan xəbər verir. Bu potensialdan istifadə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikada turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsini təmin etmək məqsədi daşıyır. Həmin məqsədə nail olmaq üçün irimiqyaslı infrastruktur
layihələri icra edilir, mədəniyyət obyektlərinin əsaslı təmir olunması diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası görülən işlərin davamlı xarakter almasına təkan verməkdədir. Proqramda muxtar respublikaya turistlərin cəlb edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub. Bu məqsədlə internet resurslarından səmərəli istifadə olunması isə müasir dövrün mühüm qanunauyğunluqlarından
biri hesab edilir. Qısa zaman kəsiyində bol informasiyanın yayılması və təsirediciliyinin çox olması internet ehtiyatlarından məqsədəuyğun istifadəni indiki dövrün zərurətlərindən birinə çevirib. Bu
istiqamətdə muxtar respublikanın turizm potensialını nümayiş etdirən məlumatların sosial şəbəkələrdə yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq iyul-sentyabr aylarında turizmlə bağlı məlumatların internetdə yerləşdirilməsi və onların daim
yenilənməsinin təmin edilməsi diqqət mərkəzində olub. Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifələrinə 200-dən çox məlumat daxil edilib, 70 mindən çox baxış sayı qeydə
alınıb. Turistlərin məlumatlılığının artırılması məqsədilə mərkəzin elektron poçt ünvanına və sosial şəbəkə hesablarına daxil olan 31 müraciət aidiyyəti üzrə cavablandırılıb. Xarici ölkələrdə və
Azərbaycan Respublikasında fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına, bölgələrdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə 2 mindən çox məlumat göndərilib. Həmçinin bu dövrdə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin yeni internet səhifələrinin hazırlanması istiqamətində iş
aparılıb.

Vətənimizin ayrılmaz parçası olan Naxçıvan bu gün öz inzibati dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bu gün ki nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev muxtar respublikanın dayanıqlı inkşafı və tərəqqisi ilə bağlı fikirlərini belə ifadə edir: “ Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası
bütün iqtisadi göstəricilərinə görə çox sürətli inkişaf edən respublikadır Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, bütün sakinlərini ürəkdən təbrik edirəm.”

Məleykə Ağayeva



Xəbərin oxunma sayı : 400




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap