|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Milli Onkologiya Mərkəzi bazara çevrilib: deputat Kəmaləddin Qafarov susur
Tarix 19.10.22, 15:52 |
|
Xəstəxananın həyətində dincəlmək üçün ayrılmış yerlərdə solğun bənizli, başı şalla çəkili, analiz üçün qan götürüldüyünə və ya yenicə aldıqları kimyaterapiya prosedurlarına görə qollarında iynə yerləri hələ də qanayan qadınlar, kişilər və onların yaxınları oturub ya analizlərin cavabını gözləyir, ya da dincəlirlər.
Yaşlı bir qadınla yanaşı əyləşmiş solğun bənizli, qısa qumral saçları hələ aldığı kimyaterapiyanın təsirinə tam məruz qalmağa imkan tapmamış, 30 yaşlı Bakı sakini Gülşən də buradadır. O, adını pıçıltı ilə çəkdiyi xəstəlikdən müalicəyə görə "18 ayda, təxminən 18 min manat” vəsait xərclədiyini deyir.
"Əvvəllər əməliyyatdan sonra kimyaterapiyaya 350 manat ödəyirdim. Bir ayda iki dəfə gəlirdim 700 verirdim, hər kimyaterapiya bitdikdən sonra isə MRT-yə gəlirdim. 300 manat da onun pulu, o da iki aydan bir olurdu. Qan analizinə bir dəfəyə 25 manat idi, amma o stolda oturan qızlar bizdən 38 manat alırdılar. Deyilənən görə, 25 manat idi. Bir aya ümumi xərclərim 1000 manata gəlib çıxırdı”, – Gülşən deyir.
Gülşən özəl klinikadakı xərclərini də topladıqda indiyədək müalicələrinə "20-25 min manat pul tökdüyünü” söyləyir.
"Sağaldım. Yəni, həkimlər elə deyirdilər. Ancaq iki ay əvvəl yenə özümü narahat hiss etdim, gəldik ki, yenə başlayıb. İndi yenə pul xərcləməliyik”.
Xəstələr xidmət "pulludur”, baş onkoloq "təmənnasız”dır deyir
Bakı Onkologiya Mərkəzinin qarşısında bizə bu xəstəxanada aldıqları müalicəyə pul ödədiklərini deyən təkcə Gülşən deyil.
Mərkəzin həyətində söhbətləşdiyimiz başqa bir pasiyent deyir ki, USM üçün 50 manat ödəyib. Bir başqası "qan analizlərinə 25 manat”, digər bir şəxs isə "MRT-yə 150 manat ödədiyini” söyləyir.
Milli Onkologiya Mərkəzinin həyətində görüşdüyümüz xəstələr və xəstə yaxınlarının hamısı xidmətlərin pullu olduğunu bildirir. Söhbətləşdiyimiz şəxslərin hamısı bu xəstəxanada verilən qan analizi, kimyaterapiya, USM-rentgen, MRT xidmətləri üçün müxtəlif məbləğlər ödədiklərini iddia edirlər.
Azərbaycanın baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə onkoloji xəstələrə göstərilən tibbi xidmətin pullu olması iddialarını rədd edib.
O bildirib ki, Azərbaycanda ikisi aparıcı olmaqla – Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası – fərqli bölgələrdə yerləşən 9 mərkəzdə onkoloji diaqnozu təsdiqlənmiş şəxslərin müayinə və müalicələri təmənnasız aparılır.
Onkoloji yardım haqqında Qanun hökm edir ki, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində "dövlət büdcəsi vəsaiti hesabına” həyata keçirilməlidir.
Kimyaterapiya otağının qarşısı
MOM-un müalicə korpusunun girişində böyük bir qələbəlikdir. Bütün oturacaqlar tutulub. Kişi-qadın, gənc-qoca, körpə – hər yaşdan adam var burada…
Korpusun ikinci mərtəbəsində liftdən çıxıb sola dönəndə xəstələri və onların yaxınlarının min bir ümidlə üz tutduqları kimyaterapiya şöbəsinin qarşısına çıxırsan. Şöbənin qarşısında bir neçə nəfər oturub.
Burada oturanlar yeni gələnləri salamlayır, dərhal söhbətə keçirlər. Hər gələnə ilk sualsa "Sən niyə gəlmisən?” olur.
Azərbaycanın bölgələrindən birindən gəlmiş 62 yaşlı Münəvvər xanım da (ad müsahibin istəyi ilə dəyişdirilib–red.) məni görən kimi üzümə diqqətlə baxıb, "sən niyə gəlmisən” sualını verir.
Gəlişimin səbəbini ona deyəndə tələsik ətrafa nəzər salır,onu eşidən yoxdur ki?!
Münəvvər xanım danışır ki, yanvar ayında döşünün ucu şişdiyi üçün özü evdə türkəçarə edib, lakin şişin keçmədiyini görüncə övladlarına xəbər verib və onlar da onu Milli Onkologiya Mərkəzinə gətiriblər.
"Səkkiz aydır gəlib-gedirəm. Həkim deyir ki, kimyaterapiya ilə getməsə, əməliyyat edərik. Mənim qiymətlərdən xəbərim yoxdur. Heç bu zəhrimardan da başım çıxmır. Uşaqlardan da neçə dəfə soruşmuşam nə qədər pul xərcləyirlər bura, mənə demirlər. Uşaqlarım deyir ki, sən ye, iç, müalicəni al. Nəyinə lazımdır, nə qədər xərcimiz çıxıb?” – o qayğısından məmnuniyyətlə bəhs edir.
Elə bu vaxt kimyaterapiya almaq növbəsi çatan Münəvvər xanım söhbətini elə gülə-gülə də bitirib, içəri keçir.
"USM-ə diri 50-lik, kimyaterapiyaya 350…”
Milli Onkologiya Mərkəzinin həyətində adamlar əllərində kağızlar tələm-tələsik bir korpusdan digərinə girib-çıxırlar…
Kimyaterapiya şöbəsinə getmək üçün liftə daxil oluram. Liftin qapısı bağlanarkən, təxminən 40 yaşlarında bir qadın qaçaraq içəri daxil olur. "Ordan ikinci mərtəbənin düyməsini mənim üçün bas” deyir, sonra da şikayət qarışıq söhbətə başlayır:
"İki xəstəxana arasında qalmışam. Ora qaçıram, ordan da çıxıb bura qaçıram. Bilmirəm neyləyim. Özüm də gecikmişəm”, – üz-gözünə dağılan, aralarında gümüşü zolaqlar görünən qara birçəklərini toplamağa çalışır.
Adının çəkilməsini istəməyən müsahibim yanvardan bəri hər ay anasını kimyaterapiyaya gətirdiyini deyir.
Liftin qapısı açılır, qadın "indi qayıdıram” deyib anasını yoxlamağa gedir…
Onu gözləyə-gözləyə başqalarına yaxınlaşıram. Kimyaterapiya otağının qarşısında yaşlı bir qadınla ona bənzəyən gənc bir qadın əyləşib: ana-baladırlar. Gənc qadın ağlaya-ağlaya anasına ürək-dirək verir:
"Xalxın cavan yaşda uşaqları bu andırdan tapır. Ağlama. Məni də incidir. Neyləyək?!”
Bu ailənin başçısına dördüncü mərhələdə olan "ağciyər xərçəngi” diaqnozu qoyulub. Onlar xəstəlikdən təzə xəbər tutublar. Lənkəranda müalicələrin "nəticəsi olmadığı üçün” gəliblər Bakıya.
"Birinci dəfədir gətirmişik. İndicə 350 manat ödəyib gəldim. Qan analizlərinə nə qədər verdiyimi unutdum. USM-ə diri əllilik verdim”.
"İcbari Tibbi Sığorta paketinə daxil edilməlidir”
Professor, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, real vəziyyətin necə olduğunu dəqiq bilməsə də, onkoloji xəstələrdən pul alınması ilə bağlı "şikayətlərin gəldiyi ona da məlumdur”.
Onun fikrincə, hazırda Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra bir çox xidmət icbari tibbi sığorta paketinə daxil edildiyi kimi "onkoloji xəstələr də birmənalı olaraq o paketə daxil edilməlidir”.
Adil Qeybulla hesab edir ki, "bu zaman bu sahədəki problem aradan qalxa bilər”.
"Azərbaycanda son illərdə onkologiya sahəsində irəliləyiş və inkişaf olsa da, xəstələrdən tibbi xidmətin ödənişli olması ilə bağlı şikayətlərin gəlməsi yaxşı hal deyil”, – o vurğulayır.
"Bu cür şikayətlər, narazılıqlar varsa, aidiyyatı qurumlar, şəxslər bunu araşdırmalıdır. Bu, əslində həll olunmalı məsələdir, çünki icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə onkoloji xəstələrin müalicəsi bütövlükdə o icbari tibbi sığorta paketinə daxil edilir”, – həkim əlavə edir.
Milli Onkologiya Mərkəzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olub-olmaması barədə aidiyyatı qurumlardan konkret cavab almaq mümkün olmayıb.
Lakin bir müddət əvvəl Azərbaycan Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilən (İcbari Tibbi Sığortaya baxan xəstəxanalar TƏBİB-in tabeliyindədir) xəstəxanalar, dispanserlərin siyahısında MOM-un adı yoxdur.
Nazirlər Kabinetinin 1 dekabr 2020-ci il tarixli sənədində isə TƏBİB-in tabeliyinə verilmiş müəssisələr arasında bir sıra tibb müəssisələri ilə yanaşı, MOM-un da adı istisnalar siyahısındadır. Belə görünür ki, indi səhhətində şikayəti olan şəxslər yalnız onkoloji diaqnozu təsdiqlənənə qədər icbari tibbi sığortadan yararlana bilər.
"Burada pulsuz heç nə yoxdur”
Anasını yoxlamağa getmiş müsahibimiz qayıdıb gəlir. Yerini rahatlayıb söhbətə başlayan kimi deyir ki, hazırda bir gəlişdə kimyaterapiyaya "150 manat” ödəyir:
"Əvvəllər, lap təzə gələndə 350 manat verirdik. Sonra şikayət etdik. Prezidentə yazdıq. Prezidentdən bizə cavab gəldi ki, bu xəstəliyin müalicəsi pulsuzdur. İndi kağızımız var, onu göstəririk, 150 manat veririk bir dəfə kimya vurulmasına. Nə edək? Onu verməsən də olmur. Çox qəddardırlar. Verməsək, birdən az vurarlar, birdən anama nəsə edərlər”, – qadın deyir.
O iddia edir ki, yanvar ayından indiyədək anasının xəstəliyi ilə bağlı təkcə bu xəstəxanaya 1600 manatadək vəsait xərcləyib:
"O pulu mənim uşağım tələbə stipendiyası ilə yığmışdı. Uşaq səhər evdən çıxır dərsə, axşam da dərsdən çıxıb işə gedir. Oradan qazandığından qənaət edib yığmışdı. Nənəsinin müalicəsinə pul lazım oldu, gətirib verdi ki, "təki, nənə sağalsın””.
Xəstəxanada pul ödədiyini deyən xəstələrin hamısı bildirir ki, onlara ödədikləri pulun qarşılığında hər hansı qəbz verilməyib.
"Kimyaterapiya alsaydı, bəlkə yaşamaq şansı olardı”
Bir müddət əvvəl Astaranın Suparibağ kəndinin sakini Vəsilə Salmanova bölgədə rastlaşdığı BBC müxbirlərinə Milli Onkologiya Mərkəzində ondan kimyaterapiya üçün bir həkimin "500 manat pul istəməsilə” bağlı şikayət etmişdi.
Vəsilə Salmanovanın bildirmişdi ki, qardaşı "ağciyər xərçəngindən əziyyət çəkir və pul ödəmədiyi üçün onun qardaşını həkim kimyaterapiya etməyib”.
Bu yazı hazırlanarkən əlaqə saxladıqda Vəsilə Salmanova 64 yaşlı qardaşının artıq vəfat etdiyini deyir və vurğulayırdı ki, "kimyaterapiya alsaydı, bəlkə də yaşamaq şansı olardı”.
"Baş Prokurorluğa şikayət edəcəyəm, çünki hələ də yadımdan çıxmır. Həkim bizə dedi ki, ödəniş etməmisiniz, sizi axıra saxlayacam. Bizdən sonra gələnləri qəbul etdi, bizi etmədi. Bir gün axşama kimi xəstə adamı da, məni də o qapının ağzında saxladı, gözlətdi”, – Vəsilə Salmanova vurğulayır.
Onkologiya xəstələrinin statistikası
2021-ci ilin statistikasına görə, Azərbaycanda hər 100 min nəfərə ilk dəfə qoyulmuş diaqnozla 136,2 nəfər onkoloji xəstə düşür.
2020-2021-ci illərdə müvafiq olaraq, ölkədə ilk dəfə diaqnoz qoyulan onkoloji xəstələrin sayı 11 595 və 13 644 nəfər olub.
Ötən ilin məlumatlarına görə, ölkədə ümumi 59 minə yaxın onkoloji xəstə var. Bu, hər yüz min nəfərə 587,3 nəfər deməkdir.
Bu ilin büdcəsindən ayrılan 47 milyon manat
Azərbaycan Səhiyyə Nazirliyindən BBC-yə bildiriblər ki, Milli Onkologiya Mərkəzinə büdcədən vəsait ayrıca verildiyi üçün bir onkoloji xəstənin illik müalicəsi üçün nə qədər vəsaitin ayrılması ilə bağlı onlarda məlumat yoxdur. MOM-dan isə bir onkoloji xəstəyə ayrılan illik vəsaitin məbləği ilə bağlı şərh almaq mümkün olmayıb.
Azərbaycanda Milli Onkologiya Mərkəzinə birbaşa vəsait ayrılması 2007-cı ildən həyata keçirilir.
2022-ci ilin büdcəsi üçün müəssisəyə 47 milyon manata yaxın vəsait ayrılıb. Sənəddə bu məbləğin təkcə Milli Onkologiya Mərkəzinə ayrılması, yoxsa həmin vəsaitdən digər onkoloji dispanserlərin də yararlana bilib-bilməyəcəyi göstərilmir.
Xərclərin strukturu barədə məlumatlar ictimailəşdirilmədiyi üçün bu vəsaitin nə qədərinin dərmana, texniki təchizata ayrıldığı məlum deyil.
"Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
MOM-un baş onkoloqu Azad Kərimov rəhbərlik etdiyi müəssisəyə ayrılmış xərclərin strukturu barədə BBC-nin sualına cavab verməyib. O, eyni zamanda bu mərkəzdə BBC-nin pasientlərin xərclərilə bağlı topladığı iddiaların "yalan olduğunu” iddia edib.
"Bu pul kiməsə az görünə bilər”
Gülşən deyir ki, müalicənin ilk mərhələlərində ona maddi yardım etmiş qohumlarının "daha kömək etməyə gücü qalmayıb”.
"Mənim qardaşlarım, qohumlarım, qaynım, qaynatam, başqa qohumlarım birinci dəfə müalicəm üçün əllərində olanı verdilər, kredit götürdülər, məni sağaltdılar. İndi ikinci dəfə baş qaldırıb. Hamı hələ də o əvvəlki kreditləri ödəyir. Bəs, mən indi hardan alım pulu? İkinci dəfə yenidən şiş tapılanda gəldik, birinci prosedura 350 manat verdik. Axı, tək o da deyil, bunun başqa dərmanları da var. Getdik danışdıq, mən buranın öz xəstəsi olduğum üçün endirim etdilər, indi bir kimyaterapiyaya 150 manat verirəm. Qeydiyyatda oturanlar da çox alır. 10 manat qan puludursa, 15 alıb 5-ni də özlərinə götürürlər. Həkimlə danışmışıq, o qan analizi götürən qızlara zəng vurur, yarı qiymət ödəyirəm. O dəfə analizlərə 12 manat verdim, bu gün də bir analizə 4 manat verdim. Bu pul kiməsə az görünə bilər. Ancaq bizim üçün az deyil axı”.
Gülşən bu dəfə neçə kimyaterapiya proseduru keçəcəyini bilmir, lakin artan müalicə xərcləri onun qayğılarını da artırmaqdadır.
"Pul-para tapılan şeydir, amma bir nəfər xəstələnirsə, bütün ailə əziyyət, zülüm çəkir. Ancaq yaşamaq da istəyirsən. Hərdən canım ağrıyanda, üstəlik maddi sıxıntılar da üstünə gələndə, bax, bir oğlum var, bununla belə hərdən yaşamaq arzum tamam yox olur. Elə istəyirəm gözümü yumum, oyanmayım”, – Gülşən deyir və analizlərinin cavabını almağa gedəcəyi üçün sağollaşır…(bbc.com)
Xəbərin oxunma sayı : 1288
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV