Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nardaranda turistlər üçün xüsusi çimərlik salınacaq - kim və niyə?

Tarix 20.10.17, 15:09

Font ölçüsü : - / +
bitmap-img6


“Ərəbə nümunəvi yox, pulsuz, təmiz çimərlik lazımdır”

Azərbaycanda bütün mövcud çimərliklərə nümunə olacaq çimərlik yaradılacaq. Bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib. “Bu il çimərlik turizmi ilə bağlı müsbət nəticəyə gələ bilmədik. Artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsinə yaxın ərazidə 2 km-lik yer ayrılıb.

Potensial investorlarla yaxın günlərdə işlər başlanacaq. Gələn mövsümə hazırlanmasını istəyirik. Bu çimərlik klasterinin yaradılması digər çimərliklər üçün də nümunə ola bilər”, - nazir müavini əlavə edib.

Təbii ki, sözügedən qərarın verilməsində builki turist axını zamanı sonuncuların istirahət məkanı olaraq çimərlikləri seçməməsi mühüm rol oynadı.

“Yeni Müsavat” xatırladır ki, eyni durum 2016-cı ilin sentyabrında da Azərbaycanda rəsmi səviyyədə müzakirə mövzusu olmuşdu. Sözügedən məsələ prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulurdu.

Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun yaradılması, çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi, təhlükəsizlik və sair məsələlər yer almışdı.

Ərəb turistlər yerli çimərliklərə ona görə getməyib ki...

Nümunəvi çimərliklərin yaradılması turizm şirkətləri üçün də prinsipial məsələ olub. Belə ki, onlar turistlərin yönləndirilməsi baxımdan bir qədər əziyyət çəkiblər. Amma apardığımız ümumi söhbətlər zamanı məlum oldu ki, xüsusən ərəb turistlərin Xəzər çimərliklərinə üz tutmamasının səbəbi mental dəyərlər baxımdan olub. Çünki ərəb turistlər buraya ailələri ilə birgə gəlirlər. Ölkəmizdə isə “halal çimərliklərin” sayı olduqca azdır. Tək istirahət etməyən ərəb turistlər bu baxımdan ictimai (ödənişli və ödənişsiz olmasından asılı olmayaraq) çimərlikləri tərcih etməyiblər. 

Turizm üzrə ekspert Telman Zeynalov isə hesab edir ki, nümunəvi çimərlik yaradılması ideyası məntiqsizdir. Onun sözlərinə görə, Xəzər sahilində yetərincə normal standartlara cavab verən çimərlik var: “Bütün dünyada çimərlik çimərlikdir.  Hansısa məmur bu oyunu atıb ortaya. Məqsəd də odur ki, özünə lazım olan şəraiti qursun. Halbuki turistə nə lazımdır? Çimərlik ucuz və ya pulsuz, eləcə də təmiz olsun. Çimsin, geyinsin və getsin. Amma mən sizi əmin edirəm ki, belə çirkin oyunlar getsə, bura turist gəlməyəcək”.

Ekspert hesab edir ki, Azərbaycanda istirahət yerləri çox bahadır. Onun sözlərinə görə, mehmanxanalar, restoranlarda qiymətlər maksimuma qaldırılıb: “Kababın bir şişini turistə 25-30 manata satırlar. Belə qiymət olar? Bununla turisti cəlb etmək mümkündür? 5-10 varlı ərəb bura gəlirsə, öz varlı dostlarının bağlarına gələcəklər. Amma bura turist cəlb etmək istəyirlərsə, mehmanxana, dəniz qırağı boş olmalıdır. Orda heç nə tikilməməlidir. Bütün dünyada çimərliyin ətrafı boş olur, təmiz və rahat olur. Mən bir vətəndaş kimi çimmək istəyirəmsə, suya baş vurub gedərəm. Allah təala Xəzər dənizini bunlar üçün yaratmayıb ki? Sıravi, kasıb insanlar üçün yaradıb”.

Abşeron çimərliyində qum qalmayıb deyən ekspertlər və “yaxşı çimərlik” olmanın qaydaları

Amma Abşerondakı çimərliklərlə bağlı fikirlər heç də hər zaman müsbət istiqamətdə olmur. Belə ki, Abşeronda çirkli suların töküldükləri yerlər var. Çirkab suları həmin yerlərdən çimmək kimi istifadəyə imkan vermir. Son illərdə dəniz sahili boyunca bahalı villalar və bağ evləri tikilir. Amma dənizdə təmizliyi qorumaqdan ötrü kanalizasiya sistemi quraşdırılmır. Bundan başqa, Abşeron çimərliklərində demək olar ki, qum qalmayıb, hamısını tikinti ehtiyaclarına sərf ediblər.

Ekspert rəylərində o da öz əksini tapıb ki, Azərbaycan çimərlikləri beynəlxalq miqyasda tanınmayıb. Belə ki, ölkə ərazisindəki heç bir çimərlik hələlik ekoloji təmizlik səviyyəsini əhatə etməklə 32 yüksək meyarı özündə birləşdirən «göy bayraq» sertifikatı almayıb.

Hər il dünyadakı ən yaxşı çimərliklərin siyahısını hazırlayan “TripAdvisor”  portalı dünyanın ən yaxşı çimərliklərinin reytinqini tərtib edib. Reytinq il ərzində turistlərin çimərliklər barədə rəylərinin sayı və keyfiyyəti əsasında hazırlanıb.

Siyahıya əsasən, dünyanın ən yaxşı çimərliyi Braziliyadadır. Fernandu-di-Noronya kurortundakı “Baia do Sancho” adlı çimərlik reytinqin birincisidir. Siyahıda ikinci və üçüncü yerləri, müvafiq olaraq, Providensiales (Terks və Kaykos adaları) adasındakı çimərlik və Puerto-Rikoda yerləşən “Playa Flamenco” çimərliyi tutur.

Avropanın ən yaxşı çimərlikləri ilə bağlı ayrıca siyahı hazırlanıb. Burada isə birinci yer “Playa de las Catedrales” (İspaniya, Ribadeo) çimərliyinə məxsusdur. “Elafonisi” (Yunanıstan, Elafonisi) Avropanın ən yaxşı ikinci çimərliyi olduğu halda, ilk üçlüyü “Cala Mariolu” (İtaliya, Baunei) çimərliyi tamamlayır.

Dünyanın ən yaxşı çimərliklərində isə ilginc şərtlər var. Belə ki, ən yaxşı çimərliklərdə alver qadağandır. Həmin ərazilərdə siz yeyinti məhsullarının alveri ilə rastlaşa bilməzsiniz. Ekzotik heyvanların çimərliyə gətirilməsi, turistlərlə şəkil çəkdirilməsi hallarından da söhbət gedə bilməz. Bundan başqa, orada səsgücləndirici ilə musiqi dinlədilməsi, spirtli içkilərin satışı qadağandır. Siyahıdakı əksər çimərliklərin ərazisində restoran fəaliyyət göstərmir. İnsanlar bu ərazilərə yemək yox, sırf günəşlənmək, üzmək üçün gəlirlər. Yəni çimərlik əsl təyinatı üzrə fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap