Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Milli gəlir manatla artıb, dollarla azalıb - Növbəti illərlə bağlı proqnozlar açıqlandı

Tarix 18.10.22, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Bankı bugünlərdə Azərbaycanla bağlı 247-səhifəlik iqtisadi memorandum dərc edib. Memorandumda təqdim olunan uzunmüddətli artım modeli (LTGM) əsasında ölkə iqtisadiyyatının gələcəyi qiymətləndirilib. Sənədə görə, Azərbaycanda adambaşına düşən milli gəlir 2000-2014-cü illərdə dörd dəfədən çox artsa da, 2015-ci ildən bəri dollar ifadəsində azalmaqdadır.

Habelə bildirilir ki, Azərbaycan iqtisadiyyatının böyüməsi 2024-2050-ci illərdə orta hesabla cəmi 0.5 faiz ola bilər.

O da vurğulanır ki, qeyri-neft sektorunda inkişaf yetərli deyil, iqtisadiyyatda şaxələnmə olmayıb.

Dövlət Statistika Komitəsinin (DSK) son məlumatlarına görə isə, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84 milyard 880.4 milyon manatlıq ÜDM istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz çoxdur.

Maliyyə Nazirliyindən də "Turan"a bildirilib ki, makroiqtisadi proqnoz göstəricilərə əsasən, bu il ölkədə ÜDM - real artım 3.5 faiz olmaqla - 117.3 milyard manat təşkil edəcək: "ÜDM-nin həcmi 2023-cü ildə 105.8 milyard manat, 2024-cü ildə 108.4 milyard manat, 2025-ci ildə 112.9 milyard manat, 2026-cı ildə isə 118.3 milyard manat səviyyəsində proqnozlaşdırılır".

Rəsmi proqnozlara əsasən, ölkədə qeyri-neft ÜDM-sinin həcminin isə, əksinə, ilbəil artacağı gözlənir. Yəni, 2023-cü ilin sonuna onun 73.1, 2024-cü ildə 79.2, 2025-ci ildə 85.5, 2026-cı ildə isə 92.3 milyard manata qədər artacağı və real artım tempinin 4,5-5,1 faiz olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 928




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap