Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mərkəzi Bankın ehtiyatları niyə azalır? - “Cüzi azalma baş verib...“

Tarix 05.05.22, 21:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son aylar azalıb. Bu ilin aprelin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 86 milyon ABŞ dolları təşkil edib.

Bu, son bir ayda 51 milyon dollar azalma deməkdir. Ümumilikdə isə bu ilin fevralından etibarən AMB-nin valyuta ehtiyatlarında 73 milyon dollar azalma baş verib.

Halbuki, istər AMB rəhbərliyi, istərsə də ölkə rəsmiləri deyirlər ki, hazırda manata təzyiq yoxdur. Ölkənin əsas ixrac məhsulu olan neft isə bu ilin əvvəlindən, xüsusilə də fevralın 24-də Rusiyanin Ukraynaya təcavüzündən sonra bahalaşıb. Ən nəhayət, son illər hərraca Neft Fondu valyuta çıxarır.

Bəs onda Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalır? Bu sula Mərkəzi Bank rəhbərliyindən cavab almaq, hələlik, mümkün olmayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ayrıdır, Dövlət Neft Fondunun valyuta ehtiyatları ayrı: "Düzdür, onların arasında mübadilə aparılır, hərraca müəyyən valyuta məbləği çıxarılır. Ola bilər, hərraca bir az çox valyuta çıxarılıb deyə, cüzi azalma baş verib".

Komitə üzvü habelə vurğulayıb ki, dünya bazarlarında dollara qarşı digər valyutalar ucuzlaşmaqdadır: "Bizim valyuta ehtiyatlarımız həm dollardadır, həm avrodadır, həm funt-sterlinqdədir. Bu da təsir göstərir və müəyyən azalmalar baş verir".

Deputat qeyd edib ki, azalmaya baxmayaraq, Mərkəzi Bankın valyuta ehtiyatları kifayət qədərdir və bankın fəaliyyətində ciddi problem yoxdur.



Xəbərin oxunma sayı : 802




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap