Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO bu gün Ukraynaya yeni dəstəyi müzakirə edəcək – “Təcavüzkar qalib gələrsə, davamlı sülh olmaz”

Tarix 28.11.22, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün - noyabrın 28-də NATO xarici işlər nazirləri Buxarestdə ikigünlük toplantıda Rusiyanın Ukraynaya səbəbsiz hücumunu, müttəfiqlərin Kiyevə və digər tərəfdaşlara dəstəyini müzakirə edəcəklər. 30 üzvü olan alyansın bəyanatında deyilir ki, iclasda Çinin yaratdığı problemlər də müzakirə olunacaq.

İclas öncəsi NATO Baş katibi Yens Stoltenberq deyib ki, alyans nə qədər çəkərsə, Ukraynanın yanında dayanacaq. Geri çəkilməyəcəyik.

Stoltenberqin sözlərinə görə, Ukraynaya dəstək NATO-nun marağındadır, təcavüzkar qalib gələrsə, davamlı sülh olmaz.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 28-də yaydığı məlumata görə, Donetskdə hücumlar dalğası dəf olunub. Prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, Rusiya ölkənin elektrik şəbəkəsinə yeni zərbələr planlaşdırır. O, ukraynalıları daha çox elektrik kəsintisinə hazır olmağa çağırıb.

“Terrorçuların yeni zərbələr planlaşdırdığını anlayırıq. Bunu bir fakt kimi bilirik. Nə qədər ki raketləri var, sakitləşməyəcəklər”, – Zelenski vurğulayıb.

Artıq qar yağmış Kiyevdə elektrik təchizatı və mərkəzi istilik sistemində fasilələr sakinləri çətinliklərlə üz-üzə qoyur.

Şəhər hakimiyyəti elektrik, su və istilik təchizatının bərpası üçün işin tamalandığını bildirib, ancaq eyni zamanda xəbərdarlıq edib ki, istehlakın yüksək həddə olması kəsinti tətbiqinə səbəb olub.

Zelenski noyabrın 27-də Kiyevin meri Vitali Kliçkonu tənqid edib, onun sakinlərə kömək üçün yetərincə çalışmadığını söyləyib. Kliçko isə tənqidi rədd edib, Rusiyanın hərbi kampaniyanı davam etdiyi bir vaxtda bunu yersiz adlandırıb.

Britaniya Müdafiə Nazirliyinin noyabrın 28-də yaydığı bülletendə deyilir ki, Xerson şəhəri hər gün Rusiya artilleriyası tərəfindən bombardman olunur. Xerson bu yaxınlarda Ukrayna qüvvələrinin nəzarətinə keçib.



Xəbərin oxunma sayı : 733




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap