Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Milan məhkəməsinin iki deputatımızla bağlı həbs qərarı... – Sifarişçi kim idi?

Tarix 21.05.22, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyanın Milan məhkəməsinin Azərbaycan deputatlarına qarşı qaldırdığı ittiham əslində qondarma bir cinayət işi idi. Azərbaycanın diplomatik əlaqələrini pozmaq, yalandan “kürü diplomatiyası” və başqa adlar qoyaraq bəzən də ölkə daxilində olan şəxlərin də bu məsələdə “köməyi” ilə beynəlxalq səviyyədə ölkəmizin mövqeyini zəiflətmək məqsədi güdürdü. Amma uzun illər davam edən bu proses nəhayət ki, Milan Apellyasiya məhkəməsinin qərarı ilə yekunlaşdı. Məlum oldu ki, burada olan ittiham saxta bir xarakter daşıyır.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.



O qeyd edib ki, bu məsələ ilə bağlı keçmiş səfir, Rusiya xüsusi xidmət orqanlarının agenti olmuş bir nəfər Azərbaycan əleyhinə belə bir ifadə vermişdi: “Bu ifadə Azərbaycanın bütün Avropada əlaqələrini pozmaq üçün atılmış bir addıma hesablanmışdı. Sonrakı mərhələdə də uzun müddət bu proses getdi. Həmçinin bunu bir ajiotaja çevirməyə çalışdılar. Amma bu ittihamların arxasında ciddi bir dəlil, sübutlar yox idi. Bu qondarma ittihamlar əsasında siyasi məqsədlərlə formalaşdırıldığına görə, Milan Apellyasiya Məhkəməsi də haqlı olaraq bunu ləğv etdi. Çünki bu perspektivi olan bir iş deyildi”.

Millət vəkili hesab edir ki, bu cür dırnaqarası ittihamlarda əsas məqsəd Azərbaycanın mümkün diplomatik imkanlarını məhdudlaşdırmaq olub: “Hər bir ölkədə ayrı-ayrı insanlar, diaspora, lobbiçilik və başqa fəaliyyətlər həyata keçirir. Bu fəaliyyətlərin də heç də hamısının şəffaf olması deyilən bir qayda yoxdur. Yəni bir ölkə öz maraqlarına görə başqa ölkələrlə hansısa bir şəkildə onun maraqlarına uyğun fəaliyyətinin tənzimlənməsinə çalışır. Burada da müxtəlif əlaqələri olan Azərbaycanın maraqlarına zidd addımların qarşısında duran bir sıra şəxslər hədəfə götürülür. Onlardan biri də Elxan Süleymanov idi. Son hadisə də onu göstərdi ki, İtaliya Apellyasiya Məhkəməsinin qərarı ilə artıq təsdiq edilir ki, bu əsaslı bir ittiham deyildi. Bu sadəcə olaraq siyasi bir xarakter daşıyırdı. İtaliya siyasətçilərini də bu “iş”in içinə qatmışdılar. Burada da əsasən erməni lobbisinin əli ilə belə siyasət yeridilirdi. Artıq ermənilərin mövqeyi zəiflədikcə onların bu cür siyasəti Azərbaycan əleyhinə çevirməsi də çətinləşir”.

Fazil Mustafa Ştrasserin “siyasi məhbus” məsələsini xüsusi qabartması və AŞPA-nın siyasi məhbusların müəyyənləşdirilməsi üçün hüquqi meyarları olmadığı halda belə iddiaların ortaya çıxmasına da aydınlıq gətirib: “Bütün bu ittihamlar Azərbaycanı mümkün qədər təzyiq altında saxlamaq üçün edilən cəhdlər idi. Bu, Vətən Müharibəsindən əvvəlki dövrlərdə erməni işğalına açıq dəstəyin bir foması idi. Yəni məqsəd o idi ki, Azərbaycan həmişə təzyiq altında qalsın. Bununla da Azərbaycan bu “problemlərlə” məşğul olsun ki, Avropada məhz diktə edilən ölkə kimi xarakterizə edilsin. Belə olan halda Azərbaycan Qarabağ məsələsini məhz bu qarayaxmalar fonunda qabarda bilməsin. Zaman göstərdi ki, bunlar süni şəkildə düşünülmüş variantlardır. Qarabağ işğaldan azad edildikdən sonra işğalçıya olan münasibətlərində də bir dəyişiklik baş vermədi. Əslində isə bu dəyişiklik baş verməli idi. Çünki işğalçını o dövrdə də işğalçı kimi tanımamışdılar. Bu dövrdə də konkret işğalçı haqqında etiraflar edilmədi. Ona görə də, bu məsələ çox açıq bir məsələdir. Bu, sadəcə olaraq Azərbaycvan əleyhinə şəbəkənin fəaliyyətinin nəticəsidir. Nəticə də “uğurlu” alınmadı. Çünki Azərbaycana qarşı bu cür ittihamları əsaslandıran ifadələr verənlər keçmiş səfir, Rusiya xüsusi xidmət orqanlarının agenti idi. Belə olan halda nəticənin necə olacağı bəlli idi. Məqsəd Azərbaycanın mövqelərinin sarsıdılması nail olmaq olub. Bu isə effektli olmadı”.

Qeyd edək ki, İtaliyanın Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə tarixi qərar qəbul edərək bir neçə il davam edən şər-böhtan kampaniyalarına, qondarma korrupsiya iddialarına son qoydu. Belə ki,Milan Məhkəməsi 2018-ci ildə deputat Elxan Süleymanovu, Müslüm Məmmədovu AŞPA üzvü və qurumun ən böyük siyasi fraksiyası olan Avropa Xalq Partiyası (EPP) qrupunun sədri, italiyalı deputat və beləliklə, dövlət rəsmisi Luka Volonteyə öz vəzifələrindən Azərbaycanın maraqları naminə istifadə etməsi və xüsusilə Azərbaycanda siyasi məhbuslara dair “Ştrasser məruzəsi”nin əleyhinə səs vermələri üçün digər parlamentariləri inandırması üçün ödəniş etməkdə günahlandırmaqla məhkəmə prosesi başlamışdı. Birinci instansiya məhkəməsində prokuror korrupsionerlər qismində E.Süleymanovu qərarverici, Müslüm Məmmədovu göstərişlərin icraçısı kimi müəyyənləşdirmişdi və 21 epizod üzrə ittiham irəli sürmüşdü.

Milan Məhkəməsi bir neçə il davam etmiş məhkəmə prosesinin nəticəsi olaraq 2021-ci ilin yanvar ayında Məmmədov, Volonte və E.Süleymanovun barəsində yalnız 3 epizod üzrə (2012-ci ilin dekabr ayı ilə 19 mart 2013-cü il aralığında) hökm çıxardı və digər 18 epizodla bağlı bəraət verdi. Bununla belə, Milan Məhkəməsi “ittihamçıların” hər biri barədə 4 il azadlıqdan məhrumetmə qərarı çıxarmışdı. Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası birinci instansiya məhkəməsinin qərarı ilə bağlı araşdırmalara başladı və nəhayət, Milan Apellyasiya Məhkəməsinin İkinci Cinayət Palatası 16 may 2022-ci ildə qeyd edilən işlə bağlı qərar qəbul etdi. Apellyasiya Məhkəməsi italiyalı deputat Luka Volonte, Müslüm Məmmədov və E.Süleymanov barəsində Milan birinci instansiya Məhkəməsi tərəfindən 2021-ci ilin yanvar ayında verilmiş 4 il həbs cəzası qərarını ləğv etdi.



Xəbərin oxunma sayı : 1156




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap