Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Moldova prezidenti İqor Dodon hökuməti istefaya çağırıb - Açıqlama

Tarix 19.09.18, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Moldova prezidenti İqor Dodon parlamentə növbədənkənar seçkilər keçirmək üçün hakim Demokratik partiya tərəfindən formalaşdırılan Pavel Filip hökumətini istefaya çağırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Moldova prezidenti bu barədə nazirlər kabinetində bir gün əvvəl elan olunan yerdəyişmələri şərh edərkən bildirib.

“Mən seçkilərə bir neçə ay qalmış hökumətin heyətində dəyişikliklərin nəyə lazım olduğunu anlamıram. İnsanlar bu hökumətin və parlament çoxluğunun tamamilə getməsini istəyir. Əgər demokratlar həqiqətən vətəndaşları eşitsəydi, parlamenti çoxdan buraxar və növbədənkənar seçkiləri elan edərdilər ki, bu məsələ fevrala qədər uzanmasın”, – İqor Dodon özünün “Facebook” səhifəsində belə yazıb.

“Mən hökumətin tam heyətlə istefaya getməsini, parlament seçkilərinin keçirilməsini və yeni parlament çoxluğunun və yeni hökumətin formalaşmasını gözləyirəm”, – deyə Moldova Prezidenti əlavə edib.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap