![]() |
|














EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Şikayət
Tarix 17.07.25, 17:49 |
|

Onlayn alış-verişin sürətlə yayılması həyatımızı asanlaşdırsa da, bəzən ciddi təhlükələr də yaradır. Xüsusilə körpə qidası kimi həssas məhsulların keyfiyyətsiz və gigiyenasız şəkildə çatdırılması yalnız maddi zərər deyil, insan sağlamlığı üçün böyük risklər deməkdir. İyulun 14-də “Trendyol” platformasından sifariş edilən keçi südü əsaslı körpə qidasının müştəriyə çirkli, pis qoxulu və yararsız halda çatdırılması isə bu təhlükənin acı reallığını bir daha ortaya qoyur.
Bakı şəhər sakini Elman Təhməzov Bakıvaxtı.az-a müraciətində deyib ki, çatdırılmanı edən EXPARGO əməkdaşı ilə birlikdə məhsula baxış keçirilib:
“Məlum oldu ki, bağlama həm zahirən çirk içindədir, həm də daxili qida maddəsi üfunət iyi verir. Qapaqların açıq olması və məhsulun pis qoxu yayması, xüsusilə də söhbət körpə yeməyindən getdiyini nəzərə alsaq, bu hal sadəcə, loqistik səhv deyil, birbaşa sağlamlıq üçün təhlükə yaradan məsuliyyətsizlikdir”.
Vətəndaş sözügedən məhsulu iyunun 26-da sifariş edib, ödənişi isə kart vasitəsilə 3281.51 TL məbləğində (143 manat) həyata keçirib. EXPARGO təhvil sənədində göstərilir ki, müştəri 15 iyul tarixində ödənişi nağd şəkildə tamamlayaraq bağlamanı almaq istəsə də, məhsulun vəziyyəti ilə yerində tanış olduqdan sonra onu qəbul etməkdən imtina edib. Şikayətçi bildirib ki, məhsulun vəziyyəti EXPARGO əməkdaşı tərəfindən də təsdiqlənib, lakin buna baxmayaraq nə məhsul geri götürülüb, nə də pulun qaytarılması ilə bağlı hər hansı addım atılıb.
Burada əsas məsələ təkcə bir bağlamanın keyfiyyətsiz olması deyil, müştəri hüququnun və insan sağlamlığının bu qədər saymazlıqla ayaq altına atılmasıdır. “Trendyol” kimi nəhəng platforma, EXPARGO kimi daşımalarla məşğul olan şirkət belə bir hadisəyə görə heç bir məsuliyyət daşımırsa, bu, artıq ciddi bir problemindən xəbər verir. Körpə qidasının pis qoxu verdiyi, qablaşdırmasının çirkli olduğu, daşınma zamanı gigiyena qaydalarının pozulduğu açıq-aşkar ortadadır. Belə məhsulların satışa çıxarılması, üstəlik heç bir nəzarət və zəmanət olmadan çatdırılması həm istehlakçının hüquqlarını pozur, həm də ictimai sağlamlıq üçün risk yaradır.
Əgər bu gün körpə yeməyində üfunət iyi normallaşdırılırsa, sabah hansı məhsulun təhlükəsiz olacağına kim zəmanət verə bilər?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın EXPARGO şirkətinə göndərdiyi sorğu isə tamamilə qəbuledilməz cavabla qarşılanıb. Onlar məsuliyyətdən yayınaraq, “uyğun bilsək, geri dönüş edərik” kimi kobud və qeyri-ciddi ifadələrlə məsələni yumşaltmağa çalışıblar. Bu, həm istehlakçı hüquqlarının laqeydliyinin, həm də insan sağlamlığının heçə sayılmasının açıq sübutudur.
Bu cür laqeyd və məsuliyyətsiz yanaşma həm istehlakçılarda şirkətlərə qarşı inamı sarsıdır, həm də onlayn ticarətin etibarına ciddi zərbə vurur. İstehlakçıların həyatını təhlükəyə atan belə hallar qarşısında susmaq, haqlı tələbləri görməməzlikdən gəlmək yolverilməzdir. İndi ən böyük çağırış həm platformalara, həm daşımaya cavabdeh şirkətlərədir ki, öz məsuliyyətlərini anlayıb müştəri hüquqlarını və sağlamlığını prioritetə çevirsinlər. Əks halda, bu problemlər təkcə fərdi deyil, ümumi sosial fəlakətə çevriləcək.
Bakıvaxtı.az şikayətlə əlaqədar Dövlət Gömrük Komitəsinə də sorğu göndərib. Komitə məsələni müvafiq şöbəyə yönləndirdiyini bildirib və prosesin davam etdiyini qeyd edib.
Xəbərin oxunma sayı : 508
Sosial
Xəbərlər
-
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
-
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
-
MİQ imtahanından narazılıqlar artır - VİDEO
-
İyulun Zaqatalada 21-də qaz kəsiləcək - Bu ərazilərdə
-
“Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq“ - Dövlət başçısı
-
ABŞ ilə Venesuela arasında qeyri-adi razılaşma - 80 siyasi məhbus azad edildi
-
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - Tam siyahı
-
“Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb“ - İlham Əliyev
-
Trampdan BRİKS-ə sərt xəbərdarlıq: “Əgər birləşsələr, hər şey tez bitəcək!”
-
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
-
Azərbaycanda banklar 6 ayda faizlərdən 2,4 milyard manat qazanıblar - Tam siyahı
-
“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident
-
Nazir Qubada vətəndaşları qəbul etdi - Fotolar
-
“Zəngəzur bir çox ölkələri birləşdirəcək“ - İlham Əliyev
-
Hansı ölkələrdən Naxçıvana nə qədər pul köçürülüb? - Siyahı
-
III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
-
Tarixin ən güclü futbolçusu seçildi - Nə Pele, nə də Maradona
-
Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır
-
Hansı ixtisas sahiblərinə daha çox tələbat var? - Açıqlama
-
“Suriya separatçı layihələr üçün meydan deyil“ - Əhməd əş-Şaraa
-
Ukrayna heç bir halda AB üzvü olmayacaq - Merz
-
Göyçayda 23 yaşlı qadın itkin düşüb - FOTOLAR
-
Növbəti üç gündə bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Latviya rusiyalıları kütləvi şəkildə deportasiya edir - 841 nəfər ölkədən çıxarılır
-
Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub - Müzakirə
-
Prezident təsdiqlədi: Cərimələrə güzəşt olunacaq
-
İntim görüntüləri yayılan həkimin oğlu tutuldu - 3 nəfərə cinayət işi açıldı
-
Avropa İttifaqından Azərbaycan şirkətinə sanksiya - Bu şəxsə məxsusdur...
-
Bu işlərdə yeni koordinat sistemi tətbiq ediləcək - Sərəncam
-
Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO
-
Prezident sakinlərlə görüşündən paylaşım etdi - VİDEO
-
Evlərin qiymətində fantastik bahalaşma - Yay amili, yoxsa...?
-
Xadimələrə maşınını yudurdan məktəb direktoru vəzifədən çıxarıldı - VİDEO
-
Azərbaycanın ən çox qazanan 10 müğənnisi - SİYAHI
-
“Real Madrid”dən daha bir rekord - Ən çox gəlir əldə edən klub oldu
-
Sürücülər çaşqınlıq içində: Yolda yeni quraşdırılan qurğu nədir?
-
Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır - Tramp
-
Bakının daha bir ərazisindəki binalar söküləcək - VİDEO
-
Bu dəfə zərərçəkənlər ifadə verdilər - FOTOLAR
-
Oleq Bakinski son sözünü dedi: “Bu əməli törətməmişəm, mənə bəraət verin“
-
Ərdoğan və Putin telegonda danışdılar - Regional məsələləri müzakirə edib
-
Bakıda istixana pomidor adıyla narkotik yetişdirilib - 882 kq narkotik aşkarlandı
-
“Sea Breeze”ə avtobus açılır - Gedişhaqqı məlum oldu
-
Ceyhun Bayramov Gürcüstana səfər edəcək - Bu tarixdə
-
Bir ukraynalı doğulanda üç ukraynalı ölür - Ökə əhalisi sürətlə azalır
-
Prezident Xanyurduda olub - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Xəzər TV”yə xəbərdarlıq edildi - Bu sözlərə görə
-
Polis Maştağada xüsusi əməliyyat keçirib - VİDEO
-
Xocalı kərpic zavodunun açılışı oldu - FOTOLAR
-
Azərbaycanlı müəllim Mədinədə öldü - Bəqi qəbiristanlığında dəfn edildi
-
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
-
Prezident Xocalıda bu ailənin qonağı oldu - FOTOLAR
-
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır
-
Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ
-
Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - Fotolar
-
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi
-
Futbol qaydalarında inqilab: Penalti və VAR dəyişir
-
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub - Fotolar
-
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Naxçıvan “respublika“ statusunda qalmalıdırmı? - Zahid Orucdan maraqlı mesajlar
-
Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
-
İtkin şəhidimiz Xaçmaz rayonunda dəfn olundu - Fotolar
-
Qərb payızda ölkədə sabitliyi pozmağa cəhd göstərəcək - Gürcüstan parlamentinin sədri
-
Vəhdət Partiyası toplantı keçirdi:Sədr tapşırıqlar verdi
-
“İlin ilk yarısında cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb” - Hərbi prkuror
-
Sakinlər qəzalı vəziyyətə düşmüş evlərin yarısının sökülməməsindən narazıdırlar - VİDEO
-
Rusiyanın növbəti gecə hücumları – Ukrayna isə Moskvanı hədəfə alıb
-
50 minə qəbir yeri satan şöbə müdiri həbs edilibmiş - Hökm oxundu
-
Bakıda dayanacağın işığı kəsilib, sərnişinlər çətinlik çəkirlər - VİDEO
-
Ələsgər Məmmədlinin səhhəti pisləşib - Tanınmış şəxslər Prezident İlham Əliyevə müraciət edib
-
Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq - VİDEO
-
Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb - ARAŞDIRMA
-
Sənədsiz evlərlə bağlı dəyişiklik - VİDEO
-
Bu, Rusiya üçün son müddətdir – Ağ Ev
-
Neftimizi hansı ölkələrə və neçəyə satmışıq? - Tam siyahı
-
Yeni binalarda kombi olmayacaq? - Açıqlama
-
Əliyevlə Berdiməhəmmədov Şuşada nahar ediblər - FOTOLAR
-
“Suriyanın bölünməsinə icazə verməyəcəyik“ - Ərdoğan
-
Paytaxtın bu rayonlarında qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Mandarin” bağçasında uşaq yıxılıb xəsarət aldı - Niyə nəzarət olunmur?
-
“Aİ öz maliyyə yardımı ilə Ermənistanı asılı vəziyyətə salmağa çalışır“ - Zaxarova
-
“Çinə vizasız rejim tələbə axınını artıracaq“ - Ekspert Aisa Aslanova
-
İsmayıllı rayonunda örüş sahəsində hotel tikilir - Sakinləri narazılıq edirlər
-
“Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk“ - Zelenski
-
Batma təhlükəsi ilə üzləşənlər belə xilas edildi - VİDEO
-
II və III qrup üzrə qəbul imtahanının nəticəsi açıqladı:kimlərin nəticəsi ləğv edilib?
-
Son 10 ildə azərbaycanlılar Türkiyədən 11 mindən çox mənzil alıblar - Statistika
-
“Atlant”ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı
-
İranda tragikomik olay - Pezeşkianın korteji yolda qaldı
-
Dilqəm Məhərrəmov lisenziyası olmadığı halda Aysunu necə əməliyyat edib? - VİDEO
-
EXPARGO-nun gətirdiyi uşaq qidası zay çıxıb - Şikayət
-
“İsrailin Suriya hücumlarını qətiyyətlə qınayırıq, dəstək verməyə hazırıq” - Türkiyə MN
-
Əliyev və Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alınıb - Baş Prokurorluq
-
ABŞ İrandakı nüvə obyektlərindən cəmi birini sıradan çıxara bilib - Kəşfiyyat məlumatı yayıldı
-
Prezident “Dostluq” adlı atı Berdiməhəmmədova hədiyyə etdi - Fotolar
-
İsrail Dəməşqdə Baş Qərargaha dron zərbəsi endirdi - Şiddətli döyüşlərdə yüzlərlə insan ölüb
-
“Dəyənəklə, yumruq və təpiklə döyürdülər” - Əsirlikdə olan şəxs
-
Prezident Berdiməhəmmədovla Yuxarı Gövhər Ağa məscidini ziyarət edib - Fotolar
-
Tramp 150-dən çox ölkəyə məktub göndərməyə hazırlaşır - Yeni tarifərlə bağlı...
-
Mbappe ilə bağlı araşdırmalar aparılır - Polisə rüşvət verib?
-
Naxçıvanda 41 dərəcə isti qeydə alınıb - Faktiki hava
-
İlham Əliyev və Berdiməhəmmədov Şuşada olublar - Fotolar
-
Bakı və Abşeronda ucuz evi haradan almaq olar? - VİDEO
-
Daşaltı kəndinin fonunda - FOTOLAR
-
Sabah 41 dərəcə isti olacaq - XƏBƏRDARLIQ
-
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiqləyə bilmir - Səbəb aşıqlandı
-
Dağıdılmış yerlərə baxdılar... - FOTOLAR
-
Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT
-
Berdiməhəmmədov Füzuliyə getdi, Prezident qarşıladı - Fotolar
-
“Suriya döyüşməyə hazırdır” - Əhməd Əl Şaraa
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü
-
Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər? - VİDEO
-
“Evlərimizdə çatlar əmələ gəlib“ - MTK binanın qarşısında qaraj tikir?
-
Min bir dərdin dərmanı - Gündə 1 stəkan için
-
Suriyadakı toqquşmalarda 356 nəfər ölüb - Nə baş verir?
-
Kəngərliyə növbəti köç karvanı yola salındı - FOTOLAR
TOP 10
ARXİV